Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Sərhəddə növbəti təxribat – Azərbaycan sarsıdıcı zərbə endirə bilər

By Vüsal Rafiqoğlu
29.04.2025 4 Min Read

Erməni ordusu yenə atəşkəsi pozdu, rəsmi İrəvan havadarlarının təlimatı əsasında sülhü pozan hərəkətlərini davam etdirir – Bakıdan xəbərdarlıq

Belə görünür ki, Ermənistan havadarlarından aldığı təlimatlar əsasında sülhün əldə olunmasını əngəlləyən fəaliyyətindən əl çəkmək istəmir. Nikol Paşinyan Estoniyada iki günlük səfərdə olduğu zaman Ermənistan ordusu növbəti dəfə şərti sərhədlərdə sükutu pozaraq növbəti təxribata əl atdı.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 28-i saat 00:25-də Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. “Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb”, – rəsmi məlumatda bildirilir.

Şübhə yoxdur ki, düşmənin son təxribatından sonra yenə də Ermənistan mətbuatı hansısa evin pəncərə və ya divarındakı dəliyi göstərib, Azərbaycan tərəfdən guya atəş açıldığı barədə saxta iddiaları tirajlayacaq. Bu da faktdır ki, bir çox hallarda erməni ordusu yaşayış məntəqələrinin arxasında mövqe qurur, Azərbaycanın mülki obyektləri heç zaman hədəfə almadığını bildiyi üçün. Amma düşmən hərbçilər ölkəmizə təhdid yaradırsa, atəş nöqtələrini məhv etmək hüququmuz var, sadəcə, hələlik ordu rəhbərliyi baş verənlərə təmkinlə yanaşır.

Ermənistanın baş naziri Nikol Paşinyan sülh bəyanatlarını davam etdirsə də, həm silahlanma sürətlə davam etdirilir, həm də şərti sərhədlər boyunca təxribatlar intensiv şəkildə davam edir. Hər şey ondan başladı ki, Paşinyan Azərbaycanla sülh müqaviləsinin 17 bəndinin razılaşdırıldığını söylədi və imzalanma üçün problemin olmadığını dedi. Bundan sonra şərti sərhədlərdə davamlı təxribatlara da start verildi. Baş verənlərin Paşinyanın iradəsindən kənarda olduğunu söyləmək mümkün deyil, çünki Naxçıvan bölgəsi istiqamətində və digər bölgələrdə də Ermənistan ordusunun şəxsi heyətinin sayı artırıldı, həmçinin hərbi texnika, artilleriya qurğuları çoxaldıldı. Paralel qaydada Avropa İttifaqının (Aİ) missiyası – casus şəbəkəsi də xeyli aktivləşdiyi, gecə növbətçiliyinə də keçdiyi halda, təxribatlar haqda susur. İstisna deyil ki, elə təxribatların planı Azərbaycanla şərti sərhədlərin “beş addımlığına” qədər gəlib, binoklla ərazilərimizə baxan Aİ kəşfiyyatçıları tərəfindən hazırlanıb. Ermənistan nə sülh şərtlərini sonadək icra edir, nə Zəngəzur dəhlizini açır, nə də təxribatlara son qoyur. Amma vəziyyət bu cür davam edə bilməz. Ermənistanda faktiki olaraq səfərbərlik elan olunub və hər an daha ciddi təxribatlar törədilə bilər. Azərbaycan bu təxribatlara necə reaksiya verməlidir? Son xəbərdarlıq etmək və ardınca şərti sərhədlər boyunca legitim hədəflərə zərbə endirilməsi mümkündürmü?

Deputat Sahib Alıyev seçki dairəsini dəyişdi

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan-Ermənistan şərti sərhədində atəşkəsin intensiv pozulması mediada qarşı tərəfin “bliskriq”ə hazırlaşdığı haqda xəbərlərin yer almasından sonra baş verdi: “Belə bir avantüranın onlara necə baha başa gələcəyini bildikləri halda, Ermənistan rəhbərliyinin buna gedəcəyi ilk baxışda elə də ağlabatan görünmür. Ancaq məsələ burasındadır ki, Ermənistanın necə hərəkət etməli olduğunu hazırda rəsmi İrəvanın özündən çox Brüsseldə, Parisdə və digər yerlərdəki “havadarları” müəyyənləşdirir. Yerləşdikləri ölkənin qanunlarının Avropa Birliyinin casus missiyasına şamil edilməməsi, orada quru və hətta havada tam hərəkət sərbəstlikləri və onlar üçün tanınan digər üstünlüklər belə bir təəssürat formalaşdırır ki, sanki bu missiya 18-19-cu əsrlərdə Afrikaya göndərilən hərbi ekspedisiyadır, Ermənistan isə müstəmləkə. Həmin missiya Ermənistanda peyda olandan hərbi infrastrukturun əsaslı şəkildə yenilənməsi, hətta bu regionda qarşıdurmanın aradan qaldırılmasında qətiyyən maraqlı olmayan Fransanın xarici işlər nazirinin belə ötən günlərdə onların orada yeni istehkamlar yaratdıqlarını etiraf etməsi onu göstərir ki, şərti sərhəddəki gərginliyin arxasında, cənab Prezidentin təbirincə desək, qonşularımızın yeni bossları dayana bilər”. S.Alıyevin fikrincə, məqsəd bölgədə casus missiyasını hərbi kontingentlə əvəz etmək, Zəngəzur dəhlizinin üçtərəfli bəyanatda göstərildiyi rejimdə fəaliyyət göstərməsinin qarşısını almaq üçün onları orada yerləşdirməkdir: “Yenə həmin Fransanın xarici işlər naziri Barronun Azərbaycan-Ermənistan sərhədində gərginliyin artmasının Avropa Birliyinin missiyasının genişləndirilməsini tələb etdiyi haqda açıqlaması da bir növ bunu təsdiqləyir. Beləliklə, mən bu fikirdəyəm ki, şərti sərhəddə atəşkəsin intensiv şəkildə pozulması guya məqsədləri bunun qarşısını almaq olanların əgər əmrləri ilə deyilsə, razılıqları ilə baş verir. Bu təxribatlar sərhədboyu yaşayış məntəqələrimiz və hərbçilərimiz üçün daha təhlükəli xarakter alarsa, təbii ki, təhdid mənbələri əvvəllər olduğu kimi zərərsizləşdiriləcək və buna heç kimin şübhəsi olmamalıdır”.

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, siyasi şərhçi Tural İsmayılov da təxribatları təsadüfi hesab etmir: “Günlərdir ki, Ermənistan tərəfindən Azərbaycanla sərhəddə atəşkəs rejiminin mütəmadi pozulduğunun şahidi oluruq. Biz də verdiyimiz proqnozlarda Ermənistanın bu tip təxribatlarının növbəti genişçaplı provokasiyalarla nəticələnmə ehtimallarından bəhs edirdik. Əlində danışıqlar üçün heç bir imkan qalmadığının fərqinə varan rəsmi İrəvan cəbhə bölgəsində təxribatlar yaradaraq dünyada Azərbaycanla Ermənistan arasında problemin bitməməsi ilə bağlı bir görüntü yaratmağa çalışır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, “Dəmir yumruq” hələ də yerindədir. Ermənistan provokasiyalara davam edəcəyi təqdirdə, Azərbaycan tərəfindən öz layiqli cəzasını alacaq”. Ekspert əmindir ki, Ermənistan siyasi qərar qəbul etmək iqtidarında deyil: “Rəsmi İrəvanla hansısa formada danışmaq da mümkün olmur. Ermənistan əlindən gələni edir ki, regionu və bölgəni şantaj etsin və gərginlik yaratsın. Bu hadisələrin nəticəsində məğlub olan tərəf Ermənistan özü olacaq. Onsuz da bizim ölkəmiz qalib ölkədir, torpaqlarımızı işğaldan azad etmişik. Ermənistan yalnız məğlubiyyətə uğramayıb, həm də ölkənin iqtisadi- siyasi sistemi çökmüş vəziyyətə gəlib. Demək olar ki, Ermənistanda iflic vəziyyətinə düşən iqtisadi münasibətlər sistemi süqut ərəfəsinə gəlib çatıb. Ona görə də atəşkəsin pozulması və bundan sonra baş verəcək atəşkəs pozulmaları birbaşa Ermənistan dövlətinin daha da dalana dirənməsi ilə nəticələnəcək. Ermənistan siyasi iqtidarı ölkədə baş alan özbaşınalıqlar fonunda siyasi savadsızlığın acı nəticələri ilə üzləşib. Ölkənin xarici siyasət kursunda sabit xətt yoxdur. Bütün dövlət aparatı və idarəetmə institutları iflic vəziyyətdədir. Bu qədər səbatsızlıqlar fonunda baş nazir Nikol Paşinyan və onun bacarıqsız komandası indi çətin sınaqlar qarşısındadır. Azərbaycan və Türkiyə ilə dürüst siyasət apararaq əlaqələri normallaşdırmaqdan başqa Ermənistanın heç bir qurtuluş şansı yoxdur””.

T.İsmayılov digər məqamlara da diqqət çəkdi: “Eyni zamanda revanşist qüvvələrin daxildə Paşinyan komandasına təzyiqləri və Rusiya siyasi elitası ilə Ermənistan hakimiyyəti arasında çatların dərinləşməsi Ermənistan hakimiyyətinin çıxılmaz vəziyyətdə qalmasını şərtləndirir. Paşinyan hakimiyyətə gəlməzdən əvvəl verdiyi vədlərin heç birini gerçəkləşdirə bilmir. Əksinə, Ermənistanın iqtisadi vəziyyəti hər gün daha çox neqativ çalarlarla zənginləşir. Belə olan təqdirdə Gümrüdəki Rusiya hərbi bazası, İranın Qafandakı konsulluğu da daxil olmaqla, teokratik İran casusları, bütün Ermənistan ərazisinə yayılan sorosçu imperialist agentura şəbəkələri Ermənistandan nələrsə qoparmaq üçün təsirlərini artırmağa cəhd edirlər. Ermənistan əraziləri hakim komanda tərəfindən xarici təsisatlara və ölkələrə peşkəş edilir. Nəticə isə göz qabağındadır. Regionda xaosda maraqlı olan qüvvələr basqılarını daha da radikallaşdırırlar. Bizim bu təxribatlara sonsuza qədər dözmək fikrimiz yoxdur”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Pensiyaçıların diqqətinə! Onlar bu əziyyətdən xilas olur

Next

Həkimlik və əczaçılıqla bağlı yeni tələblər gəlir – nə dəyişəcək?

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv