Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Trampın Əliyevə məktubundakı açar cümlə…

By Vüsal Rafiqoğlu
12.04.2025 4 Min Read

Ağ Ev rəhbərinin ikinci prezidentliyi dövründə Bakıya  ilk məktubu və İsraillə bağlı xüsusi vurğusu nəhəng prosesin başlanğıcından xəbər verir

Xəbər verildiyi kimi, ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

“Hörmətli cənab Prezident. Birləşmiş Ştatlar adından Sizi və Azərbaycan xalqını gözəl Novruz bayramı münasibətilə təbrik edirəm. Novruz hamı üçün sülh, çiçəklənmə və yenilənmə bayramıdır. Ölkələrimiz birgə işləmək sahəsində zəngin tarixə malikdir və mən qarşıdan gələn illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözləyirəm. Azərbaycanın tərəfdaşımız İsrailə dəstəyini və onunla dostluğunu dəyərləndirir, ölkənizin və Ermənistanın regiona sülh gətirmək üçün atdığı addımları alqışlayıram. Ölkələrimiz uğurlara doğru sürətlə irəlilədikcə Sizinlə işləməyi səbirsizliklə gözləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır”.

Qeyd edək ki, bu, ikinci prezidentlik postunda D.Trampın Azərbaycan liderinə ilk rəsmi məktubudur.

Maraqlıdır ki, bu ərəfədə İsrail Baş nazirinin Ofisinin yaydığı məlumatda Bakıda Türkiyə-İsrail danışıqlarına ev sahibliyi etdiyi üçün Azərbaycana təşəkkür edilib: “İsrail mühüm danışıqlara ev sahibliyi etdiyinə görə Azərbaycana və Prezident İlham Əliyevə təşəkkür edir”.

Bildirilib ki, görüşdə hər bir tərəf regionda öz maraqlarını təqdim edib, regional sabitliyi qorumaq üçün dialoq yolunda davam etmək razılaşdırılıb: “Danışıqlarda tərəflər regionda öz maraqlarını təqdim etdi və onlar sabitliyi qorumaq üçün kommunikasiya kanalını açıq saxlamağa razılaşdılar”.

Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda yer alana fikirlər ABŞ liderinin Azərbaycana xüsusi önəm verdiyinin, o cümlədən Azərbaycan-İsrail dostluq münasibətlərini yüksək qiymətləndirməsinin təsdiqi kimi şərh edilir.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini

Musa Qasımlı

Milli Məclis sədrinin müavini Musa Qasımlı sosial şəbəkədə hesabında bildirib ki, son illərdə ABŞ-dən belə səmimi və açıq məktub alınmamışdı. Onun sözlərinə görə, Trampın Novruz bayramı münasibətilə prezident Əliyevə göndərdiyi təbrik məktubu mahiyyətinə görə bayram təbriki çərçivəsini aşır: “Bu məktub Tramp administrasiyasının Azərbaycan siyasətinin ana xəttini ifadə edir. Birləşmiş Ştatların rəhbəri ölkələrimizin birgə işləmək sahəsində zəngin tarixə malik olduğunu vurğulayır. Bu, qarşılıqlı münasibətlərin inkişafında vacib amildir. Donald Trampın qarşıdan gələn illərdə hər iki liderin əldə edə biləcəyi möhtəşəm məqamları səbirsizliklə gözlədiyini yazması Azərbaycanla əməkdaşlığın dərinləşdiriləcəyindən xəbər verir. Məktubda Azərbaycan dövlətinin ABŞ-nin tərəfdaşı olan İsrail Dövlətinə Azərbaycanın dəstəyinin və onunla dostluğunun yüksək dəyərləndirilməsi dövlətimizin dünya siyasətində artan roluna verilən qiymətdir. İsrail və Azərbaycanı, Azərbaycan və yəhudi xalqlarını sarsılmaz, sıx tellər bağlayır. Azərbaycanda heç bir vaxt antisemitizm olmayıb. İsrail bizim dostumuzdur”.

M.Qasımlının sözlərinə görə, Trampın Azərbaycan və Ermənistanın sülh üçün atdıqları addımları dəstəkləməsi Bayden, Makron və başqalarının Cənubi Qafqazda yürütdükləri “qaynar qazan” siyasətinin üstündən xətt çəkməsidir: “Trampın cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurlara doğru irəlilədiyini yazması ölkəmizdə yürüdülən siyasəti qəbul etdiyini, dövlət başçımızla birgə işləmək istədiyini vurğulaması isə bilavasitə cənab Prezidentimizin beynəlxalq nüfuzu ilə bağlıdır. Trampın Birləşmiş Ştatların ölkəmizin suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qaldığını yazması təkcə regionu qarışdırmaq istəyənlərə cavab deyil, eyni zamanda yaxın illərdə dövlətlərimiz arasında mühüm sənədlərin imzala biləcəyinin müjdəsidir”.

“ABŞ Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olaraq qalır. Bu fikirlər Birləşmiş Ştatların Prezidenti Donald Trampın Prezident İlham Əliyevə təbrik məktubunda qeyd olunur”.

Vüqar Bayramov: Sülh müqaviləsi regiona daha çox sərmayənin cəlbinə imkan  yaradacaq

 Vüqar Bayramov

Deputat Vüqar Bayramov belə qeyd edib. “Azərbaycana ixracatını 2024-cü ildə 1.8 dəfə, idxalını isə 8.4 dəfə artıran Birləşmiş Ştatlarla ölkəmiz arasındakı əməkdaşlığın yeni dönəmdə dərinləşəcəyi gözlənilir. Bu regionda dayanıqlı sülhün formalaşması və güclənməsinə töhfə verən faydalı əməkdaşlıqdır”, – deyə o bildirib.

Oqtay Qasımov yenidən bələdiyyə üzvü seçildi » Lider-media.az

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov isə “Yeni Müsavat”a bildirdi ki, Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubu çox əhəmiyyətli bir sənəddir: “İkinci prezidentliyinə başladıqdan sonra Donald Tramp ilk dəfə Azərbaycan prezidentinə bu məktubu göndərərək orada çox vacib məqamlara diqqət çəkib. Həm ikitərəfli münasibətlər nöqteyi-nəzərdən, eyni zamanda, Güney Qafqazdakı proseslər, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması ilə bağlı çağırışlarla yanaşı, məktubda Azərbaycan-İsrail dostluq əlaqələrinə xüsusi diqqət yönəldilməsi çox önəmlidir. Nəzərə alsaq ki, təxminən bir aya öncə Trampın xüsusi nümayəndəsi Azərbaycanda səfərdə olub və burada bir sıra görüşlər keçirib, bununla bərabər həm İsrail parlamentində Azərbaycan-İsrail-ABŞ üçlü müttəfiqlik münasibətləri ilə bağlı səsləndirilən fikirlər, həmçinin Amerikada yaşayan 50-dən artıq İsrailli ravvinin Donald Trampa məktub yazması və məktubda Azərbaycan-ABŞ-İsrail müttəfiqliyi çağırışının edilməsi, Azərbaycanın ”İbrahim sazişi”nə qoşulması məsələsinin gündəmə gətirilməsi bir prosesin başlandığından xəbər verir”.

Ekspert qeyd etdi ki, Trampın məktubunda da həmin prosesdən qaynaqlanan fikirlər yer alıb: “Təbii ki, Azərbaycan Prezidenti Tramp administrasiyası ilə bağlı müsbət fikirlər söyləyib. Hələ keçən ilin iyununda Şuşada keçirilən beynəlxalq media forumunda-dünya ölkələrinin əksəriyyəti Bayden-Harris cütlüyünü dəstəklədiyi bir vaxtda-Azərbaycan prezidenti açıq şəkildə Donald Trampa dəstəyini ifadə etmişdi. Bu da şübhəsiz ki, Tramp komandası tərəfindən diqqətdən yayınmayıb. O baxımdan, hesab edirəm ki, Azərbaycanın Amerika ilə əlaqələri inkişaf etdirmək marağı var. Bunu Prezident bir neçə dəfə qeyd edib. Bu məktub gələcək əməkdaşlığın inkişafı üçün önəmli bir sənəd kimi dəyərləndirilməlidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentin nəvələri Ərdoğanla – Foto

Next

Yeni DƏLƏDUZLUQ: Xəbəriniz olmadan adınıza necə kredit götürürlər?VİDEO

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv