Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Əlimizin altında yetişənlərə icazə verildi, bizə yox” – Adı siyahıda çıxmayan estetik cərrah

By Vüsal Rafiqoğlu
21.04.2025 2 Min Read

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyi araşdırmalardan sonra sertifikasiyadan keçən 42 həkimin plastik cərrah kimi fəaliyyətinə icazə verib.

Halbuki 82 həkim plastik cərrah kimi fəaliyyət göstərmək üçün Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyasına müraciət etmişdi. Yerdə qalan 40 cərrahın bundan sonrakı taleyi məlum deyil. Onlardan əksəriyyəti tanınmış həkimlərdir və bəzilərinin adları qalmaqallı müzakirələrdə hallanmışdı.

Bəs adı siyahıda olmayan cərrahlar bundan sonra hansı profil üzrə çalışacaqlar?

MEHRELİ.jpg (43 KB)

Adı siyahıda olmayan estetik cərrah Elnur Mehrəli mövzu ilə bağlı fikirlərini Musavat.com-la bölüşüb:

“Plastik cərrahiyyə sahəsində biz 1 il deyil, artıq 15 ildən çoxdur ki, məşğuluq, bu sahədə ixtisaslaşmış mütəxəssis sayılırıq. İstər ölkə daxilində, istərsə də ölkə xaricində bu sahə ilə məşğuluq. Hər bir mütəxəssisin yetişdirilməsi üçün on illərlə vaxt tələb olunur. Bu sahə 3 – estetik, plastik və rekonstruktiv cərrahiyyəyə ayrılır. Bunların hər biri böyük bir sahələrdir və hər üçü ilə bağlı həyata keçirdiyimiz yetərincə əməliyyat sayı olmalıdır ki, bu sahədə peşəkar mütəxəssis olaq. Biz illərimizi vermişik bu sahəyə”.

Cərrah adları siyahıda olan bəzi həkimlərlə bağlı fikirlərini də gizlətməyib:

“Müəyyən adlar görmüşük ki, onlar rezidentlər səviyyəsində yer alıb. Reallıqda isə adları siyahıda olanların bir çoxu bu əməliyyatları icra edə bilmirlər. Bir çoxu da bizim əlimizin altında yetişmiş, bizdən öyrənib getmiş cərrahlardır. Bizdən öyrənənləri o siyahıya daxil ediblər, özümüz isə o siyahıda yoxuq. Bu, ədalət prinsipinin pozulması deməkdir. İlk olaraq cərrahın gördüyü işlərə, əməliyyatların siyahısına baxılmalıdır.

Qərar verilərsə, ona uyğun verilməlidir. Rezidentura sistemində tətbiq olunan, imtahan götürülən həkimlərin çoxu ümumi cərrahiyyə sistemindədir. Necə ola bilər ki, ümumi cərrahiyyə sisteminə müraciət edən, Azərbaycanda plastik cərrahiyyə rezidenturası indi o həkimlərin peşəkarlığını, sertifikasiyasını qəbul etmir. Burada uyğunsuzluq var. Ən azından burada bir imtahan keçirilməli idi, həkimlərin səviyyəsini yoxlayıb, ondan sonra dəyərləndirməli idilər. Misal üçün, mənim sertifikasiyamın artıq vaxtıdır, növbəti imtahanı verməli idim. Bunun üçün də dövlət tərəfindən mənə şərait yaradılmalıdır.

Ümumiyyətlə, bu prinsip əsasında kimlərinsə sertifikatının ləğv olunmasını qanunsuz hesab edirəm. Əgər burada hansısa saxta sənədlərin verilməsindən söhbət gedirsə, kimlərsə həbs olunubsa, kimlərinsə haqqında araşdırma gedirsə, bu, məhkəmə yolu ilə həll olunmalıdır. Bunu hansısa qurum ləğv etməməlidir. Qərar verən tərəf məhkəmə orqanı olmalıdır. Ümumiyyətlə, bizim məqsədimiz kimləsə mübarizə aparmaq deyil. Öz millətimiz üçün həkimlik edirik, xidmət edirik”.

O ki qaldı siyahıda adı çəkilməyən estetik cərrahların bundan sonrakı fəaliyyətinə, həkim deyib ki, hələ bununla bağlı istiqamət müəyyən edilməyib:

“Bilinmir ki, bu sahə ilə məşğul olan mütəxəssislər hansı sahəyə yönələcəklər. Bəzi sahələrdə ciddi qarışıqlıq var. Hətta stomatoloji sahəyə burun əməliyyatı etmək kimi səlahiyyət verilib, lor həkimlərinə üzgərmə əməliyyatı etməyə icazə verilib. Xarici ölkədə təhsil almış mütəxəssis kimi başqa ölkələrdə də fəaliyyətimi davam etdirə bilərəm, belə təkliflər də var. Amma öz ölkəmizdə işləmək istəyirik, xeyir vermək istəyirik.

Ümumiyyətlə, birinin rezidenturanı bitirməsi onun mütəxəssis olması demək deyil, onun mütəxəssis olması üçün on illər lazımdır. İllərini bu sahəyə həsr etmiş mütəxəssisləri çölə atmaq olmaz”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Leysan, dolu, sel…- Xəbərdarlıq olundu

Next

Satıcıya saxta 100-lük verdi, daha sonra bıçaqladı

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv