Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

İqtisadçıdan ŞOK açıqlama: “Kazino turizmi müasir turizmin vacib hissəsidir, ona görə də… “

By Vüsal Rafiqoğlu
27.04.2025 2 Min Read

Son vaxtlar Azərbaycanda turist axınını daha da artırmaq və qeyri-neft sektorunun inkişafına yeni təkan vermək üçün kazinoların yenidən bərpa olunması məsələsi gündəmə gətirilir. Təklif olunur ki, xüsusi müəyyən olunmuş zonalarda və ciddi nəzarət mexanizmləri çərçivəsində kazino fəaliyyətinə icazə verilsin. Bu ideya ilk baxışda cəmiyyətdə müəyyən suallar və ehtiyatlı yanaşmalar doğursa da, iqtisadi baxımdan real üstünlüklər vəd edir.

Bir sıra iqtisadçılar və turizm mütəxəssisləri hesab edir ki, Azərbaycanda da kazino biznesi düzgün hüquqi çərçivədə təşkil olunarsa, bu, həm yerli, həm də xarici turistlər üçün cəlbedici imkanlar yaradacaq. Bununla yanaşı, qonşu ölkələrə kazino məqsədilə axının qarşısı alınaraq yerli iqtisadiyyatın inkişafına töhfə verilə bilər.

Əlbəttə, bu sahənin bərpası risklərdən də azad deyil. Ən böyük narahatlıqlardan biri çirkli pulların yuyulması, sosial problemlərin artması və asılılıq hallarının çoxalması ehtimalıdır.

WhatsApp Image 2025-04-27 at 14.45.23.jpeg (282 KB)

İqtisadçı Eldəniz Əmirov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında deyib:

“Mən hesab edirəm ki, kazino biznesi ölkəmizdə ən vacib istiqamət olan qeyri-neft sektorunun, prioritet istiqamətlərindən olan turizm sektorunun inkişafı üçün son dərəcə önəmli bir sahədir. Bu baxımdan, ölkəmizdə məhdud istiqamətlərdə, məhdud saylarda və məhdud ərazilərdə, xüsusi zonalarda, xüsusi yerlərdə olmaq şərtilə də olsa, fəaliyyəti təmin olunmalıdır. Onsuz da bu gün kazino fəaliyyətinə oxşar, müxtəlif uduşlu, insanlara udmaq şansı yaradan, amma böyük əksəriyyətdə eyni zamanda da vəsaitləri uduzduran, pullar xərclədən müxtəlif mexanizmlər var və bunlar mediada kifayət qədər reklam olunur.

Düşünürəm ki, bu zaman niyə kazino fəaliyyəti göstərilməsin ki? Bəli, bu zaman bir məsələ ortaya çıxır ki, dünyanın bir çox ölkələrində kazino fəaliyyəti həm də çirkli pulların yuyulmasına imkan yaradır. Çirkli pulların yuyulması üçün kazino oyunları bir vəsilə olur. Bu isə ölkəmiz üçün, düşünürəm ki, müəyyən riskli məqamlar yaradır, ölkənin iqtisadi maraqları və digər hüquqi maraqlar baxımından. Sadəcə çirkli pulların bu kazinolarda yuyula bilməməsi üçün müxtəlif mexanizmlər, düşünülmüş alqoritmlər yaradıla bilər. Bunlar yaradıldıqdan sonra ölkəmizdə kazino fəaliyyəti bərpa edilə bilər.

Bu, hesab edirəm ki, xarici turistlərin ölkəmizə səfərini stimullaşdıran bir element ola bilər. Çünki turistlər getdikləri ərazilərdə eyni zamanda bu imkanın da olmasını arzulayırlar. Baxın, ölkəmizə gələn turistlərin 80 faizi Bakıdan o tərəfə çıxmır. Bakıda nə dağ var, nə şəlalə, nə çay, nə meşə. İnsanların əylənməsi üçün xüsusi kanatlar da yoxdur. Turizm şəhərində kazino fəaliyyəti isə müasir turizmin vacib tələblərindən biridir.

Eyni zamanda bu, yalnız xarici turistlərin ölkəyə cəlb olunması ilə məhdudlaşmayacaqdır. Əlavə olaraq, yerli turistlərin xaricə, kazinolar üçün getmək istəyini də azaldacaqdır. Əgər şəffaf statistikası aparılarsa, düzdür, bunu aparmaq, xüsusən də dəqiq aparmaq çox çətindir, məlum olar ki, nə qədər insan hansı böyük vəsaitləri məhz Azərbaycandan çıxararaq xaricdəki kazinolarda istifadə edir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakıda və rayonlarda yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq

Next

Hava şəraiti ilə əlaqədar əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv