Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ulu Öndərin arzuları gerçəkləşir

By Vüsal Rafiqoğlu
25.04.2025 5 Min Read

Bu gün müdrik şəxsiyyət Heydər Əliyevin arzuladığı kimi Azərbaycanın beynəlxalq aləmdə mövqeyi möhkəmlənir, nüfuzu artır

Müdrikliyin əlamətlərini onların qabiliyyətlərinə görə fərqləndirənlərin dəyərlər sisteminə görə liderlik üçün təşəbbüs vərdişi, fərqli düşüncə əsasdır. Dahilik insanın intellektual keyfiyyətidir. Atributları isə ağıl, zəka, təfəkkür, hikmət və fikirdir. Dahilər ona görə «tarixiləşirlər» ki, Tanrının onlara verdiyi bu «sərvətləri» ehtiyatla, düşünülmüş, dövrün tələbinə uyğun, eyni zamanda, milyonlara xeyir verəcək səviyyədə «xərcləyirlər.» Ulu Öndər, Ümummilli Lider adını Azərbaycan xalqına göstərdiyi misilsiz xidmətləri ilə doğruldan, taleyüklü məsələləri uzaqgörən siyasəti, onilliklər üçün nəzərdə tutulan proqnozları, inkişaf konsepsiyasını dəqiqləşdirməklə doğruldan Heydər Əliyevin memarı və qurucusu olduğu Azərbaycan bu gün dünya dövlətləri arasında sayılıb-seçilən qüdrətli ölkədir.

Respublikaya rəhbərliyinin birinci mərhələsində ölkəmizi keçmiş SSRİ məkanında Qırımzı Bayraqlar diyarı kimi tanıdan Ulu Öndər müstəqilliyimizin qarantı kimi də Azərbaycanın varlığını qorudu. Ölkəni inkişaf etdirdi. Erməni diasporunun idarə etdiyi Kremlin qadağalarına, ələbaxan «partiya publisistləri»nin böhtanlarına baxmayaraq daim Azərbaycanın müstəqilliyi naminə çalışan, özünün dəfələrlə vurğuladığı kimi, canını bu yolda fəda etməyə belə hazır olduğunu bildirən Ulu Öndər xalqımıza, suverenliyimizə qarşı təzyiq, siyasi təcavüz olan 20 Yanvar hadisələrində də qətiyyət göstərdi. Təqaüddə olsa belə heç nədən çəkinmədən Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində mətbuat konfransı keçirərək edərək SSRİ-nin birinci şəxsi, ermənipərəst Mixail Qorbaçovu, qırğında əli olan digər partiya, sovet mənsublarını günahlandırdı. Qorbaçovun mənfur «yenidənqurma tezisi»nin əsl mahiyyətini xalqa açıqladı.

Müdrik şəxsiyyət Heydər Əliyev müsəlman respublikalarından sovetlər dövründə siyasi hakimiyyətin zirvəsinə yüksəlmiş ikinci şəxs olmuşdu. İntriqalar yuvası kimi tanınan Kremldə ağlı, zəkası ilə seçilən müdrik siyasətçi Heydər Əliyevə ermənipərəst Qorbaçovun, daşnak tör –töküntülərinin qısqanclığı əbəs deyildi. 1988-ci ildə Qarabağda etiraz mitinqləri başlananda guya sabitlik yaratmaq üçün millətlərarası münasibətlər barədə məlumatı olmayan, Qafqazın tarixini bilməyən Arkadi Volskini Dağlıq Qarabağ Muxtar Vilayətinin Xüsusi İdarəetmə Komitəsinə sədr təyinatını cəsarətlə səhv addım adlandıran Ulu Öndər Heydər Əliyevin bildirdiyi kimi, həmin müddətdə 15 min azərbaycanlı doğma torpaqlarından qovuldu. O dövrdə səsini ucaldan, xalqımıza qarşı ədalətsiz yanaşmaya etirazını bildirən Heydər Əliyevin sözləri xalqımıza çağırış idi. Laqeydliyə son qoumaq çağırışı. Müdrik şəxsiyyət qətiyyətlə vurğulayırdı ki, Azərbaycan ərazi deyil, respublikadır. Sakinləri əhali deyil, zəngin tarixə malik xalqdır.

Təbii ki, zəngin siyasi təcrübəyə, iradəyə, açıq sözə sahib bu müdrik insanın düşüncə tərzi qorbaçovları qane edə bilməzdi. Erməni lobbisinin planlarına uyğun vəzifəsindən uzaqlaşdıran Ulu Öndər Heydər Əliyev Azərbaycana dönüşü zamanı Kremlin itaətkar, əmrə hazır yerli rəhbərliyinin təzyiqləri ilə üzləşdi. Bu müdrik insanın Vətənə qayıdışını özlərinin məhvi hesab edən Azərbaycan KP.MK-nın satılmış rəhbərliyinin təxribat törədəcəyindən ehtiyatlanan Ulu Öndər doğulduğu Naxçıvana üz tutdu. Doğma elinə adi vətəndaş kimi gələn fərdi pensiyaçı Heydər Əliyevi böyük izdihamla qarzılayan həmyerliləri sonrakı dövrdə ona böyük etimad göstərərk Naxçıvan MR Ali Məclisinin Sədri seçdilər. Bir daha inandılar ki, talelərini tapşırdıqları bu müdrik insan xalqının ona verdiy Ulu Öndər adını layiqincə doğruldacaq. Belə də oldu. Muxtar respublikada işlədiyi müddətdə təkcə Naxçıvanı Ermənistanın təcavüzündən qorumadı. Azərbaycanın müstəqilliyinin əbədiliyini tarixi xidmətləri ilə təsdiqləyən müdrik siyasətçi bildirirdi ki, tribunadan çıxış etməklə vəziyyəti düzəltmək olmaz.

Naxçıvan MR Ali Məclisinin Sədri kimi ilk növbədə müxtar respublikanı Ermənistanın təcavüzündən qorudu. Xalqı torpaqlarımzın qorunması naminə birləşdirdi. Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında qərarın qəbulu ilə sovetlərin 75-ci mexanikləşdirilmiş motoatıcı diviziyasının, 41-ci sərhəd qoşunlarının fəaliyyəti dayandırıldı. Muxtar respublikada Birinci Sərhəd Dəstəsi yaradıldı. Qonşu Türkiyə və İranla iqtisadi əlaqələr genişləndirildi. Ermənistan tərəfindən blokadaya alınan Naxçıvanın ağır vəziyyətdən çıxarılması üçün əlavə tədbirlər görüldü, yardımlar ayrıldı. Kiçik bir ərazidə yerləşən, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvanda baş verən yenilikləri bütün dünya ictimaiyyətinin maraqla izləməsi bu dahi şəxsiyyətə maraq və etiramdan irəli gəlirdi. Çünki bu yeniliklərin müəllifi uzaqgörən siyasətçi, xalqına, elinə, obasına bağlı tarixi şəxsiyyət Heydər Əliyev idi.

Lakin bütün niyyətlərin, xidmətlərin, fədakarlığın müqəddəs məramı Ermənistanın işğalı altında qalan torpaqlarımızın azad edilməsi, respublikamızın bütün ərazilərində Dövlət Bayrağımızın dalğalanması idi. Nəyin necə, nə vaxt ediləcəyini dəqiqliklə müəyyənləşdirən Prezident İlham Əliyev Ulu Öndərin bütün arzularını həyata keçirdi. Ulu Öndərin ordu quruculuğu sahəsində apardığı islahatları hərtərəfli, geniş miqyasda davam etdirdi.

Prezident İlham Əliyevin paytaxtımızın Azadlıq meydanında keçirilən Zəfər paradında söylədiyi «Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq» sözləri Ulu Öndərin ordu quruculuğu istiqamətində apardığı siyasətin uğurlu nəticəsi idi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşa işğaldan azad olunan gün – noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciətində söylədiyi «Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!» sözü ilə Heydər Əliyevin «Biz Şuşaya mütləq qayıdacağıq”!» arzusu çin oldu. 2023-cü ilin sentyabrında Qarabağda aparılan lokal xarakierli antiterror əməliyyatı ilə Azərbaycanın suverenliyinin tam bərpa olunduğunu Xankəndi şəhər stadionundakı çıxışında bəyan edən Prezident İlham Əliyevin «Bu il «Heydər Əliyev İli»dir. Biz Heydər Əliyevin 100 illiyini il boyunca qeyd edirik. Necə qeyd edirik? Onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Mən Ulu Öndərin ad gününü Şuşada keçirdim. Bilirəm, o vaxt bəziləri sual verirdi ki, təntənəli iclas harada keçiriləcək, təntənəli iclasda kim çıxış edəcək, hansı xarici qonaqlar gələcək? Sonra da gördülər ki, heç bir təntənəli iclas keçirilməmişdir. Nə üçün? Ona görə ki, bizim Ulu Öndərin xatirəsinə hörmətimiz əməli işlərlə ölçülməlidir» sözləri Ulu Öndərin ruhu qarşısında Müzəffər Ali Baş Komandanın raportu, Heydər Əliyev dühasının, onun simasının, xilaskarlıq missiyasının Qələbəsi idi.

İşğaldan azad edilmiş Xocalıda Soyqırımı Memorialının təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyevin «Bu gün isə biz buradayıq, burada olmağımız tarixi ədalətin tam bərpası deməkdir. Xocalı bu gün qurulur, indi gedib quruculuq işləri ilə tanış olarıq» sözləri bütün şəhidlərimiz kimi, Ulu Öndərin də niyyətlərinin gerçəkləşməsinin təsdiqidir.

Ulu Öndərin müstəqil Azərbaycanı suveren, bütöv halında görmək niyyəti də gerçəkləşir. Şuşa da daxil olmaqla işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-qurucuq işləri Ulu Öndərin qüdrətli Azərbaycan üçün nəzərdə tutduğu irimiqyaslı quruculuq işlərinin davamıdır. 30 il məcburi köçkün kimi əziyyətlərlə üzləşən insanlar bu gün sevinclə yeniləşən, gözəlləşən doğma torpaqlarına qayıdırlar. Vəhşi, barbar ermənilərin dağıtdıqları, viran etdikləri şəhər və kəndlərimiz daha gözəl və müasir siması ilə qonaqlarını heyran edir.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin reallaşması nəticəsində ölkəmiz sivlizasiyalararası əməkdaşlıq məkanına çevrilib. Azərbaycanın təbii sərvətləri dostluq, qardaşlıq töhfələri, «Həmrəylik Halqası» kimi ölkələri, xalqları birləşdirir.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edildiyi gündə Şuşadan Azərbaycan xalqına müraciət edən, ata vəsiyyətinə sadiqliyini «Tapşırıq yerinə yetirildi. Məruzə edir Ali Baş Komandan İlham Əliyev!» sözlərini qürurla səsləndirən Prezident İlham Əliyev son və qəti mövqeyini bildirib: «Amma heç kimə imkan vermirik və verməyəcəyik ki, öz burnunu bizim işimizə soxsun, istər siyasi məsələlər olsun, istər Azərbaycan-Ermənistan məsələləri olsun, istər Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ olsun. Heç kimə imkan verməmişik və verməyəcəyik, bunu təmin etmək üçün iradəmiz də yerindədir, gücümüz də yerindədir.»

Xuraman İsmayılqızı, «İki sahil»

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu Çin məhsulları Azərbaycanda vizasız rejimlə daha əlçatan olur – Sahibkarların DİQQƏTİNƏ

Next

Çiçəklər haqqında ən məşhur xurafat və miflər

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv