Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Siyasi müflislik

By Vüsal Rafiqoğlu
16.04.2025 3 Min Read

Siyasət ilk növbədə ictimai təzahür, siyasətçi isə ilk növbədə publik şəxsdir – yəqin ki, bu cür qəbul olunmuş və artıq klassik, hətta müəyyən mənada bəsit hesab olunan fikirlərlə hamı razıdır. Bu sadə həqiqəti nəzərə alsaq, anlamaq çətin deyil ki, uğur əldə etmək istəyən siyasətçi ilk növbədə ictimaiyyətin rəğbətini qazanmalıdır. Siyasətdə isə ictimai rəğbətin əldə olunmasının əsas səbəbləri bunlardır: şəxsi nailiyyətlər, xarizma, ucuz populizmdən uzaq olan ritorika, verilən vədlərlə əməllərin vəhdəti, özgüvən, məsuliyyət hissi və yaşanan konkret situasiyadan asılı olmayan strateji düşüncə. Bunları anlamayan, ancaq yenə də siyasətdən dördəlli yapışan şəxsin siyasətdə mövcudluğunun  bir səbəbi ola bilər: şəxsi mənafelər naminə siyasi alver ilə məşğul olmaq istəyi. Məsələyə Azərbaycanın müasir reallığı prizmasından baxanda isə mütləq olaraq önəmli bir amil nəzərə alınmalıdır: Azərbaycan xalqı artıq Qalib xalqdır, Qalib xalqın siyasi rəğbətini isə yalnız Qələbə ilə assosiasiya oluna biləcək siyasi Lider qazana bilər.

Bu cümlələri tez oxuyub keçməyə tələsməyin, çünki bu reallıq bizi yanlış emosiyalardan qoruya və bir çox həqiqətləri görmək üçün gözlərimizi aça bilər. Unutmayaq ki, radikal müxalifətçilik fəaliyyəti bu düstur üzərində qurulub: qalmaqal bərabərdir siyasi mövcudluq. Siyasi şivənliklə məşğul olanların ard-arda verilən məsuliyyətsiz bəyanatlarının əsas hədəfi məhz qalmaqal xarakterli situasiyaların yaradılmasıdır. Ona görə də sonsuz informasiya axını yaşanan dövrdə fərdin siyasi ayıq-sayıqlığını qoruması olduqca zəruridir. Əks halda, o özü də bilmədən yaramazların siyasi oyunlarında sadəcə bir alətə çevrilə bilər. Bu mənada siyasi maarifçilik fəaliyyətinin əhəmiyyəti bir daha aktuallaşır.

30 il ərzində qalmaqal və ixtilaflardan başqa cəmiyyətə heç nə verməyən faydasız radikallar artıq sözün əsl mənasında tükəniblər. Məhz elə buna görə də onlar ifrat əməllərə əl atırlar. Ümumiyyətlə, nəzərə almaq lazımdır ki, radikal təfəkkür “məsuliyyət” hissindən məhrumdur. “Məsuliyyətli davranış” anlayışının radikal təfəkkür üçün heç bir dəyəri yoxdur. “Radikal” siyasətçi əksər hallarda kütlənin arxasında gizlənir, fəaliyyətini isə yalnız digərlərinin tənqidi üzərində qurur. Bu cür siyasətin sağlam və müasir təfəkkürdə hər hansı bir simpatiya qazanması, sadəcə mümkünsüzdür. 30 illik siyasi “fəaliyyət” yetərli deyilmiş ki, bunlar xalqın arzusunun nifaq deyil, rifah olduğunu anlasınlar. Siyasi müflislik və siyasi tükənmişlik yaşayanların siyasətdə heç bir sağlam aqibəti ola bilməz. Bir daha vurğulayaq ki, onların siyasi fəaliyyəti rifaha yox, cəmiyyətdə şübhə və inamsızlıq toxumunun səpilməsinə xidmət edir.

Öz populist demaqogiyalarında hər zaman “xalqa” müraciət edən ucuz siyasi şoumenlər əslində bütün vəchlə milli həmrəyliyə qarşı çıxış edirlər. Onların fəaliyyəti milli birliyin qorunması metodlarının axtarışına yönəlməyib, əksinə, niyyətləri cəmiyyətdə ixtilaf yaradaraq yeni manipulyasiya imkanları qazanmaqdır. Siyasətdə öz mövcudluğunu qorumaq üçün yeganə ümidini cəmiyyətdə emosional gərginliyin yaradılmasına bağlamış bəlalı vətənşivənlər hər zaman çalışırlar ki, siyasi qalmaqal yaratsınlar. Yaşanan bəzi hadisələrə diqqət yetirən zaman görə bilirik ki, emosional qalmaqal naminə onlar hətta öz tərəfdaşlarını qurban verməyə belə hazırdırlar. Budur onların siyasətdə mövcudluğunun əsl mahiyyəti. Sahib olduqları qərəz, xəstə ambisiyalar və natamamlıq kompleksi oda atılan odun kimi zamanla onların yanmasına səbəb olur.

Ölkənin uğurlarında zərrə qədər payı olmayan, habelə milli birliyi inkar edən və dövlətimizə qarşı qərəzli mövqe tutan qüvvələrin əllərində “marionet kukla” kimi oynadılmağa razı olanların nəinki milli siyasi qüvvə kimi adlanmağa, hətta siyasətdə olmağa belə haqları yoxdur. Yaşadıqları “siyasi tükənmişlik” sindromu isə onların aqressiv davranışlarına haqq qazandıra bilməz.

Onu da unutmayaq ki, “hakimiyyət Qarabağı qaytarmaq istəmir və bunun üçün gücü yoxdur”, “Azərbaycanı dünyada heç kəs tanımır”, “Azərbaycanı dəstəkləyən ölkələr yoxdur”, “Azərbaycan beynəlxalq münasibətlər sistemində dəstəksiz və tək qalıb”, “Azərbaycan yanlış siyasət aparır”, “Azərbaycanda heç bir inkişaf yoxdur”, “Azərbaycanın Ordusu tənəzzül içindədir” – kimi xain, məsuliyyətsiz fikirləri səsləndirənlər məhz həmin o radikallardır ki, indi də öz “siyasi mahnıları” üçün yeni “nəqəratların” axtarışındadır və “xorları” üçün də adamları da yoxdur. Ona görə də onların fəaliyyəti istisna təşkil edən fərdlərin özfəaliyyəti ilə məhdudlaşır.

Radikal təfəkkürlü siyasətbazların bu cür xüsusiyyət və əlamətlərini yadda saxlayaq,  siyasətçiyə ictimai rəğbəti qazandıra biləcək yuxarıda bəhs etdiyimiz amilləri bir daha qeyd edək: “şəxsi nailiyyətlər”, “xarizma”, “ucuz populizmdən uzaq olan ritorika”, “söz ilə əməllərin vəhdəti”, “özgüvənlik”, “məsuliyyət hissi” və “yaşanan konkret situasiyalardan asılı olmayan strateji düşüncə”. Bu cür keyfiyyətlərin siyasətbazların xüsusiyyətləri ilə tutuşdurulması belə kifayətdir ki, radikalların aqibətsizlik və siyasi müflislik faktını təsbit edə bilək.

Siyasətə tələ qurmaq, intriqa yaratmaq və xəstə ambisiyaları ödəmək mənbəyi kimi baxanların ifşası qaçılmazdır, onların ictimai rəğbət qazanması isə sadəcə mümkünsüzdür. Manipulyasiya məqsədilə istifadə olunan məzlum obraz müasir dövrdə siyasətçiyə uğur qazandırmaz, emosional manipulyasiyalar isə onlara davamlı dəstəyi təmin edə bilməz. Öz xəstə təxəyyüllərində yaratdıqları boz reallıqda yaşayan bu cür siyasətçilərin yeganə təsəlliləri ucuz demaqogiyaya görə yaşadıqları anlıq şöhrət hissləri və özləri haqqında “mükəmməl intriqan” fikrində olmalarıdır. Ola bilsin ki, populizm emosiyanı sevsin, ancaq dövlətçilik, milli maraqlar və inkişafın fundamental əsası olan sabitlik “kirli” emosiyalar üzərindən qazanılmaz.

Asif Adil

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Çin Qafqaz siyasətində Azərbaycana xüsusi önəm verir – AÇIQLAMA

Next

Azərbaycan Prezidenti Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verdi

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv