Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Ailədə düzgün tərbiyə mühiti necə qurulmalıdır?

By Vüsal Rafiqoğlu
16.04.2025 5 Min Read

Uşaqların şəxsiyyət kimi formalaşmasında valideynlərin rolu əvəzolunmazdır. Bəs sağlam, düzgün və sevgi dolu valideyn-uşaq münasibətini necə yaratmaq olar? Psixoloq, hipnoterapist Sürəyya Qulubəyova İki sahil.TV-yə müsahibəsində bu mövzuya aydınlıq gətirdi.

– Sürəyya xanım, uşaq dünyaya göz açdığı andan  onun şəxsiyyət kimi formalaşmasında valideynlərin çox əhəmiyyətli rolu vardır. Bəs sizcə, psixoloji baxımdan sağlam valideyn-uşaq münasibətinin əsas dayaqları nədən ibarətdir?

– Psixoloji baxımdan sağlam valideyn-uşaq münasibəti sevgi, anlayış, qarşılıqlı hörmət və davamlı ünsiyyət üzərində qurulur. Uşaq doğulduğu andan etibarən valideynlərinin münasibətini hiss edir. Bu münasibət onun şəxsiyyətinin, dünyaya baxışının və emosional inkişafının bünövrəsini formalaşdırır. Valideynin uşağa verdiyi sevgi təkcə fiziki qayğı ilə ölçülmür. Burada əsas məsələ uşağın emosional ehtiyaclarının ödənilməsidir. Uşaq bilməlidir ki, onu olduğu kimi qəbul edən, dinləyən və başa düşən valideynləri var. Əgər bir uşaq özünü ailədə güvənli hiss edirsə, öz fikrini sərbəst ifadə edə bilirsə və bu fikirlər dinlənilirsə, o zaman sağlam özünəinam formalaşır. Bununla yanaşı, sərhədlərin qoyulması da mühümdür. Valideyn nə qədər şəfqətli olsa da, uşağın davranışlarını yönləndirən, ona düzgün və yanlışın nə olduğunu göstərən möhkəm bir sistem də qurmalıdır. Ancaq bu sərhədlər sevgi və anlayışla tətbiq olunmalıdır. Tənqid, təzyiq və ya fiziki cəza kimi üsullar uşağın psixologiyasına zərər verir, özünü dəyərsiz hiss etməsinə səbəb olur. Əvəzində pozitiv yanaşma, səbrlə izah etmə və birgə qərar vermə uşağın məsuliyyət hissini və sosial bacarıqlarını inkişaf etdirir. Valideynin özü də emosional olaraq balanslı, özünü tanıyan və uşağı ilə vaxt keçirməyə həvəsli olmalıdır. Sağlam münasibət uşağın psixoloji sağlamlığını təmin etməklə yanaşı, gələcəkdə quracağı bütün münasibətlərə təsir edir. Valideynin uşaqla qurduğu münasibət, əslində onun bütün həyatına atılan bir izdir.

– Valideyn-uşaq münasibətində sevgi və sərhədlər necə tarazlaşdırılmalıdır?

– Valideyn-uşaq münasibətində sevgi və sərhədlərin tarazlaşdırılması uşağın sağlam psixoloji inkişafında çox əhəmiyyətli rol oynayır.  Sevgi uşağın emosional təhlükəsizlik hissini formalaşdırır, sərhədlər isə ona sosial davranış qaydalarını öyrədir. Çox zaman valideynlər “uşağımı çox sevirəm, ona görə də hər istədiyini edirəm” kimi yanaşma ilə ona sevgi göstərdiklərini düşünürlər. Halbuki bu, sevgi deyil, sərhədsizlikdir və uşağın özünü təhlükəsiz hiss etməsinə əks təsir göstərə bilər. Uşaq sərhəd görmədikdə nəzarətsiz bir dünyada olduğunu düşünür. Sağlam münasibət modeli belədir: Valideyn uşağa dəyərli olduğunu hiss etdirir, onu dinləyir, qucaq açır, duyğularını qəbul edir. Amma, eyni zamanda, ona hansı davranışların qəbulolunmaz olduğunu aydın və ardıcıl şəkildə bildirir. Məsələn, “Səni çox sevirəm, amma oyuncağı atmağın doğru deyil. Gəlin bu oyuncağı yerinə qoyaq və başqa bir şey oynayaq.” Burada həm sərhəd qoyulur, həm də uşaq sevgidən məhrum edilmədən istiqamətləndirilir. Bu balans həm uşağın özünü dəyərli hiss etməsinə, həm də məsuliyyətli şəxsiyyət kimi formalaşmasına şərait yaradır. Sevgi uşağın özünü sevməsinə, sərhədlər isə onun başqalarına hörmət etməsinə yol açır. Belə münasibət uşağı gələcək həyatına möhkəm emosional bünövrə ilə hazırlayır.

– Uşaqlarla sağlam emosional bağ necə qurulur?

– Uşaqlarla sağlam emosional bağın qurulması onların emosional, sosial və psixoloji inkişafının təməlini təşkil edir. Bu bağ “emosional təhlükəsizlik” adlandırdığımız anlayışa əsaslanır-yəni uşaq öz valideyninin yanında həm fiziki, həm də emosional olaraq güvəndə olduğunu hiss etməlidir. Əslində, uşaqda sağlam emosional bağ ilk andan -doğulduğu gündən formalaşmağa başlayır. Körpəyə toxunmaq, onu qucaqlamaq, ağladıqda dərhal cavab vermək, göz təması qurmaq onun beynində “mən dəyərliyəm, mən sevilirəm” mesajını kodlaşdırır. Bu hiss uşağın gələcək münasibətlərində etibarlı insan modeli qurmasına və özünə inamı formalaşdırmasına şərait yaradır.

– Bəs bu bağ necə möhkəmləndirilir?

– Uşağı dinləmək sadəcə sözlərini eşitmək deyil, onun duyğularını, ehtiyaclarını da anlamaqdır. “Sənin üçün bu çətindir, bilirəm” kimi ifadələr uşağa anlaşıldığını hiss etdirir. Bu, bağın möhkəmlənməsi üçün çox vacibdir. Valideyn uşağın duyğularını qəbul etməli, onu utandırmamalı və duyğularına dəyər verməlidir. “Ağlama, bu heç nə deyil” əvəzinə “Ağlamağın normaldır, sən indi qorxdun” demək onunla duyğusal körpü qurmaqdır. Uşaq yalnız sevgi görmək deyil, sabit davranışlar görmək istəyir. Valideynin bir gün sərbəst, bir gün sərt davranması emosional bağda qarışıqlıq yarada bilər. Uşaq bilməlidir ki, valideyni hər zaman onun yanındadır – sevinəndə də, ağlayanda da.

Valideyn uşaq üçün sadəcə qayğı göstərən deyil, emosional bələdçi olmalıdır. Bu bağ – anlayış, empatiya, dinləmə və qarşılıqlı hörmət üzərində qurulduqda, uşaq öz şəxsiyyətini sevgi və güvən içində inkişaf etdirə bilər.

– Tək ana və ya tək ata ilə böyüyən uşaqlarda psixoloji ehtiyaclar necə qarşılanmalıdır?

– Tək valideynlə böyüyən uşaqlarda psixoloji ehtiyacların qarşılanması çox vacibdir. Çünki belə uşaqlar emosional və sosial baxımdan bəzən çətinliklərlə üzləşə bilirlər. Tək valideynlə böyüyən uşaqlar əvvəlcə valideynlərinə qarşı daha çox emosional asılılıq göstərə bilirlər. Buna görə də onların ehtiyaclarını anlamaq və emosional dəstəyi təmin etmək çox əhəmiyyətlidir. Valideynin uşağa qarşı davamlı sevgi, diqqət və qayğı göstərməsi uşaqların psixoloji inkişafı üçün çox vacibdir. Uşaqların öz hisslərini ifadə etmələri üçün uyğun bir mühit yaratmaq və onların duyğusal vəziyyətlərini anlamağa çalışmaq da vacibdir. Tək valideynli ailədə böyüyən uşağın sağlam inkişafı üçün digər müsbət rol modellərinin olması da böyük əhəmiyyət daşıyır. Tək valideynli ailələrdəki uşaqlar üçün müsbət bir cəmiyyət dəstəyi çox faydalı ola bilər. Sosial münasibətlərin gücləndirilməsi uşağın özünə inamını artırmağa kömək edir. Eyni zamanda, bu uşaqlar üçün hər iki valideynin də tərəfdaşlığında olan bir dəstək şəbəkəsinin olması onların həyatını daha balanslı hala gətirir. Uşağa qarşı yaradılan müsbət atmosfer və anlayışlı münasibət onun inkişafında böyük rol oynayır.

– Fərqli temperamentə sahib – sakit və hiperaktiv uşaqlarla necə uyğun davranış strategiyası qurmaq olar?

– Sakit və hiperaktiv uşaqlarla uyğun davranış strategiyası qurmaq üçün valideyn ilk növbədə hər bir uşağın fərdi xüsusiyyətlərini dərk etməli və onları olduğu kimi qəbul etməyə hazır olmalıdır. Psixoloji baxımdan uşağın temperament tipi onun davranışlarına, emosional reaksiyalarına və sosial münasibətlərinə birbaşa təsir edir. Bu səbəbdən valideyn tərbiyədə vahid yanaşma əvəzinə hər uşağa öz xarakterinə uyğun  yanaşma tətbiq etməlidir. Sakit uşaq adətən daha təmkinli, düşüncəli və müşahidəçi olur. Onların yeni insanlara və situasiyalara adaptasiya olmaları  vaxt ala bilər. Bu səbəbdən sakit uşaqla münasibətdə tələsik nəticə gözləmək əvəzinə onun ritminə uyğun şəkildə yaxınlaşmaq, duyğularını ifadə etməsinə fürsət yaratmaq lazımdır. Hiperaktiv uşaq isə enerjili, hərəkətli və bəzən diqqəti tez yayınan biri ola bilər. Bu cür uşaqlar çox zaman nəzarətsiz və sözə baxmayan kimi qiymətləndirilsə də, əslində onların davranışları temperamentlərindən və neyropsixoloji inkişaflarından qaynaqlanır. Hiperaktiv uşağa qarşı sərt nəzarət və tez-tez tənqid əvəzinə onun enerjisini düzgün istiqamətə yönəltmək, maraqlı və qısa fəaliyyətlərlə məşğul etmək, hərəkətə imkan verən öyrənmə və oyun mühitləri yaratmaq daha faydalı olar. Onlar nə qədər impulsiv olsalar da qaydalara uyğun davranmağı öyrənə bilərlər – yetər ki, onlara aydın sərhədlər qoyulsun və bu sərhədlər ardıcıl şəkildə tətbiq olunsun. Ümumilikdə, istər sakit, istərsə də hiperaktiv uşaqla münasibətdə əsas olan uşağın daxili dünyasını anlamaq, onu şəxsiyyət kimi qəbul etmək və onunla qarşılıqlı hörmətə əsaslanan bir bağ qurmaqdır. Valideyn uşağın fərqliliyini üstünlük kimi görməyi bacardıqda,  uşaq həm özünü daha güvənli və dəyərli hiss edir, həm də bu münasibət sağlam psixoloji inkişaf üçün zəmin yaradır.

Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bank kartlarından oğurluq: Təhlükəsizlik necə təmin olunmalıdır?

Next

Bərdə rayon İcra Hakimiyyəti başçısının Əmirli kəndində səyyar qəbul-görüşü keçirilib

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv