Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Region Xəbərləri

Azərbaycan-Gürcüstan münasibətlərinin qədim tarixi kökləri var.

By Vüsal Rafiqoğlu
17.04.2025 3 Min Read
Azərbaycanlılar və gürcülər regionda mehriban qonşuluq və dostluq şəraitində yaşamışlar, xalqlar arasında qarşılıqlı hörmət və ehtiram hər zaman örnək olub. Bu səmimi münasibətlər Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə daha da güclənib. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyinin, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyinin açılışı ikitərəfli əlaqələrin inkişafına xüsusi stimul verib. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində dövlətlərarası münasibətlər daha da yüksək səviyyədə qərarlaşıb. Hazırda Gürcüstan Cənubi Qafqazda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Bununla yanaşı, iki qonşu, dost ölkə həm də strateji tərəfdaş kimi çıxış edir və ikitərəfli əməkdaşlığımız son dərəcə uğurludur.
Azərbaycan beynəlxalq aləmdə ərazi bütövlüyünü və suverenliyini təmin etmiş dövlət olaraq yox, həm də Cənubi Qafqaz regionunda lider dövlət kimi çıxış edir. Bu məqam yalnız ölkəmizin Şərq Qərb dəhlizində strateji mövqedə yerləşməsi ilə bağlı deyil, eyni zamanda, dünyada söz sahibi olan liderin yürutdüyü siyasətin uğurudur. Bu gün həmin uğurlu siyasət Azərbaycanı yalnız Qafqazda deyil, bütövlükdə dünyada lider dövlətlər sırasında qərarlaşdırıb. Müasir dünya siyasətinin düsturlarını və qaydalarını bəşəri dəyərlər kontekstində aparan lider Prezident İlham Əliyev Azərbaycan xalqını haqq etdiyi zirvələri fəth etməkdə davam edir. Bütün beynəlxalq tədbirlərdə ölkəmiz tək enerji resursları və geosiyasi mövqeyi ilə deyil, həm də regional lider dövlət olaraq öz gücü ilə milli maraqlarını diktə edir. Nüfuzlu liderlərin Azərbaycana səfərləri, qlobal gündəlikdə duran məsələlərin, problemlərin məhz Bakıda müzakirəsi, həlli yollarının araşdırılması ölkəmizə göstərilən ehtiramın göstəricisidir. Bu baxımdan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə rəsmi səfəri mühum məqamlarla yadda qaldı.
Əvvəlcə onu qeyd edək ki, ümumiyyətlə, Gürcüstan Prezidentinin ilk xarici səfərini də məhz Azərbaycana etməsi iki ölkə arasında yaranmış strateji əlaqələrin güclü olduğunu təsdiqlədi. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqama xüsusi toxunaraq vurğuladı ki, bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir. Məlumdur ki, Gürcüstan və Azərbaycan Avropa ilə Asiyanı birləşdirən tranzit dəhlizləri kimi mühüm rol oynayır. Nəqliyyat infrastrukturunun, o cümlədən dəmir yolu və avtomobil yollarının inkişafı hər iki ölkə üçün prioritet məsələdir. “Yeni İpək Yolu” layihəsi və “Bir kəmər, bir yol” təşəbbüsü bu sahədə əməkdaşlığın dərinləşdirilməsi üçün əlavə imkanlar yaradır. Hər iki ölkə Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin qorunmasında maraqlıdır. Onlar regional təşkilatlar və platformalar çərçivəsində əməkdaşlıq edirlər. Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi kimi, Azərbaycan da ardıcıl olaraq Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Gürcüstan Prezidentinin qeyd etdiyi kimi, ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib. Bu da bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir. Gürcüstan Prezidenti maraqlı və vacib bir məqama toxunaraq bəyan etdi ki, sülh, tam təhlükəsiz şəraitdə xalqlarımız dırnaqarası liberal dəyərlərlə yox, öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər və Azərbaycan ilə Gürcüstan arasında ümumi maraqların müdafiəsi sahəsində əməkdaşlıq intensivləşib. Prezident Mixeil Kavelaşvilinin Azərbaycana səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu. Bu, hər iki tərəfin qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və regionda sabitliyin möhkəmləndirilməsinə sadiqliyini nümayiş etdirdi. Dost ölkə Prezidentinin səfərinin Gürcüstanla Azərbaycan arasında münasibətlərin inkişafına yeni təkan verəcəyi gözlənilir. Hər iki ölkə strateji tərəfdaşlığı gücləndirməkdə və ümumi məqsədlərə nail olmaq üçün birgə işləməkdə qərarlıdır. Bütövlükdə, Gürcüstanla Azərbaycan arasındakı münasibətlər regionda strateji tərəfdaşlıq modelidir. Onlar qarşılıqlı hörmətə, ümumi maraqlara, regional sabitlik və rifah istəyinə əsaslanır. Mütəmadi olaraq keçirilən yüksək səviyyəli görüşlər, sazişlərin imzalanması və birgə layihələrin həyata keçirilməsi bu əlaqələrin daha da dərinləşməsinə və genişlənməsinə xidmət edir. Mədəni və tarixi bağlar xalqlar arasında qarşılıqlı hörmətin təməlini təşkil edir, Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycandakı gürcülər isə dostluq əlaqələrini gücləndirir. Regional sabitlik və təhlükəsizlik məsələlərində ortaq maraqlara sahib olan hər iki tərəf beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Təhsil və mədəniyyət sahələrində əməkdaşlıq xalqlar arasında inteqrasiyanı artırır, turizm isə iqtisadi əlaqələrin inkişafına təkan verir. Bu münasibətlər bölgədə nümunəvi qonşuluq əlaqələrini əks etdirərək gələcəkdə də davam edəcək və yeni layihələrə yol açacaqdır.
Günel Cəfərova – Bərdə RİHB aparatının İctimai, siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu qadınlara XƏBƏRDARLIQ EDİLDİ – Plastik əməliyyat…

Next

Suqovuşanda DƏHŞƏT – Azyaşlı FACİƏVİ ŞƏKİLDƏ öldü

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv