Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Paşinyan seçkidə məğlub olarsa…

By Vüsal Rafiqoğlu
18.04.2025 3 Min Read

Nikol Paşinyanın Qarabağla, Minsk Qrupu, Konstitusiya dəyişikliyi və sülh müqaviləsi ilə bağlı dediklərinin kifayət dərəcədə konstruktiv yanaşma olduğunu deyə bilərik.

Paşinyan Ermənistan dövlətçiliyinin qorunması üçün yeni Konstitusiyanın Müstəqillik deklarasiyasına əsaslanmayacağını, yəni Azərbaycana ərazi iddiasının olmayacağını xüsusi olaraq vurğulaması ona müxalif olan bütün qüvvələri-kilsəni, diasporanı, daşnakları, “aktiv revanşistləri”fəallaşdırıb. Yalnız daxili qüvvələr deyil, Rusiya da getdikcə hər gün Paşinyan hakimiyyətinə təzyiqlərini artırır və nəzarəti artırmaq məqsədilə Ermənistan üzrə məsul kurator vəzifəsinə Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriçenkonu təyin edib. Təbii ki, bu təyinat təsadüfi deyil və çox da uzaq olmayan vaxtda Ermənistan siyasətində iqtidarlı, müxalifətli bəzi kataklizmlərin yaşanması real ola bilir.

Azərbaycan Respublikasının sülh müqaviləsi üçün şərtləri məlumdur: Konstitusiyaya dəyişiklik edilməlidir. Ermənistan bu şərti qəbul edir, amma referendumun yalnız parlament seçkilərindən sonra, yəni 2026-cı ildə keçirilməsini mümkün hesab edir. Bu bir il ərzində, qeyd etdiyimiz kimi, Ermənistanı sakit günlər gözləmir.

Gümrüdəki mer seçkisi Paşinyanın nüfuzuna ciddi zərbə vurdu. Gümrüdə yeni seçilən mer Vardan Qukasyan ilk çıxışında Ermənistanın Belarus kimi Rusiya ilə ittifaq dövlətinə qoşulmağının, Rusiya idarəçiliyini qəbul etdiyinin tərəfdarı olduğunu elan etdi. Ardınca baş nazir postu uğrunda mübarizə aparacağını da deməklə, Rusiyaya mesajını çatdırmış oldu.

Lider qıtlığı yaşayan Ermənistan müxalifəti üçün, rusiyayönümlü qüvvələr üçün, Rusiyanın özü üçün yeni şans yaranır. Vəziyyətin dəyişəcəyinə inanan Koçaryan Moskvaya gizli səfər edir, partiyasının yubiley toplantısında Sarkisyan iddialı çıxış edir, Rusiya iqtisadi təzyiqlərini artıracağı barədə rəsmilərin dili ilə açıq eyhamlar vurur.

Ukrayna müharibəsində Rusiya özünü artıq qalib hesab edir və növbəti hədəfinin Ermənistan olacağını gizlətmir. Paşinyan da, onu himayə edən Qərbi Avropa da bunu yaxşı bilir. Avropa İttifaqına üzv məsələsinin yaxın illərə reallaşmayacağı hər iki tərəfə məlumdur. Ona görə də, Paşinyan seçkiyə qədər çalışır ki, Rusiya ilə münasibətlərində yumşaq xətt seçsin. Rusiyanın siyasi təzyiqindən çox iqtisadi təzyiqindən yayınmaq məqsədilə Azərbaycanla sülh müqaviləsinin imzalanması və nəticədə Türkiyə ilə sərhədlərin açılması Paşinyanın əsas hədəfidir.

Qərb dövlətləri də mövcud vəziyyəti, yəni Rusiyanın hələlik Ukraynaya daha çox diqqət yetirdiyi vaxtı fürsət kimi dəyərləndirib sülh müqaviləsini imzalamağı dəfələrlə hər iki tərəfə tövsiyyə edib.

Referendum isə seçkilərdən sonra keçirilə bilər, çünki referendumun keçirilməsi ilə bağlı qərar indi qəbul olunarsa daxildə anti Paşinyan qüvvələri kütləvi etiraza başlayacaq və Rusiya da bu məqamdan yararlanmağa çalışacaq. Hiss olunur ki, vəziyyət haqqında Paşinyan daha detallı informasiyaya malikdir və narazılıqların artdığı, nüfuzunun aşağı bir vaxtında bu addımdan çəkinir. Bəs, seçkidə Paşinyanın partiyası qalib gəlməsə hadisələr necə inkişaf edəcək? Yeni hakimiyyət, yeni baş nazir referendum keçirib Konstitusiyaya dəyişiklik edəcəkmi? Birmənalı olaraq yox. Keçən yazılarımın birində də vurğulamışdım ki, sülh müqaviləsinin imzalanmaması Rusiyanın bölgəyə təzyiq edə biləcək son kozırlarından biridir. Sabah Rusiya idarəetmə sisteminə tabe olmağı qəbul edən Vardan Qukasyanı Kreml baş nazir postuna qədər apararsa sülh müqaviləsi imzalamayacaq, Zəngəzur dəhlizinin açılması şərtləri də dəyişəcək.

Belə olduğu halda referendumun keçirilməsini gözləmədən sülh müqaviləsini və Minsk Qrupunun ləğvi sənədini eyni gündə imzalamaq maraqlarımıza uyğundur, yoxsa Paşinyan hakimiyyətinin seçkilərdə ( belə getsə seçkiyə qədər də devirə bilərlər) məğlub olması və yerinə Qukasyan tipli bir ruspərəstin hakimiyyətə gəlməsi?

Beynəlxalq təcrübəyə əsaslansaq Azərbaycan və Ermənistan arasında çərçivə sülh sazişinin imzalanması, eyni gündə Minsk Qrupunun buraxılması ilə əlaqədar razılaşma iki ölkə arasında gərginliyi yumşaldar və konstruktiv mövqe sərgiləyən Paşinyan hakimiyyətinin “aktiv revanşistlərin” əlinə keçməsinə mane olar. Çərçivə sazişində Ermənistan Azərbaycana qarşı ərazi iddialarının yeni konstitusiyada əksini tapmayacağına dair öhdəlik götürür. Bundan sonra daha çox delimitasiya və demarkasiya işləri intensivləşir və sərhəddə təxribatlar da azalır. Əlbəttə, qeyd etdiklərim şəxsi qənaətimdir və proseslərin mərkəzində olan dövlət rəsmiləri daha dəqiq və bizim bilmədiyimiz məlumatlara sahib olduqları üçün Azərbaycanın maraqlarına cavab verən addımlar atılacağına inanırıq. Amma Paşinyan hakimiyyətinin bu mərhələdə əvəzlənməsi bütövlükdə Cənubi Qafqazda sabitlik və inkişafa ciddi zərər vura bilər.

İlham İsmayıl
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Polşa Azərbaycana yeni səfir təyin etdi

Next

BŞTİ-də yeni təyinatlar

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv