Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Kasım-Jomarda namərd eyham – Kremlin əlində “mexanizmli bomba”lar var

By Vüsal Rafiqoğlu
16.04.2025 3 Min Read

Xalqların öz müqəddəratını təyinetmə hüququ Damokl qılıncı kimi ortaboylu və kiçik dövlətlərin başının üstündəki bəladır. O, hər an düşə bilər – xüsusilə də böyük dövlətlərdən biri onu tərpədərsə.

Böyük dövlətlərin isə belə problemi yoxdur. Daha dəqiqi, problem özlüyündə olsa da və daha mürəkkəb səciyyə daşısa da, “böyüklər” onu inzibati yollarla, zorakılıqla, müxtəlif vasitələrə basdıra bilirlər.

Məsələn, Fransa dövləti 21-ci əsrin bu vədəsində Yeni Kaledoniyada, Korsikada və digər yerlərdə ayrılıb müstəqil dövlət qurmaq, öz müqəddəratını həll etmək istəyən xalqların arzusunu zorakılıqla boğur.
Eyni zamanda bu dövlət başqa ölkələrdəki ayrılıq tərəfdarlarına dəstək verir. Məsələn, Kanadanın tərkibindəki fransızdilli Kvebek vilayətində bu gün separatçılıq meylləri güclənsə, ilk və güclü dəstəyini Fransadan alar.

Rəsmi Parisin, eləcə də, demək olar ki, bütün fransız siyasətçilərin ölkəmizdəki separatçıları necə dəstəklədikləri barədə uzun-uzadı bəhs etməyə bu yazıda ehtiyac yoxdur. Sadəcə, onu deyək ki, bir neçə il öncəyə qədər fransız siyasətçilər ermənilərin kiçik bir regionda ikinci dəfə dövlət qurmalarını var gücləri ilə müdafiə edirdilər. Halbuki, 15-20 kilometr o tərəfdə ermənilər bir dəfə öz müqəddəratlarını həll edib, Ermənistan dövlətini qurublar.

İspaniya da böyük dövlətdir deyə, ümumi sayı 10 milyon civarında olan katalon xalqına öz müqəddəratını həll etmək, milli dövlət qurmaq imkanı vermir. Basklar da bu imkandan məhrumdurlar.

Böyük dövlətlər hesab edirlər ki, öz daxillərində yaşayan xalqlar sakit oturmalıdırlar, amma kiçik dövlətlərdə yaşayan xalqların mütləq öz müqəddəratlarını təyinetmə hüququ var.

Bu kartdan ən çox istifadə edən Rusiyadır. Rusiya öz daxilində yaşayan osetinlərə belə bir hüquq tanımır, amma Gürcüstanda yaşayan osetinlər üçün “Cənubi Osetiya” adlı qondarma dövlət qurub.

Müstəqil dövlət qurmaq üçün ölümünə savaşan çeçenlərə divan tutan Kreml bir az o tərəfdə abxazların öz müqəddəratlarını təyin etməsinə yardımçı olub. Tatarıstanı “gözü çıxmış qardaş”ından – çeçenlərdən ibrət dərsi götürməyə vadar edən Moskva Moldovada Dnestryanı bölgəni “müstəqil dövlət” kimi saxlayır, hələ Qaqauziyanı da ona qoşmaq istəyir.

Rusiya, Leninin təbirincə desək, “xalqlar həbsxanası” olaraq qalır, amma bu “zon(a)dakılar”ın formal muxtariyyatdan başqa heç bir hüquqları yoxdur. Onların adları “muxtar respublika”, “muxtar vilayət”, “muxtar dairə” olsa da, Moskvadan şaquli şəkildə idarə olunurlar.

Ancaq iş başqa, xüsusilə də qonşu ölkələrdə yaşayan rus əhalisinin hüquqlarına gəldikdə, rıçaq Moskvanın əlindədir. Əbədi bəhanə də var, bir az o yan-bu yan olan kimi ənənəvi “keçi suyu bulandırdı” devizi işə düşür: “Filan bölgədə yaşayan rusdilli (və ya slavyan) əhalinin hüquqları pozulur”. Nəymiş? “Rusca danışmalarına maneə var”.

Kreml ona görə söhbətə “rusdillilər və slavyanlar” prizmasından girir ki, özünü hansısa ölkədə yaşayan və rus dilində danışan, eləcə də rus olmayan, slavyan xalqlarından birinə (ukraynalı, belarus, bolqar, polyak, serb, slovak və s.) mənsub olan xalqın himayədarı sayır və bu, ona əlavə “müdaxilə hüququ” verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dövlətlərin ərazi bütövlüyünün qorunması ilə bağlı bəyanatına iki ildən sonra reaksiya verməsinə və BMT nizamnaməsinə görə insanların öz müqəddəratını təyin etmək hüququndan da bəhs etməsinə bu prizmadan yanaşmaq lazımdır.

Rusiya qımıldanır, Qazaxıstanın xarici siyasətindən, son vaxtlar Qərbə yaxınlaşmasından narazılığını “müqəddərat kartı” ilə vurmağa çalışır.

Məlumdur ki, Qazaxıstanın şimal bölgələrində, Rusiya ilə həmsərhəd vilayətlərdə ruslar və digər slavyan xalqlar kompakt şəkildə yaşayırlar. Onları bir gün yaşadıqları şəhərlərin mərkəzi meydanına toplayaraq, müqəddərat və ya muxtariyyat davasına çıxarmaq Kreml başbilənlərinin əlində bir qədəh araq içmək kimi bir şeydir. Onsuz da Qazaxıstanın müstəqil dövlət olduğu 34 ilə yaxın bir müddətdə Rusiya əlini bu vilayətlərin üstündən çəkməyib və onları saat mexanizmi ilə işləyən bombaya çevirib. İndi rəsmi Astana müstəqil xarici siyasətində israr etsə, Kreml o “bomba”nın saatını quracaq.

Elə çıxa bilər ki, məsələn, Qazaxıstanla paralel olaraq son bir ildə Avropa İttifaqıyla, xüsusilə də Fransa və Almaniya ilə yaxınlaşan Özbəkistana qarşı Rusiyanın əlində hər hansı bir kart yoxdur. Bu, yanlış qənaət ola bilər. Özbəkistanda ruslar və digər slavyan xalqları muxtariyyat tələb edəcək qədər kompakt yaşamasalar da, başqa bir kompakt yaşayan və Rusiya tərəfindən xüsusi münasibət görən muxtar qurum var. Bu, Qaraqalpaqıstandır. Kreml lazımi anda qaraqalpakları özbək qardaşlarına qarşı qaldıra bilər.

Başqa sözlə, Rusiya lazım bildiyi vaxt hər bir keçmiş SSRİ respublikasını Ukraynanın gününə salmağa qadirdir. Onun Krımları, Donbasları çoxdur, bəhanəsi isə hər zaman hazırdır.

Xalid KAZIMLI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bərdə rayon İcra Hakimiyyəti başçısının Əmirli kəndində səyyar qəbul-görüşü keçirilib

Next

Daha çox dərs – daha çox elm, yoxsa stress…

Xəbər lenti

  • Prezident fərman imzaladı 17.07.2026
  • Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək 17.07.2026
  • Ordumuz qırıcıları havaya qaldırdı – FOTOLAR 17.07.2026
  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv