Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Argentina səfiri Bakıdakı villası ilə gündəmdə – qalmaqal

By Vüsal Rafiqoğlu
18.04.2025 3 Min Read

Cənubi amerikalı diplomatın Xəzərə baxan elit mənzilinə xərclədiyi pullar araşdırılır; bu qənaət rejimi azərbaycanlı səfirlərə də nümunə oa bilərmi? 

Argentina Prezidenti Xavyer Miley hakimiyyətə gəldiyi ilyarımda dövlət xərclərinin radikal şəkildə azaldılması siyasəti yürüdür. Haaqın.az yazır ki, Argentina Bakıdakı səfiri xanım Marianxeles Belluşinin və onun həyat yoldaşı olan müvəqqəti işlər vəkili Viktor Enrike Marzariniyə “həddindən artıq dəbdəbəli həyat tərzinə görə” tədbir görmək niyyətindədir. Argentinanın “News Digitales” onlayn nəşrinin məlumatına görə, Miley həmvətənlərini büdcələri azaltmağa və iqtisadi tənəzzüllə mübarizə aparmağa çağırdığı halda, diplomatik cütlük Xəzər dənizinə baxan elit mənzildə Bakıda həyatdan həzz alır və müxtəlif tədbirlərdə fəal iştirak edir. Təbii ki, Argentinanın vergi ödəyicilərinin hesabına. Nəşr vurğulayır ki, xanım Marianxeles Belluşin bu vəzifəyə əvvəlki prezident Alberto Fernandezin dövründə təyin edilib.

“News Digitales” yazır: “Diplomatik cütlük dövlət tərəfindən ödənilən dəniz mənzərəli elit iqamətgahda yaşayır. Argentina öz vətəndaşlarından ciddi şəkildə qənaət etməyi və hər bir peso hesablamağı tələb etsə də, xarici missiyaların xərcləri tam şəkildə və dollarla ödənilir”. Argentina Xarici İşlər Nazirliyi Marzarininin təyinatını xərclərin azaldılması tədbiri kimi izah etməyə çalışıb: o, artıq Bakıda həyat yoldaşı, səfirlə yaşadığı üçün başqa diplomatın missiyası daha bahalı olardı.

Nəşr həmçinin xatırladır ki, Xavier Miley qlobal iqlim dəyişikliyini inkar edir və məhz bu səbəbdən Argentina nümayəndə heyətinin ötən il Bakıda keçirilən COP29 iqlim sammitində iştirakını qadağan edib. Prezident bu cür hadisələri “ideoloji motivli və lazımsız” hesab edir. Lakin buna baxmayaraq, səfir xanım Marianxeles Belluşini və əri COP29-da iştirak edib.

Prezident İlham Əliyev Marianxeles Belluşinin etimadnaməsini 2022-ci ilin avqustunda qəbul edib. Bakıda olmaqdan məmnunluğunu ifadə edən səfir paytaxtımızın gözəlliyinin ona dərin təəssürat hissi bağışladığını vurğulayıb və ölkəmizdə çox böyük qonaqpərvərliyin şahidi olduğunu bildirib. Səfir Marianxeles Belluşi iqtisadi-ticari əlaqələrin genişlənməsi və bu baxımdan əməkdaşlığın səhiyyə, texnologiyalar, kənd təsərrüfatı sahələrinin və digər yeni sahələrin müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. Argentina səfirliyi Bülbül prospektində yerləşir. Səfirlə ərinin isə konkret harada yaşadıqları haqda bilgi yoxdur. Fotolardan görünən onların ehtimalla kirayə götürdükləri villanın dənizə yaxın yerdə yerləşməsidir. Əmlak ekspertinin dediyinə görə, adətən bu cür kirayə villalar üçün illik ödəniş edilir və aylıq kirayəsi 10-15 min manat arası dəyişir.

Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin 8 noyabrında qurulub. 2010-cu ildə Argentinanın paytaxtında Azərbaycan səfirliyi təsis edilib. 2013-ci ilin martından Argentinanın da Azərbaycanda səfirliyi açılıb. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair ümumilikdə 18 sənəd imzalanıb. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov mart ayında Argentinada işgüzar səfərdə olub. Bu ölkənin rəsmiləri ilə regional və beynəlxalq təhlükəsizlik mövzularını müzakirə edib. Azərbaycanın Argentinada səfiri Rəmzi Teymurovdur.

Səfirlər necə yaşamalıdır, bu qənaət rejimi Azərbaycanın xaricdəki səfirlərinə də nümunə ola bilərmi? Azərbaycanın səfirliklərin sayını azaltmasına zərurət varmı? Çünki ABŞ lideri Tramp bu istiqamətdə bir sıra addımlar atıb.

Tofiq Zülfüqarov — Vikipediya

 Tofiq Zülfüqarov

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a qısa şəkildə bildirdi ki, hər bir ölkənin müxtəlif qaydaları var. T.Zülfüqarovun sözlərinə görə, səfirlərə verilən maaş və digər məsələlər xidməti məlumat sayılır: “Hər bir ölkənin öz təlimatları var. Ona görə baxır hansı xidmətin xərcləri dövlət tərəfindən qarşılanır. Bu, hər bir ölkədə fərqli ola bilər. Məsələn, diplomatların sığorta məsələsi də var. Yəni birmənalı təlimatlar və ya qaydalar olmur. Odur ki, Azərbaycan Xarici İşlər Nazirliyindən qaydaları dəqiqləşdirə bilərsiniz”.

REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli isə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, ABŞ-da İlon Maskın rəhbərliyi ilə büdcə xərclərinə Nəzarət Departamenti yaradılıb. “Argentina Prezidenti Trampın yaxın tərəfdaşlarından biridir və Miley öz ölkəsində də oxşar qurum yaradıb, hazırda ciddi yoxlamalar gedir. Hətta Argentina Beynəlxalq Valyuta Fondundan 30 milyard kredit alıb. Ona görə Argentinada bu araşdırmalar gedir”.

Natiq Cəfərli REAL Partiyasının Siyasi Komitəsinin yeni sədri seçilib

Natiq Cəfərli

N.Cəfərli əlavə etdi ki, Azərbaycanın diplomatik korpusuna gəlincə, bu xərclərin təftişi ilə bağlı Maliyyə Nazirliyinin xüsusi idarəsi var: “Həmin idarə araşdırma aparır. Azərbaycan ictimaiyyətinə açıqlanmasa da, görülən tədbirlər barədə Xarici İşlər Nazirliyinə və müvafiq orqanlara məlumat verilir. Sadəcə, bizim heç də hər ölkədə səfirliyimiz yoxdur. Afrika və Latın Amerikası qitələrində səfirlərimiz azdır. Amma Hindistan, Çin, ABŞ kimi ölkələrdə, Qərb dövlətlərində səfirliklərin qənaət rejiminə keçid üçün ehtiyac yoxdur. Biz əlaqələrin inkişafında maraqlıyıqsa, Azərbaycana investisiyaların yatırılmasını istəyiriksə, səfirlərin xərclərini azaltmağa ehtiyac yoxdur. Burada daha çox ayrılan vəsaitlərin xərcini yoxlamaq yaxşı olar. Çünki səfirliklər müxtəlif tədbirlər keçirirlər, amma həmin toplantılar ölkənin tanıdılmasına xidmət edirmi? Səfirliklərin soydaşlarımızı yığıb bayram keçirməsi ölkənin tanıdılması sayıla bilməz. Bu xərclərə nəzarət lazımdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqaz regionunda yeni status-kvo yaradıb

Next

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manatlıq investisiya qoyulub

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv