Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Xəstə gəncləri əsgərliyə BELƏ APARIBLAR – DƏHŞƏTLİ FAKTLAR

By Vüsal Rafiqoğlu
11.04.2025 3 Min Read

36 nəfər yararsız olduğu halda hərbi xidmətə çağırılıb, 26 nəfərin isə sağlam olsa da…

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaları və digər neqativ hallarla bağlı araşdırma aparılması üçün Baş Prokurorluğa təqdim olunmuş məlumatlar açıqlanıb.

Baş Prokurorluqdan verilən xəbərə görə, qeyd olunan dövrdə mütəmadi olaraq sistemli şəkildə həm SHXÇDX, həm də digər dövlət qurumları ilə birgə hərbi xidmətə çağırış zamanı yol verilən qanun pozuntularının qarşısının alınması, şəffaflığın təmin edilməsi və korrupsiya hallarının aradan qaldırılması məqsədilə kompleks tədbirlər görülüb. Belə ki, 2025-ci ilin birinci rübündə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qeyd olunan sahədə aparılmış araşdırmalar zamanı ümumilikdə 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda çağırıldığı, 26 nəfərin isə sağlam olmasına baxmayaraq, tibbi müayinədən sonra xidmətə yararsız kimi qeyd olunduğu müəyyən edilib. Həmçinin 12 şəxsin müxtəlif saxta sənədlər vasitəsilə hərbi xidmətdən yayınması faktları aşkarlanıb. Bir  çağırışçının xəstə olmasını təsdiqləyən yalnız bir həkim ekspert olmur.

Aydın Mirzəzadə: Ermənistan işğal dövründə minalara 400 milyon dollar  xərcləyib

Aydın Mirzəzadə

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini belə izah edib: “Hər çağırışda on minlərlə Azərbaycan gənci həkim komissiyasında keçir, sağlam sağlam kimi, xəstə də xəstə kimi aydınlaşdırılır və sonrakı addımlar atılır. Bu gün Azərbaycanda hərbi xidmətə yararsız olan şəxslərlə bağlı həkim komissiyası tərəfindən müvafiq qərarlar verilir. Bununla belə,  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin ortaya çıxardığı faktlar onu göstərir ki, görülən böyük bir işin qarşısında belə qanunazidd addımlar da atılır. Hər iki hal qəbuledilməzdir. Xidmətə yararsızın xidmətə çağırılması yolverilməzdir, çünki o, təkcə hərbi xidmətə zərər vermir, eyni zamanda ailəsi gərginlik keçirir. Çox təəssüf ki, xidmətə yararsız olduğu halda xidmətə cəlb olunmaq gəncin ya xidmət etdiyi dövrdə, yaxud da xidmətdən sonra yaşadığı gərginlik sağlamlığa zərər vura, hətta həyatını dəyişə bilər. Eyni zamanda sağlamlığı imkan verdiyi halda kiminsə yararsız kimi qeyd edilməsi birbaşa cinayətdir. Bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlər görülməlidir. Görünən odur ki, dövlət bu məsələyə ciddi diqqət edir. Bir tərəfdən təhlükəsizliyimizin qorunması üçün hərbi çağırış qaydalara uyğun həyata keçirilir və silahlı qüvvələrimiz on minlərlə Vətəni qorumağa hazır olan sağlam gənc əsgər əldə edir, digər tərəfdən isə sağlamlığında həqiqətən problem olanları ya müalicəyə göndərirlər, ya da xidmətdən kənarda saxlayırlar. Qanunazidd addımlar isə ortaya çıxdıqdan sonra hüquqi qiymət verilir. Azərbaycan dövləti heç bir məlumatı cəmiyyətdən gizlətmir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmaların nəticələrinin açıqlanması onu göstərir ki, bu məsələdə dövlətin mövqeyi qətidir və hər zaman da belə olacaq”.

Emin Həsənli: Bu müraciətin Şuşadan edilməsinin rəmzi mənası var »  BAYRAQDAR MEDİA

Emin Həsənli 

Hərbi ekspert Emin Həsənli isə qeyd edib ki, bu istiqamətdə məqsədyönlü addımlar atılır. “Yeni Müsavat” a şərhində ekspert qeyd edib ki, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tərkibində həkim komissiyasından keçməklə bağlı Cənab Prezidentin imzaladığı fərman çox önəmlidir: “Şəffaflığın artırılması baxımından bu çox önəmli idi, çünki uşaq yaşlarından əlilliyi olanların bazası nazirlikdə mövcuddur. Əlilliyin müəyyən edilməsi ilə bağlı bütün proseslər nazirliyin tabeliyindəki qurumların səlahiyyətindədir və son illər bu istiqamətdə xeyli islahat aparılıb. Həqiqi hərbi xidmətə çağırılanların tibbi şəhadətləndirilməsi zamanı bir sıra qərarların qəbulu üçün yekun tibbi müayinənin ƏƏSMN tərəfindən aparılmasını Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Baş Prokurorluqla birgə təklif etmişdi. Təəssüf ki, dünyanın hər yerində nöqsanlar var. Rəqəmlərə gəlincə, nöqsanlar kütləvi hal almır. Onların aradan qaldırılması üçün isə davamlı mübarizə aparılır, maarifləndirmə işləri də davam etdirilir, o cümlədən Baş Prokurorluq qanunvericiliyin tələblərinə uyğun olaraq, tədbirlər həyata keçirir. Bəzən xəstəliyi olan çağırışçılar hərbi xidmət keçmək istəyirlər. Bunun ilk səbəbi vətənpərvərliklə bağlıdır, bir qisim isə gələcəkdə hüquq-mühafizə orqanlarında xidmət etmək istədiyi üçün hərbi xidməti keçmək istəyir.  Hesab edirəm ki, müəyyən vəziyyətlərlə barışmaq lazımdır. Mətbuat da, QHT də ictimai nəzarəti gücləndirməli, hüquq-mühafizə orqanları isə ardıcıl tədbirlər görməlidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanın diplomatik uğurları: Antalya Forumunda yeni perspektivlər

Next

3 bürcün həyatında hər şey yaxşıya doğru dəyişəcək

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv