Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Gah artan, gah azalan valyuta ehtiyatımız – Gözlənti

By Vüsal Rafiqoğlu
03.05.2025 5 Min Read

Azərbaycan hökuməti 2029-cu ilədək neft hasilatının azalmasının davam edəcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 11 milyard 62,5 milyon ABŞ dolları təşkil edir. AMB-dən verilən xəbərə görə, bu, aprelin 1-i ilə müqayisədə 0,3 faiz çoxdur. Bütövlükdə AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 0,9 faiz artıb, son 1 ildə isə 5,1 faiz azalıb.

Azalmanın əsas səbəbi 2024-cü ilin oktyabr-dekabr aylarında Mərkəzi Bankın ölkədə xarici valyutaya artan tələbi qarşılamaq üçün öz vəsaitlərini valyuta hərraclarında satışa çıxarmasıdır. AMB rəhbərliyinin dediyinə görə, bu addım  əsasən xüsusi dövlət əhəmiyyətli xərclərin qarşılanması məqsədilə atılıb.

Bu ilin əvvəlindən dünya neft bazarında qiymət fonunun qeyri-sabitliyi, həmçinin ABŞ-ın yeni administrasiyasının başlatdığı tarif müharibəsi şəraitində fond bazarlarında yaşanan gərginliklər Azərbaycanın əsas valyuta ehtiyatlarının cəmləşdiyi Dövlət Neft Fonduna təsirini göstərib. Belə ki, 2025-ci il mart ayının 31-nə Fondun aktivləri 2024-cü ilin sonuna (60 milyard 31,4 milyon ABŞ dolları) nisbətən 4,5 faiz artaraq 62  milyard 740,2 milyon ABŞ dolları təşkil edib. Qurumdan verilən məlumata görə, bu artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşıb: “Sözügedən rübdə inflyasiyanın tədricən zəifləməsi və digər müsbət makroiqtisadi göstəricilər sabit gəlirli qiymətli kağızlar bazarında gəlirlilik tələblərinin azalmasına səbəb olmuşdur ki, bu da öz növbəsində Fondun borc öhdəlikləri altportfelində müsbət qiymət dəyişikliyi ilə müşayiət olunub. Son dövrlərdə dünyada gedən gərgin iqtisadi münasibətlər fonunda beynəlxalq ticarətdə tətbiq olunan sərt tənzimləmələr səhm bazarında qeyri-müəyyənlik yaratmaqla ilin əvvəlindən müşahidə olunan qiymət artımı tendensiyasının tədricən öz yerini yenidən qiymətləndirmə itkilərinə verməsinə səbəb olmuşdur. Belə ki, rübün sonuna doğru qlobal bazarlarda geriləmələr əsasən ABŞ səhm indeksləri hesabına olsa da, son ayda Avropa səhmlərində də neqativ tendensiya müşahidə olunmuşdur.

2024-cü ildən etibarən qızıl qiymətlərində müşahidə olunan artım tendensiyası 2025-ci ilin ilk rübündə də davam etmişdir. Belə ki, geosiyasi gərginliklər fonunda qızıl qiymətləri cari ildə yenidən tarixi rekord səviyyələrinə çatmışdır. Bu əsasda hesabat dövrü ərzində ARDNF-nin qızıl alt portfelində əhəmiyyətli büdcədənkənar gəlir formalaşmışdır”.

Neft Fondunun “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) gəlirləri illik ifadədə 15,85 faiz azalaraq 2 milyard 183,5 milyon manat təşkil edib. O cümlədən AÇG yatağından Fonda 2 milyard 1,6 milyon manat(18,7 faiz azalma), “Şahdəniz” yatağından isə 181,9 milyon manat(36,3 faiz artım) məbləğində vəsait daxil olub.

Beynəlxalq Valyuta Fondunun (BVF) ekspertlərinə görə, Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ildə 71,67 milyard dollar təşkil edəcək. 2026-cı ildə ehtiyatlar 72,36 milyard dollar, 2027-ci ildə 72,22 milyard dollar, 2028-ci ildə 71,75 milyard dollar, 2029-cu ildə isə 72,18 milyard  dollar olacaq.

BVF hesab edir ki, Neft Fondunun aktivləri 2025-ci ildə 60,91 milyard dollar, 2026-cı ildə 61,797 milyard dollar, 2027-ci ildə isə 61,864 milyard dollara qədər artacaq. 2028-ci ildə 61,594 milyard dollara qədər azalan aktivlər 2029-cu ildə yenidən 62,222 milyard dollara yüksələcək.

BVF Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarının isə qarşıdakı beş ildə azalan dinamika göstərəcəyini proqnozlaşdırıb. Belə ki, Fond analitikləri bu il AMB-nin valyuta ehtiyatlarının 10,76 milyard dollar, gələn il 10,56 milyard dollar, 2027-ci ildə 10,36 milyard dollar, 2028-ci ildə 10,16 milyard dollar, 2029-cu ildə isə 9,96 milyard dollara qədər azalacağını proqnozlaşdırıb (APA).

Azərbaycanda strateji valyuta ehtiyatlarının həcminə təsir edən əsas amil neft-qaz satışından daxilolmalardır. Bu mənbədən gəlirlər azaldıqda, ölkə büdcəsini tənzimləmək üçün hökumət Neft Fondundan daha çox xərcləməyə məcbur olur. Eyni zamanda idxalın dəyərinin artması fonunda ölkədə dollara tələbin yüksəlməsi AMB-ni öz ehtiyatlarının bir qismini bazara çıxarmağa məcbur edir.

BVF ekspertlərinə görə, Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti 2025-ci ildə 78,6 dollar, 2026-cı ildə 73,5 dollar təşkil edəcək. Onlar hesab edirlər ki, “Azeri Light”ın illik orta qiyməti 2027-ci ildə 71,6 dollar, 2028-ci ildə 70,6 dollar, 2029-cu ildə 72 dollar, 2030-cu ildə isə 73,4 dollara bərabər olacaq. Bu isə o deməkdir ki, Azərbaycan neftinin orta qiyməti yeddi il ərzində 70 dollardan aşağı olmayacaq.

Xatırladaq ki, 2025-ci ilin dövlət büdcəsində Azərbaycan neftinin qiyməti 70 dollar, 2026-cı il üzrə isə 65 dollar proqnozlaşdırılıb.

Dünya Bankının ekspertləri isə neft qiymətləri ilə bağlı daha bədbindirlər. Onlar hesab edirlər ki, 2025-ci ildə Brent markalı neftin orta qiyməti 64 ABŞ dolları olacaq. Bu, 2024-cü illə müqayisədə təxminən 17 dollar azdır. 2026-cı ildə isə neftin orta qiymətinin 60 dollar səviyyəsinə qədər aşağı düşəcəyi gözlənilir. Bu o deməkdir ki, Dünya Bankı mart ayı ilə müqayisədə aprel proqnozunda bu il üzrə neftin qiyməti gözləntisini 8 dollar, 2026-cı il üzrə isə 11 dollar azaldıb.

Açıqlanan hesabata görə, DB-nin yeni proqnozu artan ticarət gərginlikləri və yüksələn qeyri-müəyyənlik fonunda qlobal iqtisadi artımın zəifləməsi və bunun nəticəsində 2025 və 2026-cı illərdə qlobal neft tələbi artımının günlük təxminən 0,7 milyon barel səviyyəsinə enməsi əsas götürülərək hazırlanıb. Bankın analitiklərinin hesablamalarına görə, qlobal neft təklifinin 2025-ci ildə günlük 1,2 milyon barel artacağı gözlənilir. Bu da 2024-cü ildəki artımın təxminən ikiqatıdır və bununla qlobal istehsal günlük 104,2 milyon barel səviyyəsinə çataraq bütün zamanların ən yüksək göstəricisinə yüksələcək. 2026-cı ildə isə bu göstəricinin əlavə 1,0 milyon barel artacağı proqnozlaşdırılır. Baza ssenarisinə əsasən, geopolitik hadisələrdən qaynaqlanan əlavə təchizat pozuntularının olmayacağı və OPEC+ daxilində razılaşdırılmış kvotalara əməl edilməklə daxili birliyin qorunacağı güman edilir.

Qeyd edək ki, son bir ayda Azərbaycan neftinin qiyməti 70 dollarlıq həddən aşağı olub. Əsas mənbədən gəlirlərin azalması fonunda idxalın artması ölkədə dollara tələbi kəskin artırır. Dövlət Neft Fondunun rüblük hesabatından aydın olur ki, yanvar-martda Mərkəzi Bankın təşkil etdiyi hərraclarda 2,4 milyard dollar satıb. İqtisadçı-ekspert Samir Əliyev bildirir ki, bu, 2020-ci ildən bəri ən yüksək rüblük həddir: “Çünki pandemiya səbəbindən dünya bazarında neftin kəskin ucuzlaşması nəticəsində Fondun 2020-ci ilin yanvar-mart aylarında valyuta satışı 2,8 milyard dollara yaxın olub ki, bunun da 1,9 milyard dolları mart ayında baş verib. Həmin dövrdə neftin kəskin ucuzlaşması da məhz bu aya təsadüf edirdi. Təxminən eyni vəziyyət bu il də təkrarlanıb. Mərkəzi Bankın yanvar-fevral ayları üzrə valyuta satışı barədə məlumatlarına istinad etsək görərik ki, həmin aylarında satışın həcmi 900 milyon dollara çatmayıb. Belə çıxır ki, yarısı qeyri-iş günü olan və məntiqi olaraq ay sayda keçirilmiş hərracda satılan valyutanın həcmi 1,6 milyard dollara yaxın olub”.

Ölkə banklarının davranışları valyuta bazarında gözlənilən dəyişiklikləri proqnozlaşdırmaq baxımından maraq doğurur. Belə ki, 2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 965 milyon 218 min dollar təşkil edib. Bu, göstəricinin həcminin əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 24,7 faiz və ya 317.4 milyon dollar azalması deməkdir. Hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 6.3 faiz artaraq 373 milyon 286 min, satışı isə 36.4 faiz azalaraq 591 milyon 931.7 min dollar təşkil edib. Göründüyü kimi, banklar dollar alışını artırıb, satışını azaldırlar. Bu isə onların yaxın və ortamüddətli dövrdə dollar təminatında gözləntilərini əks etdirir.

Maraqlıdır ki, Azərbaycan Mərkəzi Bankı neft və qazın orta qiyməti üzrə proqnozlarını azaldıb. Tənzimləyici 2025-ci il üzrə neftin orta qiymətinin 70 dollardan artıq olacağını proqnozlaşdırır: “Mərkəzi Bankın bununla bağlı iyun proqnozu isə daha dəqiq olacaq. Həmçinin təbii qazın orta qiymətini isə bu il üzrə 304 dollar proqnozlaşdırmışıq”.

Xatırladaq ki, AMB bundan əvvəl 2025-ci il üzrə neftin qiymətini 77 dollar, təbii qazın qiymətini isə 349 dollar proqnozlaşdırmışdı.

Mərkəzi Banka görə, ticarət müharibələrinin miqyasının böyüməsi və geosiyasi gərginliyin davam etməsi beynəlxalq əmtəə bazarlarında qiymətlərin dəyişkənliyini daha da artırır. Qarşılıqlı tarif artımları qlobal ticarəti zəiflətməklə yanaşı maliyyə bazarlarında da qeyri-sabitlik riskini yüksəldir.

Azərbaycan hökuməti 2029-cu ilədək Azərbaycanda neft hasilatının azalmasının davam edəcəyini gözləyir. Bu isə mövcud qiymət konyukturu şəraitində ölkəyə xarici valyuta axınının daha kəskin azalması demək olacaq. Belə olan halda Azərbaycanın valyuta ehtiyatlarının həcmində artım gözləntilərinin reallaşması mümkün görünmür.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Daha bir helikopter qəzası – ÖLƏN və YARALANANLAR VAR

Next

Sabah bu yollar bağlanır – XƏBƏRDARLIQ

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv