Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

ABŞ-Azərbaycan münasibətlərində İsrail faktoru

By Vüsal Rafiqoğlu
12.04.2025 4 Min Read

“İsrail Azərbaycanla dostluqdan faydalanır, ABŞ Azərbaycandan daha böyük miqyasda faydalana bilər”

“Mən Azərbaycana tərəfdaşımız İsraillə dostluğuna və bu ölkəyə göstərdiyi dəstəyə görə minnətdaram”.

Donald Trampın Novruz bayramı ilə bağlı Azərbaycan Prezidentinə göndərdiyi məktubda belə bir fikir var. Bu cümlə bir daha onu deməyə əsas verir ki, ABŞ-Azərbaycan münasibətlərinə Azərbaycan-İsrail münasibətləri xüsusi təsir edir. Bu təsir respublikaçılar dönəmində daha qabarıq nəzərə çarpır.

TRAMPO.jpeg (65 KB)

Təəssüf ki, Azərbaycan və Türkiyədə bəli dairələr, xüsusən İranın təsiri altında olan qruplar Azərbaycan-İsrail münasibətlərinə etiraz edir. Azərbaycanın İsrail ilə əlaqələrini kökündən kəsməsini arzu edənlər də az deyil. Belə iddiada olanlar da var: Azərbaycan ya Türkiyəni, ya da İsraili seçməlidir.

Suriyada eskalasiyanın qarşısının alınması mexanizmini hazırlayan İsrail və Türkiyə işçi qruplarının Bakıda keçirilən ilk texniki görüşünün pozitiv atmosferdə keçməsi bir daha göstərdi ki, Azərbaycan-İsrail münasibətləri Azərbaycan-Türkiyə münasibətlərini əngəlləmir. Əksinə, bu münasibət ən kritik məqamlarda Türkiyənin xeyrinə işləyir.

Təbii ki, belə radikallar siyasətdə naşı adamlardır. Ağıllı adamlar düşməni dosta çevirir, sadəlövh adamlar isə dostu özünə düşmən edir. İsrail ilə Azərbaycanın dostluğunun bu səviyyəyə çatması üçün 30 ildən çox vaxt keçib. Diletantlar deyir ki, 30 illik zəhmətin üstündən qara bir xətt çəkək. Kimə görə? Fələstinə görə. Kimə görə? İrana görə. Erməni yanlısı olan Fələstinə və İrana görə erməni məsələsində Azərbaycana aşırı səviyyədə dəstək verən İsrailə düşmən olmaq rasional yanaşma deyil.

İlham Əliyevin yaxşı bir sözü var. Deyir ki, Azərbaycan-İsrail münasibətləri aysberq kimi bir şeydir. Yəni suyun altında qalan görünməyən tərəfi görünən tərəfindən dəfələrlə böyükdür.

İLHAMİ SON.jpg (55 KB)

Mənim baxışıma görə, Azərbaycanda kimin iqtidara gəlib getməsindən asılı olmayaraq rəsmi Bakı Türkiyə, İsrail və Böyük Britaniya ilə xüsusi münasibətlərini qoruyub saxlamalı və daha da inkişaf etdirməlidir. Bu ölkələr Azərbaycan üçün açar ölkələrdir. O da aydındır ki, digər ölkələrlə də xoş münasibətdə olmağa çalışmaq lazımdır. Bu baxımdan qonşu Rusiya və İran xüsusi statusdadır. Bu ölkələrlə münasibətləri gərginləşdirməkdən qaçmaqda həmişə fayda var.

İsrailin də Azərbaycana münasibəti birmənalıdır. Deyirlər ki, ABŞ-dan sonra İsrailin ən yaxın dostu Azərbaycandır. “Endowment for Middle East Truth (EMET)” beyin mərkəzinin direktoru Joseph Epstein hələ orasın da vurğulaır ki, Azərbaycan “İsrailə ABŞ-dan başqa hər hansı digər ölkədən daha yaxındır, lakin Vaşinqtondan fərqli olaraq, Bakı heç vaxt Fələstin münaqişəsi və ya başqa bir məsələ ilə əlaqədar Qüdsü təzyiq və təhdid etməyib”.

Bəzi analitiklər deyir ki, Azərbaycana ultra-müasir texnologiya, xüsusən hərbi texnologiya lazımdır. İsrailə isə neft gərəkir. Ona görə də Azərbaycanla İsrailin bir-birinə ehtiyacı var. Şübhəsiz ki, bu faktor da İsrail-Azərbaycan münasibətlərində müəyyən rol oynayır. Ancaq başqa, daha dərin səbəblər də olmamış deyil.

Stereotiplərə inanmayın. İsrail-Azərbaycan əməkdaşlığı İrana qarşı əməkdaşlıqdan çox-çox kənara çıxır. Hər iki ölkə enerji, müdafiə, elm və kənd təsərrüfatı sahələrində sıx əməkdaşlıq edir. Azərbaycan İsrailin neftə olan tələbatının 50%-ni ödəyir. İsrail isə öz növbəsində Azərbaycana silah idxalının təxminən 70%-ni qarşılayır.

“Qərb tərəfdaşlarının bir çoxu Qəzzadakı müharibəyə görə İsrailə qarşı çıxsa da, Azərbaycan İsrailin yanında qalıb”, – Epstein deyir. “Fransa, Almaniya və Böyük Britaniya kimi ölkələr Yəhudi Dövlətinə qarşı silah embarqosunda irəli-geri getsə də, Azərbaycan oktyabrın 7-dən və ondan sonrakı çox cəbhəli müharibədən sonra İsrailə enerji ixracatını artırıb”.

Bu əlaqələr professor Ze’ev Khanin və Alex Grinberg kimi ekspertlərin diqqətindən də yayınmayıb. Onlar bu yaxınlarda “Begin-Sadat Center” Strateji Araşdırmalar Mərkəzi üçün Azərbaycanın İsraillə uzunmüddətli və sabit dostluğunu təhlil ediblər. Onların fikrincə, prezident Donald Tramp Azərbaycanın İsraillə münasibətlərini rəsmi Bakının Amerika maraqları üçün faydalı olmasının əlaməti hesab etməlidir. Təhlildə Azərbaycanın İranla münasibətindəki bəlli gərginlik, Orta Dəhlizdə əsas dövlət kimi mövqeyinə diqqət çəkilir. Deyilir ki, Rusiya qazından uzaqlaşdığı bir vaxtda Avropaya mühüm alternativ enerji təchizatını məhz Azərbaycan həyata keçirir.

BAKİ SON.jpg (244 KB)

Qərbdə bu kimi beyin mərkəzlərinin hesabatları real siyasətə ciddi təsir edir. Yəni Donald Trampın İlham Əliyevə məktubunda İsrail məsələsinə toxunması təsadüfi deyil. Bu, bu kimi beyin mərkəzlərinin tövsiyəsindən irəli gəlir.

Professor Epstein daha sonra deyir: “Azərbaycanın İsrailə gətirdiyi faydalar ABŞ-a daha geniş miqyasda fayda verə bilər”. “Ancaq ondan istifadə etmək administrasiyadan siyasətdə dönüş tələb edir”. Söhbət hansı U dönüşündən gedir? Co Bayden administrasiyası 1992-ci ildə ABŞ Konqresi tərəfindən Azadlığa dəstək haqqında akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəlişi yenidən qüvvəyə mindirdi. Deməli, Amerika erməni lobbisinin sifarişi ilə 1992-ci ildə qəbul olunmuş düzəliş 2001-ci ildə dondurulub. 2023-cü ildə isə erməni lobbisinin sifarişi ilə yenidən işə düşüb. Professor Epstein deyir ki, Azərbaycan-ABŞ münasibətlərinin yaxşılaşması üçün 907-ci düzəliş aradan götürülməlidir. Az sonra 50-dən çox ABŞ ravvinləri D.Trampa eyni xahişlə müraciət etmişdi. Bu ideyanın arxasında isə İsrailin Baş naziri Binyamin Netanyahunun dayandığı heç kəsə sirr deyil.

Onu da xüsusi qeyd etmək lazımdır ki, İrandan fərqli olaraq İsrail Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Yəhudi dövləti İranın süngü ilə qarşıladığı Turan dövlətinin yaranmasına da isti baxır.

DEHLİZ SON.png (504 KB)

“Azərbaycan İsrail ilə münasibətləri kəsməlidir” deyənlər mənə bizim klassik müxalifətin bir tezisini xatırladır: Azərbaycan, daha doğrusu iqtidar tərəfini seçməlidir. Ya Qərbin yanında olmalıdır, ya da Rusiyanın. Ancaq iqtidar belə etmədi. Sona qədər balanslaşdirilmiş siyasət yeritdi. Tarix də, hadisələrin gedişi də sübut etdi ki, bu, ən optimal seçim idi.

https://massispost.com/2025/04/trump-i-welcome-steps-by-azerbaijan-and-armenia-toward-peace/

Elbəyi HƏSƏNLİ, SÜRİX
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Dövlət sərhədində ATƏŞ AÇILDI – ÖLƏN VARFOTO

Next

Ararat Mirzoyan: Məqsədimiz sülh sazişinin imzalanacağı yeri və günü təyin etməkdir

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv