Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Paşinyan yenə də “ağıllı erməni” rolunda: Baş nazirin yeni konstitusiya manevri, açıqlamaları nəyə xidmət edir

By Vüsal Rafiqoğlu
17.04.2025 3 Min Read

Ermənistanın baş naziri Nikol Paşinyan nəhayət ki, illərlə Azərbaycanın haqlı olaraq tələb etdiyi məsələyə – Ermənistan Konstitusiyasındakı 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılmasına dair açıq danışmağa başlayıb. Musavat.com xəbər verir ki, bu istinad, 1989-cu ildə Sovet Ermənistanı və qondarma Dağlıq Qarabağ parlamentlərinin qəbul etdiyi birləşmə aktına əsaslandığı səbəbindən Azərbaycan üçün qətiyyən qəbuledilməz idi. Həmin maddə faktiki olaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiası deməkdir və bu, sülh müqaviləsinin ruhuna və məzmununa tamamilə ziddir.

Paşinyan isə bu dəfə bir qədər fərqli danışır. Deyir ki, yeni konstitusiyada həmin bəyannaməyə istinad olmamalıdır.

Bu bəyanat ilk baxışda Bakının tələblərinə adekvat cavab kimi görünə bilər, lakin siyasi müşahidəçilər və analitiklər bu jestin arxasında daha dərin siyasi hesablamaların dayandığını düşünür.

Əvvəla, bu, ilk belə açıqlama deyil. Paşinyan son 5 il ərzində bir çox dəfə eyni taktikadan istifadə edib: əvvəlcə kompromisə hazır olduğunu bildirir, sonra isə daxili təzyiqlər və müxalifətin reaksiyası ilə bunu ya gecikdirir, ya da ümumiyyətlə gündəmdən çıxarır. İndi də görünən odur ki, baş nazir bu mövzu ətrafında növbəti siyasi manevrə əl atır.

Hazırda Paşinyan həm Bakının, həm də beynəlxalq vasitəçilərin ciddi təzyiqləri altındadır. Azərbaycan sülh müqaviləsinin imzalanması üçün bu maddənin dəyişdirilməsini qırmızı xətt kimi görür. Bu səbəbdən də Paşinyan növbəti dəfə “hazıram, amma xalq qərar verməlidir” tezisinə sığınıb. O, məsuliyyəti cəmiyyətə yönəltməklə, əslində məsələni uzatmaq istəyir.

KİV: Ermənistanın yeni təyin olunmuş ədliyyə naziri kadr qırğınına başlayıb

Srbuhi Qalyan

Qeyd edək ki, Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan bu yaxınlarda bildirib ki, yeni konstitusiya layihəsi 2026-cı ilin iyun ayına qədər hazır olacaq. Halbuki bir müddət öncə bu tarix 2027-ci il göstərilirdi. Yəni, Paşinyan “proses gedir” görüntüsü yaradır, lakin təhlükəli şəkildə hər şeyi parlament seçkilərindən sonraya qədər ertələyir.

Bu, təsadüfi deyil. Ekspertlərə görə, Paşinyan bu konstitusiya dəyişikliyini yalnız bir məqsəd üçün – 2026-cı ildə keçiriləcək parlament seçkilərinə qədər seçici dəstəyini qorumaq və öz partiyasının mövqeyini gücləndirmək, özünün lazımlılıq əmsalını qorumaq üçün istifadə edir. O, bu “mübahisəli məsələni” öz əlində bir siyasi alətə çevirib və onu istədiyi kimi manipulyasiya edir.

Nikol Paşinyan: Ermənistan və Azərbaycan arasında ...

Çünki, müxalif “Hayastan” bloku və digər Rusiyayönümlü qüvvələr artıq açıq şəkildə bildirirlər ki, bu dəyişikliklərə qarşı çıxacaqlar. Onlar Paşinyanı “Bakının təzyiqlərinə boyun əyən” lider kimi təqdim etməyə çalışırlar. Bu da Paşinyanın daxilən zəif siyasi mövqelərini daha da çətinləşdirir.

Azərbaycan üçün bu açıqlamaların arxasında real hüquqi addımlar yoxdursa, Paşinyanın sözləri heç bir əhəmiyyət daşımır. Sülh müqaviləsinin imzalanması üçün Bakı konkret şərt qoyub: Konstitusiyada Azərbaycan əleyhinə maddələr çıxarılmalıdır. Sadəcə “olmaya bilər”, “xalq qərar verəcək” deməklə məsələ həll edilmir.

Paşinyan İrəvana gələn türklərə Mehri ilə bağlı nə deyib?

Əgər Paşinyan doğrudan da sülh istəyirsə və bunu Ermənistanın dövlət maraqları üçün zəruri sayırsa, gərək bu qərarı siyasi iradə ilə həyata keçirsin. Əks təqdirdə, bu, növbəti dəfə “ağıllı erməni” obrazı yaratmaq üçün qurulmuş səhnə olacaq.

Bütün bu məqamlar onu göstərir ki, Nikol Paşinyan konkret, cəsarətli və ardıcıl qərarlar vermək əvəzinə, yenə də qeyri-müəyyənlik siyasəti ilə vaxt udmağa çalışır. Onun son açıqlamaları da Bakını razı salmaq üçün deyil, daha çox beynəlxalq auditoriyaya “biz sülh istəyirik” mesajı verməyə hesablanıb.

Amma tarix göstərdi ki, yalnız sözlə sülh olmur. Bakı bu ssenarini artıq yaxşı tanıyır. Ona görə də, Azərbaycanın mövqeyi dəyişməz qalır: ya real hüquqi dəyişikliklər olacaq, ya da sülh sənədi olmayacaq. Paşinyanın “bu gün bir cür, sabah başqa cür” siyasəti isə sadəcə onun və Ermənistanın inamını daha da sarsıdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Abituriyentlərin NƏZƏRİNƏ: Elan edildi

Next

Tələbələrə PULSUZ – AYNA-dan AÇIQLAMA

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv