Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Kallas bu gün gəlir: Aİ-nin sərhəd kəşfiyyatçıları evə qayıdır?

By Vüsal Rafiqoğlu
25.04.2025 4 Min Read

Avropa İttifaqının Cənubi Qafqaz siyasəti son illərdə ciddi suallar doğurur – deputat və partiya funksionerinin dəyərləndirməsi

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas bu gün Azərbaycana səfər edəcək. Bildirilir ki, o, Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüş keçirəcək.

Günün ikinci yarısında isə Kaya Kallasın “Gənc Avropa səfirləri” ilə görüşü nəzərdə tutulub. Məlumat üçün deyək ki, “Gənc Avropa səfirləri” (YEAS) təşəbbüsü, Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Aİ-yə Üzv Ölkələrdən və Birləşmiş Krallıqdan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-biriləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir.

2024-cü il dekabrın 1-dən etibarən Estoniyanın sabiq baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi vəzifəsinə başlayıb. O, bu postda Jozep Borreli əvəz edib.

Azərbaycanla münasibətlərin normallaşması Avropa İttifaqından, bu ittifaqın əsas dayaqlarından biri olan Fransadan asılıdır. Təəssüf ki, Fransanın başında siyasi cılız, səriştəsiz idarəçi Emmanuel Makron kimi ermənipərəst biri dayanır, Azərbaycanla Aİ-nın münasibətlərinin normallaşması problemli görünür.

Müzakirəsi vacib daha bir mühüm məsələ iki ildən çoxdur ki, Ermənistan ərazisində yerləşib, hərbi-kəşfiyyat fəaliyyəti aparan Aİ-nin mülkü missiyasıdır. Qərbin həyata keçirdiyi bu layihə regional təhlükəsizliyin təmin edilməsinə əngəllər yaradır, çünki bu amil Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına və yekun sülh sazişinin imzalanmasına mane olur.

AĞAMALI Günay Fəzail qızı

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Kaya Kallasın ölkəmizə planlaşdırılan səfəri ikitərəfli münasibətlər və regional təhlükəsizlik məsələləri fonunda olduqca əhəmiyyətlidir: “Avropa İttifaqı və Azərbaycan iqtisadi sferada, xüsusilə enerji sahəsində uğurlu əməkdaşlıq etsə də, siyasi müstəvidə tərəflər arasında ziddiyyətlər mövcuddur. Buna səbəb kimi rəsmi Brüsselin Fransanın moderatorluğu ilə ölkəmizə qarşı sərgilədiyi qərəzli ritorika və Ermənistanda fəaliyyət göstərən qeyri-qanuni missiyanı göstərmək olar.

Monitorinq adı altında fəaliyyət göstərən missiyanın əslində kəşfiyyat məlumatlarının toplanılması ilə məşğul olduğu hər kəsə məlumdur. Rəsmi Bakı bununla bağlı dəfələrlə öz narahatlığını bəyan etsə də, qarşı tərəf hər zaman qeyri-konstruktiv yanaşmalarla məsələni fərqli istiqamətə çəkmək cəhdləri edib. Aydındır ki, Avropa İttifaqı Cənubi Qafqazda regional sabitliyi sarsıtmaq fonunda açıq şəkildə öz geosiyasi maraqlarını nümayiş etdirir. Ermənistanla hərbi əməkdaşlığı genişləndirmək, Avropa sülh fondundan İrəvana əlavə maliyyə vəsaiti ayırmaq, missiyanın ölkəmizlə şərti sərhəddə qalma müddətini uzatmaq bunun bariz nümunəsidir və ən əsası ittifaqın müdafiə etdiyi dəyərlərə ziddir. Məhz bu səbəbdən Ali nümayəndənin gözlənilən səfəri münasibətlərin inkişaf tendensiyasını aydınlaşdırmaq baxımından mühüm siyasi hadisədir”.

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynovun sözlərinə görə, Kaya Kallasın Azərbaycana rəsmi səfəri, xüsusilə də hazırkı geosiyasi mühitdə, təkcə protokol səviyyəli diplomatik təmas deyil, həm də Brüsselin və onun aparıcı qüvvələrinin regional reallıqlarla hesablaşmağa məcbur olduğunun göstəricisidir: “Avropa İttifaqının Cənubi Qafqaz siyasəti son illərdə ciddi suallar doğurur. Xüsusilə Fransa kimi dövlətlərin mövqeyi Aİ-nin obyektiv vasitəçilik qabiliyyətini şübhə altına alır. Bununla belə, Aİ-nin bütün strukturu Fransa siyasətindən ibarət deyil. Və xüsusilə də Azərbaycan kimi regional güc statusuna iddialı, iqtisadi, siyasi və enerji diplomatiyasını effektiv şəkildə şaxələndirən bir ölkə ilə münasibətlərdə Avropa istəsə də, istəməsə də müəyyən korrektələrə getmək məcburiyyətindədir. 2022-ci ilin sonundan etibarən Aİ-nin Ermənistanda yerləşdirdiyi mülki müşahidə missiyası ilk baxışdan münaqişə sonrası sabitliyə dəstək vermək üçün nəzərdə tutulsa da, faktiki fəaliyyəti Ermənistanın tərəfini tutmaq, onun mövqeyini beynəlxalq platformalarda legitimləşdirmək kimi qəbul edilir. Bu missiya Azərbaycanın daxili və regional təhlükəsizlik narahatlıqlarını artırmaqla bərabər, Bakı ilə Brüssel arasında olan etimad boşluğunu daha da dərinləşdirib. Lakin belə bir vəziyyətdə Azərbaycanın reaksiya modeli sadəcə etiraz bəyanatları ilə məhdudlaşmır, əksinə, Bakı öz diplomatik manevr imkanlarını genişləndirməklə cavab verir”.

Ekspert dedi ki, Fransanın Ermənistana dəstəyi, həm də oradakı xristian-solidarizm, Fransa erməni diasporunun təsiri, eləcə də İranla olan geosiyasi koordinasiyanın nəticəsidir: “Lakin bu da Aİ-nin bütün siyasətini müəyyən etmir. Almaniya, İtaliya, Baltik ölkələri kimi üzvlərin Azərbaycanla iqtisadi maraqları güclüdür. Xüsusilə də enerji təhlükəsizliyi baxımından Azərbaycanın rolu alternativ təchizatçı kimi yüksəlməkdədir.

Nəticədə Aİ-nin Azərbaycanın yüksələn regional mövqeyi ilə hesablaşması zərurəti var. Azərbaycan da bu yeni dünya düzənində öz yerini tutmağa çalışan, çoxşaxəli, balanslaşdırılmış və çevik diplomatiya yürüdən bir aktordur. Aİ-nin ermənipərəst komponentləri, xüsusilə Fransa bu reallığı görməzlikdən gəlsə belə, Avropanın rasional hissəsi – enerji təhlükəsizliyi, iqtisadi əlaqələr və sabitlik faktorlarını önə çəkən dairələr – Azərbaycanın regiondakı mövqeyini tanımağa və qəbul etməyə məcburdur. Kaya Kallasın Bakıya səfəri bu kontekstdə rəmzi və funksional əhəmiyyət daşıyır. Bu, Aİ-nin həm Ermənistandakı mövcudluğuna bəraət qazandırmaq cəhdi, həm də Azərbaycanla münasibətləri müəyyən səviyyədə saxlamaq və gələcək əməkdaşlıq formatlarını qorumaq istəyi kimi başa düşülə bilər. Lakin səmimi münasibətlərin bərpası üçün yalnız bəyanatlar deyil, praktiki addımlar lazımdır. Əks halda, Azərbaycan öz diplomatik prioritetlərini Şərqə, Orta Asiyaya, Çin və Körfəz ölkələrinə, eləcə də ABŞ-a doğru daha da genişləndirəcək və Aİ bu prosesdə yalnız kənar müşahidəçi statusunda qalacaq”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Lavrov: Rusiya Ukrayna məsələsində ABŞ-la təmasları davam etdirir

Next

Türkiyənin hava yolları şirkətləri biletləri cəriməsiz qaytaracaq

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv