Hadisə Şərurda 4 yaşlı uşaq suvarma kanalına düşərək ölüb By Vüsal Rafiqoğlu 23.04.2025 1 Min Read Şərur rayonunda bədbəxt hadisə baş verib. “Report”un yerli bürosu xəbər verir ki, 2021-ci il təvəllüdlü Rzayeva Damla Amin qızı yaşadığı Şərur şəhərində yaşayış evinin qarşısından keçən suvarma kanalına düşərək boğulub ölüb. Faktla bağlı Şərur rayon Prokurorluğunda araşdırma aparılır.