Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Region Xəbərləri

Azərbaycan çoxtərəfliliyin güclü tərəfdarıdır

By Vüsal Rafiqoğlu
28.04.2025 3 Min Read
Zaman-zaman fərqli adlandırılsa da, mahiyyəti dəyişməyən tarixi İpək yolu “Bir kəmər, bir yol” layihəsinin strateji həlqəsi olaraq Azərbaycan Çin üçün qitələrarası nüfuzun artması baxımından həmişə cazibədar olub. Hələ 1990-cı illərdən Qara dənizlə Xəzər dənizi arasında yerləşən, Xəzərin və Mərkəzi Asiyanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rolu olan ölkə kimi Azərbaycan Çinin diqqətini hələ müstəqilliyin ilk illərindən cəlb edib. 2000-ci illərdən isə Azərbaycan həm də Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi, strateji regionun nəqliyyat layihələrinin açar ölkəsi kimi Çinin diqqət mərkəzindədir.
Azərbaycan Prezidenti İlham Əliyevin Pekində CGTN – “China Global Television Network” telekanalına verdiyi müsahibəsi qarşılıqlı tərəfdaşlıq əlaqələrinin təkcə enerji və kommunikasiya resursları deyil, digər sahələrdə də birgə layihələrin sistemli icrası, reallaşdırılması, bir sözlə, faydalılığı haqqında idi.
Prezident İlham Əliyevin müsahibəsinin ana xəttini Azərbaycanın onilliklər ərzində inkişaf strategiyası, xarici siyasətdə inkişaf edən sabit ikitərəfli əlaqələrinin, qarşılıqlı siyasi və iqtisadi etimadın möhkəmləndirilməsi, regional və regionlararası strateji layihələrdə rolu haqqında geniş məlumatları təşkil etdi. Dövlətimizin başçısı bunların sayəsində Azərbaycanın qlobal aktor kimi rolunun artmasının, nüfuzunun möhkəmlənməsinin arayışını verdi desək yanılmarıq.
Müsahibə sadə çinli izləyicilər üçün qədim mədəniyyətə malik müasir ölkə olan Azərbaycan və onun Çinlə münasibətlərinin əhəmiyyətinin tam təsviri idi. Onun vacib hissəsi son illər Azərbaycanla Çin arasında əməkdaşlıq və gələcək mübadilələrin zəmini kimi möhkəmlənən koordinasiyanın prioritetləri və istiqamətlərindən ibarət idi. Qeyd edim ki, belə koordinasiya özlüyündə iki ölkənin ümumi maraqlarının qorunmasına yönəlmiş səmərəli əməkdaşlığın bünövrəsini təşkil edir. Bu səfər çərçivəsində imzalanan sənədlərin icrası məhz bu prioritetlər və istiqamətlər üzrə inkişaf edəcək. İmzalanmış sənədlərə diqqət yetirsək, bu qədər geniş sahələri əhatə edən əməkdaşlıq təşəbbüslərinin Azərbaycanla Çin arasında imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Birgə Bəyannamədən irəli gələn istiqamətlər üzərində qurulduğunu görərik.
Müsahibənin diqqətçəkən məqamlarından birinin qlobal təhlükəsizliklə bağlı məsələlər haqqında olub. Bu gün müxtəlif istiqamətlərdən gələn narahatedici çağırışların çoxluğu fonunda Azərbaycan-Çin münasibətlərinin inkişafının həm Cənubi Qafqaz, həm də qonşu regionlar üçün sabitləşdirici amil rolunu oynaması haqqında gözləntilər var. Azərbaycan Prezidentinin verdiyi mesajlarda ticari aspektlər, Çinin çox geniş imkanlarının Azərbaycan üçün yeni bazar kimi dəyərləndirilməsi nüansı diqqətdən qaçmamalıdır. Çünki səfərin əsas yükü məhz bu missiya üzərindən qurulmuşdu.
Aydın məsələdir ki, münasibətlərin davamlı inkişafı, eləcə də iki ölkə arasında çoxşaxəli tərəfdaşlıq-əməkdaşlıq əlaqələrin dərinləşməsi, sadəcə, təşəbbüslə həll olunmur, burada həm də dəqiq strateji planlaşdırma və kompleks tədbirlərin işlənib hazırlanması vacibdir. Prezident İlham Əliyev müsahibədə bunun yol xəritəsinin vektorlarını elan etdi.
Dövlətimizin başçısı, həmçinin son illər iki ölkənin hökumətləri, media təsisatları, parlamentləri, hakim partiyaları və regionları arasında qarşılıqlı əlaqələrin genişlənməsi, Azərbaycan-Çin münasibətlərinin sağlam, sabit və davamlı inkişafı üçün müsbət inkişaf tempi vəd etdiyini vurğuladı. Qeyd etdi ki, Azərbaycanla Çin arasında bu praktiki əməkdaşlıq ikitərəfli münasibətlərin yüksək dəyərini tam şəkildə əks etdirən zəngin bəhrə verir, ölkələr arasındakı ticarət dövriyyəsi artır və sair.
Müsahibədə diqqətçəkən vacib məqamlardan biri də Azərbaycanın xarici siyasətdə əməkdaşlıq prioritetləri, istiqamətləri və ümumilikdə baxışları haqqında oldu. Azərbaycan Prezidentinin fikirləri Qoşulmama Hərəkatının aparıcı qüvvəsi – üzv ölkəsi kimi Azərbaycan xarici siyasət strategiyasını balanslı yanaşma prinsipi üzərindən qurulmasının uğurunu tam miqyasda göstərdi.
Azərbaycan məhz bu prinsip üzərindən qlobal güc mərkəzləri ilə münasibətdə hər zaman müstəqil, hər hansı bir bloka qoşulmayan, üçüncü tərəfə qarşıdurma yaratmağa imkan verməyən, üçüncü tərəfləri hədəf almayan əməkdaşlıq prinsiplərinə sadiq qalır. Dövlətimizin başçısı Azərbaycanın etibarlı, azadlıqsevər və sülhpərvər ölkə kimi qarşılıqlı hörmətə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlərin inkişaf etdirilməsi mövqeyini növbəti dəfə bəyan etmiş oldu.
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycan turizmçiləri İT-in Ərzurumda keçirilən toplantısında iştirak ediblər

Next

Məsud Pezeşkian Azərbaycan Prezidentinə TƏŞƏKKÜR ETDİ

Xəbər lenti

  • Rəqəmsal era və yeni reallıq 17.07.2026
  • “Qarabağ”ın “Vestri” ilə cavab oyunu başlayır — Start heyətləri açıqlandı 17.07.2026
  • Xankəndidə güclü yanğın başladı 16.07.2026
  • Meyvə və tərəvəzin bahalığının PƏRDƏARXASI 16.07.2026
  • Alimentlə bağlı mühüm AÇIQLAMA – O halda uşağın adına açılacaq bank hesabına… 16.07.2026
  • Odessa sahilləri yaxınlığında hücuma məruz qalmış gəmi kapitanının nəşi tapılıb 16.07.2026
  • Kərim Vəliyev Belarusda hərbi obyektləri ziyarət edib 16.07.2026
  • İnflyasiya artıb, bəs işləyənlər NİYƏ azalıb? 16.07.2026
  • Jurnalistlər üçün “Təhsildə rəqəmsallaşma” mövzusunda ilk təlim keçirilib 16.07.2026
  • İlham Əliyev Trampa təşəkkür etdi 16.07.2026
  • Yeni Zelandiyada güclü zəlzələ olub 16.07.2026
  • Qusarda din və media müzakirələri – Dezinformasiya və dini sabitlik ön planda 16.07.2026
  • Üç ölkənin hərbçiləri Azərbaycanda birgə təlim keçirəcək 16.07.2026
  • İlham Əliyev “John Deere” şirkətinin nümayəndə heyətini qəbul etdi – FOTOLAR 16.07.2026
  • Sabah 38 dərəcə isti olacaq 16.07.2026
  • Yüksək vəzifəyə təyinat oldu 16.07.2026
  • Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü 16.07.2026
  • Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı yeni inkişaf mərhələsində 16.07.2026
  • Qarabağ Universitetində YENİLİK 15.07.2026
  • Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırıldı 15.07.2026
  • Hikmət Hacıyev: Azərbaycan və Pakistan ticarəti genişləndirmək üçün böyük potensiala malikdir 15.07.2026
  • Rayonlarda leysan olacaq – Xəbərdarlıq 15.07.2026
  • TƏCİLİ! Xankəndidə partlayış: Ölən var 15.07.2026
  • Bu gün Vətən müharibəsində Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Xudayar Yusifzadənin doğum günüdür 15.07.2026
  • Peşə təhsilində inqilab: Hansı ixtisaslar tarixə qovuşacaq? 15.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv