Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

“Uçan taksi”nin vaqiəsi: səkiyə çökmüş “pilot”

By Vüsal Rafiqoğlu
11.04.2025 3 Min Read

Biz “Smert Tofiq” haqqında əfsanələrlə böyümüş uşaqlarıq, belə videolar bizi heyrətləndirməz. Amma yenə də magistral yolun üstü ilə uçub tunelə düşən, divara dəyib dayanan avtomobilin qəzası xeyli qəribə iş idi.
Videonu ilk görəndə şəxsən əvvəlcə mənə də elə gəldi ki, bu, real video deyil, süni intellektlə düzəldiblər, amma sonra qəzanın dörd rakursdan çəkilmiş videolarını və şoka düşərək səkiyə çökmüş sürücünün şəklini görəndə əmin oldum ki, heç bir süni intellekt bu qələti edə bilməz.

Bunu eləsə-eləsə, Hollivud kaskadyorları edə bilər, onlar da bir neçə avtomobili becərəndən, iki-üç dubla çəkiləndən sonra.

“Smert Tofiq” də edə bilərdi. O, çox qabiliyyətli “avtoş” olub. Onun haqqındakı əfsanələrdən biri beləydi ki, “Jiquli”ni saatda 160 km sürətlə sürür, maşının qapısını açır, asfaltın üzərindəki kibrit qutusunu götürürmüş. Söhbətin dəqiqliyinə təminat vermirəm, adı üstündədir: əfsanə.

İndiki cavanlar bilməz, “Jiquli” elə bir maşındır ki, 160-la gedəndə uçmaması mümkün deyil. O sürətlə havada maşının çəkisi 4 kilo olur. Belə deyirdilər. O vaxtın yollarında isə onu 100-lə sürmək mümkün deyildi. Cırıq-cırıq olardı. Görünür, müəyyən yollar olub ki, rəhmətlik Tofiq milli “avtoşluq” məktəbinin özülünü qoya bilib.

Yeri gəlmişkən, dünən tunelə uçan taksinin səkiyə çökmüş “pilot”u “Smert Tofiq”ə çox bənzəyir. Bəlkə də kimsə bu barədə ona deyib, o da fikirləşib ki, yeri gəlsə, o da maşınla möcüzələr göstərə bilər.

O qəzadan heç kəsin xəsarət almadan çıxması gerçəkdən də möcüzədir. Birinci yolu kəsib keçən BYD tunel yoluna düşməmiş, üçzolaqlı yolla axışan maşınların arasındakı bir saniyəlik zaman aralığından keçir – heç kəsə dəymədən. Sonra yenə də heç bir maşınla toqquşmur. Dəyib aşırdığı “Ford”un banı yüksək olmasaydı, daha rahat eniş edəcəkdi.

İndi araşdırılmalı olan məsələ odur ki, həmin sürücünü o sürətlə sürməyə və tunelə uçmağa nə vadar edib?
Hərə bir söz deyir. Biri deyir ki, çox güman ki, sürücü narkotik maddələrin təsiri altında olub. Fikir verirsinizsə, “içkili olub” deyən yoxdur. Çünki hamı anlayır ki, bu içki uçuşu deyil. Adətən, nəşəli olanlar “uçurlar” – hətta piyada olanda və ya divanda mütəkkəyə dirsəklənəndə də.

Ancaq adamın sükan arxasında yatmış olduğuna dair də iddialar var və bu, daha ağlabatandır. Çünki ayıq adam o riskə gedə bilməz, beton maneəyə dəyməzdən öncə karıxar, yanlış qərarlar verər, tormozlayar, sürüşər və daha pis qəza törədərdi. Sürücü isə tunelə əl ilə atılmış daş kimi düşdü. Əgər o, sükan arxasında yatıbmışsa da, sərt eniş zamanı dərhal ayılıb və fikirləşib ki, bu nə işdir, mən hardayam.

Daha bir versiya ondan ibarətdir ki, ola bilər, adam canından bezib və bu yolla intihara cəhd edib. Amma bu versiya ağlabatan deyil. Canından bezmiş adam daha ucuz variant (kəndir, hündürlük, sirkə, ülgüc, yuxu dərmanı və s.) seçər, ta o boyda maşını güdaza verməz, başqalarının həyatına təhlükə yaratmaz.

Xüləs, olan olub, torba dolub. Son 100 ildə paytaxtda belə bir qəza olmadığı üçün hazırda xalqımız olayı ciddi müzakirə edir. Əslində bu, təhlükəli tendensiya deyil. Təhlükəli olan məqam odur ki, bəzi dəliqanlılar onu təkrar etmək fikrinə düşə, bu və ya digər yerlərdə avtomobil uçurtmaq istəyələr.

Bunu havayıdan yazmıram. İndiki cavanların beyin qırışlarına, həvəslərinə, qızışqanlıq potensiallarına bələdəm. Bir də gördün, biri çayxanada deyir ki, mən olsaydım, tunelə düşməzdim, yolun o tayına uçardım. Mütləq biri də tapılacaq ki, “uçmayan oğraşdır, gedək, uç, maşın da məndən”.

Hər il dəniz sezonunda N qədər gənc bu cür bəhsləşmələrin qurbanı olur: “Filan yerə qədər üzərəm”; “Üzməyənin….” Vəssalam. Gedirlər, üzürlər. Alınmır, qohum-əqrəbanı üzürlər.

Yuxarıda bəhs etdiyim hadisənin yeganə faydası “uçan maşın”ın istehsalçısına dəyib. Maşın yaxşı uçub və salamatçılıq olub axı, indi həmin BYD-ni tərifləyirlər, deyirlər, etibarlı maşındır. Müqayisə aparanar var: “İki həftə əvvəl “Rang Rover” yandı külə döndü, heç nəyi qalmadı, əridi, getdi, amma BYD o boyda qəzadan bu cür çıxdı”.

P.S. Bizim kənddə də “Smert Tofiq”ə bənzəmək istəyən biri vardı, maşınını bərk sürürdü, dostları onu belə tərifləyirdi: “Bir dəfə 3 nəfər onun maşınına mindik, 150 sürdü, düşəndə gördük ki, dostlarımızdan biri şalvarını isladıb”.

Samir SARI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şagirdlərin zəhərlənməsi: şöbə müdiri AÇIQLAMA VERDİ

Next

Qurban Qurbanov hesabat konfransına qatılmadı

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv