Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

“Qadınlar işdən bir saat tez çıxsın” – təklif qanuniləşsə…

By Vüsal Rafiqoğlu
17.04.2025 4 Min Read

Rusiya Dövlət Dumasının üzvü İqor Antropenko qadınların ailələrinə daha çox vaxt ayırmaları üçün maaşlarını saxlamaqla onların iş gününün bir saat azaldılmasını təklif edib. Bu barədə Rusiya mediası yazıb.

“Mən zərif cinsimiz üçün əməkhaqqını saxlamaqla iş gününün ən azı bir saat azaldılmasını aktual və yerinə düşən hesab edirəm”, – TASS deputatdan sitat gətirir.

O, qadınların kişilərə nisbətən daha asudə vaxta, o cümlədən evin və ailənin qayğısına qalmaq üçün daha çox zamana ehtiyac duyduğunu vurğulayıb: “Uşaqlar evə yorğun qayıdan ana ilə üzləşirlər və bu, gənc nəsil üçün heç də yaxşı nümunə deyil”.

Deputat əlavə edib ki, qadının ailəsi və uşaqları olmasa belə, ona da gün ərzində əlavə asudə saat lazımdır. “Hazırda demoqrafik göstəricilərin yaxşılaşdırılması məsələsi var. Amma gənc xanım bütün gününü işdə keçirirsə və sonra evə yorğun gedirsə, şəxsi həyat qurmağa haçan vaxt tapacaq?” – Antropenko sual edib.

Az öncə Rusiya baş nazirinin müavini Tatyana Qolikova işə qəbul zamanı uşaq sahibi olmaq planları ilə bağlı sualı qəbuledilməz adlandırmışdı.

Azərbaycanda da belə bir qanunvericilik təşəbbüsü və ya təklif irəli sürülə bilərmi? Nəticə nə olar?

Xatırladaq ki, ötən il millət vəkili Tahir Rzayev bununla bağlı parlamentdə təklif irəli sürmüşdü. Deputat qeyd etmişdi ki, “Ailə Məcəlləsinə ailəli, uşaqlı qadınların işə 1 saat gec gəlib, işdən 1 saat tez getməsini təmin edən maddənin salınması vacibdir”. Deputat təklifini onunla izah etmişdi ki, işləyən qadınlar işdən gəldikdən sonra ev işləri, uşağın dərsləri ilə məşğul olurlar, ona görə də özünə baxmağa və istirahət etməyə vaxt tapmırlar.

Deputatın bu fikri ilə razılaşanlar da, razılaşmayanlar da oldu. Bir sıra iqtisadçıların fikrincə, belə bir qaydanın tətbiqi qadınların işə cəlb edilməsinə mənfi təsir göstərə bilər. Ona görə ki, sahibkarlar bu halda qadınları işə götürməyə maraqlı olmayacaq. Bu da əmək bazarında kişilərin daha çox işə cəlb olunmasına səbəb olacaq. Digər tərəfdən, belə bir qanunun qəbul olunması qadınların məvaciblərinin də aşağı düşməsinə səbəb ola bilər.

Novella Cəfəroğlu: Mənə ən çox əzab verən bu millətlərarası münaqişədir

Novella Cəfəroğlu 

Mövzu ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a açıqlamasında bildirib: “Çox istərdim ki, Azərbaycanda da bu tipli qanun qüvvəyə minsin. Çünki doğrudan da qadın səhər həm uşaqları, həm həyat yoldaşını yola salır, həm də işə getmədən öncə səhər yeməyini hazırlayır ki, axşam işdən gələndə evdə hazır yemək olsun. Yəni bu qanun çox gözəl təşəbbüs olardı.

Sadəcə, belə bir qanunun istismar olunmaması üçün müəyyən mexanizmlər də nəzərdə tutulmalıdır. Çünki bəzi işəgötürənlər bu fürsətdən istifadə edib qadınları işə götürməkdən yayınmağa çalışa bilərlər. Mən də məhz bundan narahatam – bu cür bir yanaşma qadınların əmək bazarındakı iştirakını azalda bilər. Amma ümumi mənzərəyə baxanda, bu qanunun tətbiqi, əlbəttə ki, çox müsbət qarşılanar”.

İstifadə edilən metod daha əlverişlidir”-Eldəniz Əmirov

 Eldəniz Əmirov

İqtisadçı Eldəniz Əmirov isə mövzuya bu cür şərh verib: “Ölkələrin demoqrafik siyasəti birbaşa demoqrafik göstəricilərin təhlilindən və onlarla bağlı verilən proqnozlardan sonra formalaşdırılır. Rusiyada istər doğulan uşaqlara görə ayrılan vəsait, istər qadınlar üçün iş saatının azaldılması və digər tədbirlər birbaşa əhalinin sayının azalmasının qarşısını almağa yönəlib.

2007-ci ildə belə bir proqnoz verilmişdi ki, 2025-ci ildə Rusiya əhalisinin sayı 150 milyona çatacaq. Bəs buna nail ola bildilərmi? Xeyr. Üstəlik, 10 il sonra – 2017-ci ildə yayımlanan proqnozlar daha da narahatedici idi: bildirildi ki, 2030-cu ilə qədər Rusiyada əhali artımı dayanacaq və əvəzində azalma baş verəcək, yəni əhalinin sayı 400 min nəfər azalacaq. Amma artıq 2024-cü ildə bu göstərici 600 min nəfərlik azalma ilə qeydə alındı.

Bu proses özü demoqrafik vəziyyətin sabitliyi baxımından ciddi təhlükə yaradır və artıq təxirəsalınmaz tədbirlər görülməsini zəruri edir. Nikahların sayının azalması əhalinin azalmasına, bununla da qocalmasına səbəb olur. Bu isə nəticədə əmək qabiliyyətli insanların sayının azalması, yəni işçi qüvvəsinin çatışmazlığı deməkdir. Bu baxımdan Rusiya hökumətinin miqrantlara qarşı sərgilədiyi yumşaq münasibətin arxasında da məhz bu reallıq dayanır. Mən hesab edirəm ki, bu siyasət ilk növbədə onların iqtisadi maraqlarına xidmət edir.

Azərbaycana gəlincə, düşünmürəm ki, yaxın və ya ortamüddətli perspektivdə bu cür demoqrafik dəstək proqramları – məsələn, qadınların iş saatının azaldılması və ya doğumun stimullaşdırılması ilə bağlı xüsusi qanun və ya qaydalar qəbul ediləcək. Təbii ki, belə addımların atılması arzuolunandır. Vətəndaş kimi istərdim ki, qadınlar üçün iş şəraiti daha çevik və rahat olsun, məsələn, bir saat tez işdən çıxsınlar. Amma iqtisadçı kimi düşünürəm ki, bu gün üçün belə bir qərarın həm qəbul ediləcəyi, həm də praktik olaraq özünü doğruldacağı real görünmür.

Digər tərəfdən, yəqin ki, gender bərabərliyi uğrunda mübarizə aparanlar da bu tip fərqli yanaşmalara etiraz edəcəklər”.

Onu da qeyd edək ki, Azərbaycan Əmək Məcəlləsinin 16-cı maddəsinə görə, qadınlara əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların verilməsi ayrı-seçkilik hesab edilmir. Qanunvericiliyə görə, kollektiv müqavilələrdə qadınların əmək şəraitinin yaxşılaşdırılması da nəzərdə tutula bilər. Məcəlləyə görə, hamilə və üç yaşına çatmamış uşağı olan qadınlarla əmək müqaviləsi bağlanılmasından imtina oluna, həmçinin işə qəbul olunarkən onlara sınaq müddəti tətbiq edilə bilməz. Onların əmək müqavilələrinin işəgötürən tərəfindən ləğv edilməsi də qadağandır. Hamilələr, həmçinin  uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar attestasiyaya və sertifikasiyaya cəlb olunmur.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabah hava yağmursuz keçəcək

Next

Pensiyalarla bağlı VACİB XƏBƏR: 59 yaşından olacaq

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv