Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür

By Vüsal Rafiqoğlu
15.04.2025 4 Min Read

Qırx ildir ki, Zərifə xanımın nurlu xatirəsi xalqımız tərəfindən hörmətlə anılır

 

Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirə günüdür. Zərifə xanım ən yüksək insani keyfiyyətləri, xeyirxahlığı, nəcibliyi və fədakarlığı, bir həkim kimi gözlərə nur bəxş etməsi, bir alim kimi Azərbaycan oftalmologiya elmini ölkənin hüdudlarından kənarda tanıtması, bir ictimai xadim kimi yorulmaz fəaliyyəti ilə şərəfli bir ömür yaşayıb. Bu şərəfli ömür ona insanların qəlbində əbədiyaşarlıq qazandırıb. Qırx ildir ki, Zərifə xanımın nurlu xatirəsi xalqımız tərəfindən hörmətlə anılır.

AZƏRTAC akademik Zərifə Əliyevanın anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına bir daha nəzər salır.

Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası – görkəmli ictimai xadim və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, dostu, mənəvi dayağı, arxası idi. İllər sonra Ulu Öndər onun məzarı önündə deyəcəkdi: “Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.

Akademik Zərifə Əliyevanın elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan elminin parlaq səhifələrini təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.

1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, xəstəliyin səmərəli müalicə metodlarını işləyib-hazırlamaq lazım idi. Beləliklə, gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi axtarışlarının ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, göz xəstəliklərinin regional lokallığını müəyyənləşdirir, xəstəliyin epidemioloji xüsusiyyətlərini araşdırır, məsləhətlər verir, mühazirələr oxuyurdu. O, traxomanın müalicəsində mövcud üsullar ilə yanaşı, həmin dövrün güclü antibiotiklərindən olan sintomitsindən istifadə ilə yeni müalicə üsulu tətbiq edib uğurlu nəticələrə nail olur. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edir. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olunur və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynayır.

Zərifə xanımın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Görkəmli alimin respublikanın iri sənaye müəssisələrində apardığı genişmiqyaslı elmi-tədqiqat işləri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk alim qadın idi.

Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir: “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Gözyaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və sair. Alimin “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Gözyaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə də məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

“Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”, – deyən Zərifə xanım xəstələrini doğmalarından ayırmır, onların gözlərinə nur bəxş etmək üçün əlindən gələni əsirgəmirdi.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət” kitabında oxuyuruq: “Özü də çoxsaylı vəzifələrinin heç birinə qətiyyən formal yanaşmırdı. Məsələlərin müzakirəsində şəxsən iştirak edir, onların uğurlu həlli üçün bilik, qüvvə və enerjisini əsirgəmirdi. Bu zaman çalışırdı ki, gündəlik həyatının işlə bağlı tərəfi heç bir halda qadın və ana kimi üzərinə düşən vəzifələri üstələməsin. Bəzən Zərifə xanım elmi və ictimai işlərin ailəsinə, övladlarına ayıra biləcəyi vaxtı əlindən aldığına görə özünü günahkar hiss edirdi”.

Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.

Müasirlərinin dediyi kimi, Zərifə xanım qeyri-adi bir ana idi və övladlarına olan münasibət də xüsusi idi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları sanki Ulu Tanrı tərəfindən bəxş olunan bir nur payı kimi qəbul edirdi. Özünə rəhm etmirdi, analıq borcunu yerinə yetirməkdə də özünə rəhmi gəlmirdi. Hərdən analar uşaqlarına olan məhəbbətdə elə yüksək dərəcələrə çatırlar ki, bununla hamını heyrətə gətirirlər. Zərifə xanım məhz belə analardan idi.

Zərifə xanım təkcə gözlərə nur bəxş etmirdi. Onun bütün ömrü ətrafa nur yayırdı: bir ana kimi övladlarına göstərdiyi qayğı, ömür-gün yoldaşı kimi Ulu Öndərə arxa-dayaq olması, bir Azərbaycan xanımı kimi xalqına göstərdiyi xidmət nurlu əməllərdən, işıqlı arzulardan qaynaqlanırdı. Zərifə xanımın şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Narkomaniya əsrin bəlasıdır

Next

Bakıda DƏHŞƏTLİ İNTİHAR: atasının silahı ilə özünü öldürdü

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv