Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Ölkəmizdə nə qədər işsiz var?

By Vüsal Rafiqoğlu
25.04.2025 3 Min Read

Azərbaycanda statistik və real işsizlik rəqəmləri

Azərbaycanda işsizlik rəqəmləri ilə bağlı rəsmi və beynəlxalq hesabatlarda təqdim olunan statistikalar uzun illərdir mübahisə doğurur. İqtisadiyyatın əsas göstəricilərindən biri olan işsizlik həm də əhalinin sosial rifahının barometridir.

Beynəlxalq Valyuta Fondunun (BVF) 2024-cü ilin aprelində açıqladığı “World Economic Outlook” hesabatına əsasən, Azərbaycanda işsizlik səviyyəsi 2024-cü ildə 5,4% olub. Proqnozlara görə, bu göstərici 2025-ci ildə 5,3%-ə enəcək və növbəti illərdə – 2026 və 2027-ci illərdə də bu səviyyədə sabit qalacaq.

Kağız üzərində təqdim olunan bu proqnozlar hər nə qədər ümidverici səslənsə də, mövcud sosial-iqtisadi reallıq bu rəqəmlərlə uyğunluq təşkil etmir. Azərbaycanda işsizlik göstəricilərinin rəsmi şəkildə aşağı səviyyədə göstərilməsi illərdir ictimaiyyətin etirazına səbəb olur. Rəsmi statistikaya yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatdan keçmiş işsizlər daxil edilir. Halbuki ölkədə minlərlə insan faktiki olaraq işsiz olsa da, bu kateqoriyaya daxil edilmir.

Geniş yayılmış qeyri-formal məşğulluq da problemin digər tərəfidir. İşsiz kimi qeydiyyata düşməyən, lakin mövsümi və ya qeyri-sabit işlərlə dolanan şəxslər real vəziyyəti kölgədə qoyur.

İqtisadçıların fikrincə, BVF-nin proqnozları hökumətin təqdim etdiyi rəsmi statistikaya əsaslanır. Lakin həmin statistikaya real işsizlərin böyük bir hissəsi düşmür. Belə olan halda, 5,3%-lik işsizlik səviyyəsi sadəcə statistikada qalır, xalqın gündəlik həyatında isə bunun əksini görmək olur.

Ekspertlər qeyd edir ki, Azərbaycanda işsizliyin real mənzərəsini görmək və effektiv iqtisadi siyasət formalaşdırmaq üçün ilk növbədə statistikanın dürüstlüyü təmin edilməlidir. Eyni zamanda yeni iş yerlərinin yaradılması, gənclərin ixtisaslı məşğulluğu, regionlarda iqtisadi aktivliyin artırılması, qeyri-neft sektorunun gücləndirilməsi vacibdir. Əks halda, rəqəmlər kağız üzərində göz oxşasa da, real həyatda işsizlik problemi daha da dərinləşəcək.

Sahib Məmmədov xəstəxanaya yerləşdirildi

Sahib Məmmədov

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, BVF-nin göstərdiyi rəqəmlər rəsmi statistikaya və məşğulluq haqqında qanuna əsaslanır: “Azərbaycanda muzdla işləyənlərin sayı 2 milyona çatmır, lakin ümumi məşğul əhalinin sayı 5 milyon göstərilir. Əmək qabiliyyətli olub, iqtisadi qeyri-fəal əhalinin sayı 1 milyon 200 mindir.  Bu statistikadan belə çıxır ki, dünyanın ən tənbəl xalqıyıq, əhalinin 23 faizi işləmək istəmir. Bu məsələdə məşğulluğun təsnifatlandırılmasına da baxmaq lazımdır. Kim daimi, kim mövsümü, kim isə qismən məşğuldur. Bunları real vəziyyətə uyğun dəyərləndirsək, rəqəmlər dəyişə bilər. Şəxs iş axtarmırsa, o, avtomatik iqtisadi qeyri-fəal əhali kateqoriyasına aid olur.

Bəzən isə vakansiyalar elan olunur, ona uyğun ixtisaslı işçilər çatışmır. Əmək qüvvələri Azərbaycanda coğrafi baxımdan qeyri-bərabər bölünüb. Məsələn, rayonlarda həkim, müəllim çatışmazlığı var, Abşeronda isə əksinə, çoxdur.

Aqrar sektorda  işləyənlərin heç birinin əmək müqaviləsi yoxdur. Amma faktiki olaraq məşğuldurlar. Pay torpaq sahələrində kimin sahəsi və kənd təsərrüfatı təyinatlı torpağı varsa, orada çalışan əmək qabiliyyətli ailə üzvləri məşğul sayılır. Araşdırmaq lazımdır ki, insanlar pay torpağından istifadə edir, yoxsa etmir.  Etmirsə, qeyri-məşğul sayılacaq”.

Natiq Cəfərli bu dairədə imzatoplama kampaniyasına başlayıb

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli qəzetə deyib ki, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və bu tip beynəlxalq qurumlar  Azərbaycanda alternativ hesablama mərkəzləri olmadığı üçün yalnız rəsmi statistika ilə kifayətlənməli olurlar: “Türkiyədə makroiqtisadi göstəricilər tək dövlət tərəfindən yox, iş adamları birliyi və yaxud da həmkarlar təşkilatı tərəfindən ayrıca hesablanır. İşsizlik və inflyasiya ilə bağlı rəqəmləri müxtəlif mənbələrdən əldə etmək mümkündür. Azərbaycanda isə digər qurumların araşdlrma aparmaq üçün məlumat bazası yoxdur. Dünya Bankı da buna əsaslanır, lakin rəqəmləri öz metodologiyasına əsasən hesablayır. Yaxşı olardı ki, ölkəmizdə də alternativ hesablama mərkəzləri yaransın və Dövlət Statistika Komitəsinin rəqəmlərini tutuşdurmaq mümkün olsun.

İşsizliklə bağlı rəqəmlər səsləndiriləndə insanlarda disbalans yaranır. Hər bir vətəndaş ən azı düşünür ki, tanışları və qohumları işsizdir. Əgər o, bu qədər işsiz tanıyırsa, ola bilməz ki, ölkədə cəmi 5 faiz işsiz olsun. İnandırıcılığını bir az itirmiş sayılır. Çox yaxşı olardı ki, alternativ hesablama mənbələri yaranandan sonra bu rəqəmlər müqayisə olunsun. Bizdə işsizliyin səviyyəsinin çox yüksək olduğunu düşünmürəm. Elə iş yerləri var ki, qeydiyyatdan keçməyib deyə aşkara çıxmır. İnsanlar rəsmən işləməsələr də, günəmuzd işləyirlər. Bu, onu göstərir ki, rəsmi rəqəmlərlə həqiqət arasında o qədər də fərq yoxdur. Biz ancaq rəsmi iş yerlərini siyahıya alsaq, məlum olar ki, Azərbaycanda işsizlik səviyyəsi yüksəkdir”.

Qeyd edək ki, Azərbaycanda ən yuxarı işsizlik səviyyəsi Mingəçevir, Naftalan və Şirvandadır.  Ən aşağı işsizlik səviyyəsi isə Naxçıvan Muxtar Respublikasında qeydə alınıb.

Azərbaycanda işsizlik səviyyəsi regionlar üzrə fərqlilik göstərir. Bəzi rayonlarda işsizlik səviyyəsi ölkə ortalamasından xeyli yüksəkdir, bu da həmin bölgələrdə iqtisadi inkişaf və məşğulluq imkanlarının artırılmasının vacibliyini göstərir.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

3 BÜRC üçün köklü karyera dəyişiklikləri PROQNOZU

Next

Ağadadaş Ağayevin balta atdığı mühafizəçi həbs edilib – ÖZƏL

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv