Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Bu fənnin müəllimləri də sertifikasiyaya CƏLB EDİLƏCƏK

By Vüsal Rafiqoğlu
26.04.2025 3 Min Read

Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaq.

2022-2024-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. İndiyə kimi sertifikatlaşdırma prosesini uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, sertifikatlaşdırmada uğur qazanmış 38 min müəllimin əməkhaqqına 10%, 17 min müəllimin əməkhaqqına isə 35 faiz əlavə tətbiq edilib. Nəticədə maaşına 10% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı 980 manat, maaşına 35% əlavə olunan müəllimlərin orta aylıq əməkhaqqı isə 1295 manat təşkil edib. Bu il təxminən 27 minə yaxın müəllimin sertifikasiya prosesinə cəlb ediləcəyi gözlənilir.

Qeyd edək ki, məktəblərdə fiziki tərbiyə fənninə olan münasibət və müəllimlərin peşəkarlıq səviyyəsi yenidən gündəmə gəlib. Uzun illərdir ki, bu sahəyə barmaqarası yanaşma, dərslərin formal keçirilməsi və müəllimlərin qeyri-peşəkar fəaliyyəti valideyn və şagirdlərin narazılığına səbəb olur. Təhsil ekspertləri dəfələrlə bu məsələyə diqqət çəkib.

Artıq yaxın gələcəkdə fiziki tərbiyə müəllimlərinin sertifikasiya imtahanına cəlb edilməsi planlaşdırılır.

Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə bildirib ki, zaman-zaman ölkəmizdə pedaqoji fəaliyyətlə məşğul olan işçilər arasında sertifikatlaşmanın həyata keçirilməsi nəzərdə tutulur:

“Qeyd etmək lazımdır ki, sertifikatlaşma dünyanın əksər ölkələrində həyata keçirilir. Müəllimin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi iki mərhələdə (test və müsahibə) həyata keçirilir. Sertifikatlaşma prosesinə hazırlaşan müəllimlər müxtəlif ədəbiyyatlarla tanış olarlar. İnternet resursları müəllimin özünütəhsil imkanlarını artırıb. Öyrəndikləri məsələlərlə bağlı müəllimlər bir-biri ilə fikir mübadiləsinə daxil olurlar. Bunu sertifikatlaşma prosesinə hazırlığın daha mühüm tərkib hissəsi kimi dəyərləndirmək lazımdır. Fikir mübadiləsi həmçinin müəllimlərin müxtəlif təcrübələri bir-birindən öyrənməsi deməkdir. Bu yollarla müəllimlərin öz bilik və bacarıqlarını təkmilləşdirməsi onların daha səriştəli fəaliyyət göstərməsi üçün böyük imkanlar açır”.

H.Əlizadə bildirib ki, sertifikatlaşmanın həyata keçirilməsi müəllimlərin öz işinə münasibətində müsbət dəyişiklik yaranmasını şərtləndirib:

“Bu o deməkdir ki, müəllimlərin daha keyfiyyətli dərs deməsi üçün bütün fənlər üzrə sertifikatlaşmanın həyata keçirməsi məqsədəuyğundur. Ölkəmizdə sertifikatlaşma prosesinin həyata keçirilməsində humanizm prinsiplərinə üstünlük verilir. Birinci dəfə sertifikatlaşmadan keçməyən müəllimlərə ikinci şans verilir. İkinci dəfə keçirilən sertifikatlaşma imtahanlarının nəticələri göstərir ki, müəllimlər özünətəhsil ilə məşğul olduqda daha yüksək nəticələr əldə edə bilirlər. Məktəbin fənlərindən biri də fiziki tərbiyədir. Mən fiziki tərbiyə haqqında danışmazdan əvvəl belə bir fikir söyləmək istəyirəm ki, məktəbdə keçirilən fənləri əsas və qeyri-əsas kimi təsnif etmək doğru deyil, onların hər birinin özünəməxsus məqsəd və vəzifələri vardır. Bu məqsəd və vəzifələr şəxsiyyətin formalaşması və inkişafı baxımından zəruri əhəmiyyət kəsb edir. O cümlədən fiziki tərbiyə fənni. Bu o deməkdir ki, zaman-zaman bütün fənlərdən sertifikatlaşma həyata keçirilməsi nəzərdə tutulur. Lakin bu zaman hər bir fənnin özünəməxsusluqları nəzərə alınmalıdır. Siz tamamilə düz deyirsiniz ki, fiziki tərbiyə fənnini tədris edən müəllimlər həm bu sahədə xüsusi biliklərə, həm də bacarıqlara malik olmalıdırlar. Hesab edirəm ki, onların sertifikatlaşması prosesində fiziki tərbiyə istiqamətində həm biliklərinin, həm də bacarıqlarının yoxlanılması zəruridir”.

Şura sədri sonda qeyd edib ki, fiziki tərbiyə həm şəxsiyyətin inkişafı, həm də hərbi vətənpərvərlik tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir:

“Sağlam bədəndə sağlam ruh olar” deyəndə atalar şəxsiyyət yetişdirməyin yolunun insanın fiziki cəhətdən inkişafından keçdiyini nəzərdə tuturdular. Gənc nəsil nə qədər sağlam olarsa, onlar həm öz gələcək fəaliyyətlərində, həm də Vətənin müdafiəsində mühüm rol oynaya bilərlər. Məsələnin belə qoyuluşu fiziki tərbiyə dərslərinin keyfiyyətini artırmağı tələb edir. Düşünürəm ki, fiziki tərbiyə müəllimlərinin sertifikatlaşması onların dərslərinin keyfiyyətinin artmasında mühüm rol oynayacaqdır”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ali Koç istefa verəcək? – özü açıqladı

Next

Ata-ana və iki uşağı qazdan boğulub öldülər

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv