Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Владимир, остановись!”

By Vüsal Rafiqoğlu
25.04.2025 3 Min Read

Tramp deyir ki, Rusiya böyük güzəştlərə razılaşıb, “bütün Ukraynanı tutmaqdan vaz keçib”; Zelenski isə velosiped kimidir, dayansa, yıxılacaq…      

Donald Trampın Rusiya prezidentinə “Vladimir, dayan!” çağırışını dünya mediası ön səhifələrində verdi. Bütün dillərdə bu çağırış səsli olaraq qulağa xoş gəlir, çünki Tramp bəlkə fərqində olmasa da, həm savaşı durdurmaq, həm günahsız mülki şəxslərin, həm də “hər gün 5 min əsgərin öldürülməsinin” qarşısını almaq üçün bəşəri müraciət edib. Onun Rusiya prezidentinə “Vladimir” deməsi müraciətin “doza”sını azaldır. Əvvala, bu cür müraciət Putinə yaxınlığa  işarə edir, hətta əzizləmə təəssüratı da yaradır. Tramp Putindən bir neçə bayram böyükdür, ərk də edə bilər bu cür müraciətlə. Ola bilsin, müraciətin bu cür formasında  amerikalı ədası da var, xəbərdarlıq  da. Çünki Tramp sosial şəbəkə üzərindən qısa yazılı müraciətində tərəfləri danışıqlara səsləyib, o biri Vla(o)dimirin şəxsinə yönlənmədən həm də.

scale_1200 (4).jpg (313 KB)

Kreml  Trampa hələ reaksiya verməyib, çünki bu “dayan!” müraciəti müharibədən bəri ilk dəfə olaraq paytaxt Kiyevi və bir neçə yaxın şəhərləri ən şiddətli bombardmana görə səslənib. “Rusiyanın Vladimiri”nin, yoxsa “Ukraynanın Vlodimiri”nin  danışıqlar masasına oturmaq istəməməsi aydındır. İkisi də nə oturmaq, nə dayanmaq istəyir. Putin dayanması üçün şərtləri aşağı-yuxarı bəllidir. Tramp deyir ki, ümumiyyətlə Rusiya böyük güzəştlərə razılaşıb. Jurnalistlər də dərhal soruşublar ki, söhbət hansı güzəştlərdən gedir. Tramp “bütün Ukraynanı tutmaqdan vaz keçib” dedi.

MV5BZGVhMTM0NzMtN2EyZC00MmI1LWJmOTgtMjY5ODQ1MWJkYWIwXkEyXkFqcGc@._V1_.jpg (354 KB)

Zelenskinin durumu isə velosipedi xatırladır- yəni dayanması yıxılmaq deməkdir. Putin indi müharibənin “pedalını”ona görə daha sürətlə çevirir ki, qarşıdan 9 may gəlir, amma “SVO”dedikləri müharibədə Rusiya öz elan etdiyi məqsədinə çatma bilməyib, üstəlik İkinci Dünya müharibəsindən ötən  80 ildə ilk dəfə ərazisində(Kurskda) kənar dövlətin əsgərləri var, heç olmazsa, onları təmizləmək üçün tələsir. Ona görə “pasxa atəşkəs”indən sonra daha şiddətli hücumlar edir.

Tramp və komandasının səbirlərinin tükəndiyi, sülh danışıqlarını dayandıracağı xəbərdarlığının arxasında nə var, indidən demək çətindir.  Danışıqlardan çəkilərlərsə, nə edəcəklər? Bu savaşı görməzdənmi gələcəklər? Bəlkə  Ukraynaya hərbi yardımı dayandıracaqlarını elan edəcəklər? Bəs, Rusiyanın etdiklərinə göz yumacaqlarmı, danışıqlar olmasa, Putini dayandırmaq üçün plan nə?

коп 2025-04-23T152240Z_2040663456_RC2R3EAVVTT8_RTRMADP_3_USA-TRUMP копия (1).jpg (34 KB)

Tramp hakimiyyətə gələndən yarımçıq iş görür. Vergilərlə bağlı qərarını verdi, sonra üç aylıq fasilə götürdü. Yəmən husilərini bombalayır, amma məqsədi nədir, bəlli deyil. İranı hədələdi, sonra bu məsələdə də fasilə götürdü, diplomatlar danışır, amma  yenə də qərarsız kimi görünür. Bu əslində Trampın suçu deyil, Amerikanın siyasi yapısı on illiklərdir belə işləyir.

a4d4342fc38772806b3d1866fa1927cc.jpg (151 KB)

Hərdən adam düşünür ki, ABŞ-ın strategiyası yanlış siyasət üzərində qurulur ki, sonradan onu düzəltmək üçün cəhdlər etsin. İkinci Dünya müharibəsindən sonra ABŞ dünya hegemonluğu kursunu yeritməyə çalışsa da, Sovet İttifaqı buna mane oldu. Sonra ABŞ strategiyasını dəyişdi, SSRİ-nin müttəfiqlərini və dost ölkələrini sıradan çıxarmağa başladı.  ABŞ-ın əsas tarixi uğuru SSRİ-ni və Varşava Müqaviləsi adlı hərbi ittifaqı dağıtması oldu. İndi demək olar ki, bütün Varşava Müqaviləsi ölkələri NATO-ya qoşulub. Hətta keçmiş SSRİ respublikalarından da NATO blokuna olanlar var. Amma strategiyada ciddi yanlış hesablamalar  yenə də  özünü göstərdi. Məsələn, 1982-ci ildən Çin Amerika ilə yaxınlaşma kursunu müəyyənləşdirdi. ABŞ və bəzi başqa ölkələrdən yüksək texnologiyalar, investisiyalar alan Çin dünyanın superdövləti səviyyəsinə yüksəldi. Üstəlik Çin nəinki Rusiyanın düşməni, əksinə, dost və müttəfiqi oldu.  Birləşmiş Ştatlar Asiya və Afrikaya diktə etmək istəyərkən, yenə yanlış strateji nəticəsində təkcə İran, Suriya, Şimali Koreyayaya deyil, qitədəki qonşuları Venesuela, Kuba və Nikaraquaya tamamilə nəzarət əldən verib. Bayden hakimiyyəti ABŞ-ı Ukraynanı Rusiyaya qarşı müharibəyə sürükləməklə də ciddi strateteji yanlış etdiyini hələ də qəbullanmış deyil. Ukraynada yandırılmış fitil Avropaya sıçrayıb, indi bütün “qoca qitə” bu savaşın etkisi(təsiri) altındadır.  ABŞ-ın əlaltısı kimi təqdim edilən  Avropa İttifaqı indi Vaşinqtonla üz-üzə gəlir.

Bəs Trampın sülh layihəsi haqda nə demək olar? Krım 10 ildən çoxdur Risiyanın ərazisidir, onun rəsmən tanımaq  təklifinin sülh planın şərtləri sırasına düşməsi təəccüblü deyil. Tramp  Krımın anneksiyasını dünyanın tanımasını  təklifini ona görə gündəmə gətirir ki, ABŞ “Dempartiya”sından Barak Obamanın dövründə baş verdiyi tez-tez xatırlansın, Baydenlə bərabər onun atası Hüseyni də söysünlər. Tramp Ağ Evdə açıqlamasında dedi ki, Ukrayna Krımı bir güllə atmaqdan təhvil verib. Azərbaycan iki Qarabağ müharibəsində bir kəndini belə güllə atmaqdan tərk etməyib. Amma bizə də elə Amerika alçaldıcı sülh müqaviləsi təklif edirdilər. Demək, söhbət güllə atmaqda deyil, cənab Tramp…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakının strateji tərəfdaşları sırasında ABŞ niyə yoxdur?

Next

Təyyarəmizin VURULMASININ dördüncü ayı

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv