Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Toy mövsümündə qızıl almaq müşkülə çevrildi – “Əvvəl iki dəst alırdıq, indi birini güclə alırıq”

By Vüsal Rafiqoğlu
24.04.2025 3 Min Read

Qızıl sürətlə bahalaşır – satıcı da narazıdır, alıcı da…

“Comex”də, yəni Nyu-York Əmtəə Birjasında 2025-ci ilin iyun ayı üçün qızıl fyuçerslərinin qiyməti tarixi maksimumu yeniləyib. Troya unsiyası üçün qiymət 3500 dollar həddini keçərək 3504,2 dollara çatıb. Bu, təkcə birja xəbəri deyil. Bu, həm də Bakıdakı, Gəncədəki, Sumqayıtdakı, bir sözlə, ölkənin hər yerində zərgərlərin, nişan ərəfəsində olan ailələrin və toy tədarükü görənlərin “baş ağrısı” deməkdir.

Bakıda qızılın qiymətləri bir sıra amillərə, o cümlədən onun əyarına, çəkisinə və bazar şərtlərinə görə dəyişir.

Rəsmi platformada (Azərgold) qiymətlər belədir – 5 qramlıq qızıl sikkə: 846,5 manat, 10 qramlıq qızıl sikkə: 1 692,99 manat, 20 qramlıq qızıl sikkə: 3 385,98 manat, 2 qramlıq qızıl külçə: 338,6 manat, 5 qramlıq qızıl külçə: 846,5 manatdır.

“Umico.az” onlayn mağazada da qızıl külçələrinin qiymətləri müxtəlifdir: 1 qramlıq qızıl külçə (995 əyar): 248,90 manat, 10 qramlıq qızıl külçə (999.9 əyar): 2 442,00 manat.

Qeyd edək ki, qızılın qiyməti əyarına görə belə dəyişir: misal üçün, 585 əyarlı (türk qızılı) qızılının alışı 92 manat, satışı 125 manatdır. 750 əyarlı (italyan qızılı) qızılın alışı 117 manat, satışı isə 170 manatdır.

Bahalaşma təkcə birjalarda deyil, artıq qızıl mağazalarında da real hiss olunur. Paytaxtın mərkəzində yerləşən məşhur zərgərlik mağazalarından birinə yollanırıq. Şüşə vitrinlərin arxasında par-par yanan qızıllar artıq əlçatmaz görünür.

“Bu temp belə getsə, alveri yığışdıracağıq”

Mağazada satıcı işləyən Elçin artıq bu artımla ayaqlaşmağın çətin olduğunu deyir:

“Düzdür, hər zaman qızılın qiymətində qalxma-enmələr olur. Amma bu dəfəki artım çox sərtdir. Cəmi bir ay öncə qızılın 1 qramını 110-112 manata satırdıq, indi 125-127 manatadır. Müştəri gəlir, bir də görür ki, qiymət dəyişib, təəccüblənir. Eləsi var ki, bizi günahlandırır, eləsi də var, sakitcə dönüb gedir. Satıcı üçün də çətindir, nə deyəsən…”

“Əvvəllər iki dəst alırdıq, indi birini güclə alırıq”

Mağazada nişanlısı ilə birlikdə alış-veriş edən Aysel adlı gənc xanım isə vəziyyətdən açıq şəkildə narazıdır: “Nişanımız yaxınlaşır, istədik ki, vaxtında alaq. Ümid edirdik, bahalaşma daha da artmaz. Amma gəldik, gördük ki, artıq gecikmişik. Bu qədər qısa müddətdə bu qədər fərq? Əvvəl iki dəst almağı planlaşdırırdıq – biri mənə, biri qayınanama. İndi elə bilirik, birtəhər özümə birini alaq, kifayətdir…”

Onun nişanlısı isə əlavə edir ki, bəzi ailələr artıq sadə üzüklərlə kifayətlənməyə başlayıb: “Dəbdəbəyə çalışırsan, amma real vəziyyət büdcəyə uyğun deyil. Qızılın bahalaşması təkcə zinət əşyalarına yox, həm də mentalitetə zərbədir. Bizdə elə bilirlər ki, az qızıl alırsansa, deməli, qənaət etmisən. Halbuki vəziyyət fərqlidir – sadəcə, alınmır…”

“Alver azalıb, qızıl vitrinlərdə qalır”

Əldə etdiyimiz məlumata görə, bəzi zərgərlik dükanlarında alıcı sayı xeyli azalıb. Satıcılar deyir ki, əvvəllər gün ərzində 7-8 satış edirdilərsə, indi bəzən gün boyu cəmi bir müştəri olur. Qiymətin sürətli artımı həm də psixoloji baryer yaradır – müştəri mağazaya gəlməyə də çəkinir.

Bahalaşmanın fonunda bəzi vətəndaşlar qızılı zinət əşyasından daha çox sərmayə vasitəsi kimi görür. Məsələn, ötən il alınan qızıl bu gün 30-40% artıq qiymətlə satıla bilir. Bu isə bəzi ailələri hazırda almaq yerinə, əllərindəki qızılları satmağa təşviq edir.

Qızıl bahalaşdıqca, həm satıcı, həm də alıcı sıxıntı yaşayır. Toy-nişan mövsümündə bahalaşma daha çox hiss olunur və bu da toplumun ən həssas nöqtəsinə – ailə qurmağa hazırlaşan gənclərə toxunur. Əvvəl zinət əşyaları sevinc idi, indi isə bir növ yükə çevrilib. Qızıl vitrinlərdə parıldayır, amma əllərdə əvvəlki qədər görünmür…

Yaxın bir neçə ay ərzinə ucuzlaşma gözlənilmir

İqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a bildirib ki, qızıl təlatümlü dövrlərdə güvənli liman rolunu oynayır: “Qiymətli kağızlar bazarında təlatümlü dövr yaşanır, səhmlərin qiyməti oynayır, dünya iqtisadiyyatında bir tarif dalğası yaşanır. Buna görə də qızıla olan tələbat artır. Bu da iqtisadiyyatın qanunlarını işə salır, tələb yüksələn kimi qiymət də artır və tarixi maksimumlara – 3500 dollara qədər yüksəlməsinə səbəb olur. Bu tendensiyanın davamı olacaq. Hələlik harada dayanacağını görmək mümkün deyil. Buna son zamanlar təsir edən amillərdən biri dollar indeksinin ucuzlaşmasıdır. Bu tendensiya da uzun illərdir ki, dünya bazarında davam edir. Dollar digər valyutalara qarşı ucuzlaşdıqca qızılın dollar ifadəsindəki qiymətində də artım müşahidə olunur.  Hazırda dollar indeksi xeyli ucuzlaşıb. Məsələn, 3-4 ay bundan öncənin avro-dollar üstünlüyünü götürsək, 1 avro-1 dollar 5 sentə qədər idi. İndi isə avro 1 dollar 15 sentə qədər yüksəlib. Bütün bunların öz təsiri var. Qızılın qiymətində bahalaşma bir neçə ay davam edə bilər. Tarif anlaşmaları olarsa, yenidən investisiya mühiti formalaşarsa, gələcəyi planlaşdırmaq mümkün olarsa və səhm bazarında sabitlik müşahidə olunarsa, o zaman investorlar öz yatırımlarını qızıldan çıxarıb yenidən səhm bazarına yatıracaqlar. Bu da qızılın qiymətinin ucuzlaşmasına səbəb ola bilər. Yaxın bir neçə ay ərzində isə bu gözlənilmir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə veribFOTO

Next

Lerikdə AĞIR QƏZA – Ölən və yaralananlar var

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv