Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Qərbdən insanlıq əleyhinə cinayət törədənlərə dəstək

By Vüsal Rafiqoğlu
06.05.2025 2 Min Read

Avropa təsisatları əliyalın azərbaycanlıları qətlə yetirən hərbi caniləri niyə “siyasi girov” adlandırır? – mövqe

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3990 itkin düşmüş şəxs qeydiyyata alınıb. “Yeni Müsavat” xəbər verir ki, bunu mayın 1-də Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.

O bildirib ki, son illərdə aparılan axtarış-qazıntı və eyniləşdirmə prosesləri nəticəsində 170 Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilib: “Bu gün burada Ermənistanın törətdiyi yeni cinayət faktı ilə üz-üzəyik. Uzun illər Ermənistan tərəfi Xocalı soyqırımı ilə bağlı özünəməxsus yanaşma nümayiş etdirib. Onlar yalandan deyirdilər ki, mülki əhali Xocalını tərk edərkən dəhliz açılıb. Bu gün burada tapılan kütləvi məzarlıq göstərir ki, heç bir humanitar dəhlizdən söz gedə bilməz”.

Onun sözərinə görə, Əsgəran-Xocalı yolunda yeddi itkin mülki şəxsə aid meyit qalıqları tapılıb. Səmədov deyib ki, apreldə aparılan qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb: “Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında, Şuşa-Xankəndi və Şuşa-Laçın yolunun birləşməsində aşkar edilmişdi. Bu qalıqların ən azı 5 nəfərə aid olduğu ehtimal edilir. Yol tikintisi aparıldığı üçün qalıqlar oradan götürülüb. Əsgəran-Xocalı yolunun üstündə aşkarlanan bu məzarlıqda ən azı 7 itkin şəhidə aid meyit qalıqları aşkarlanıb. Mütəxəssislərin rəyinə görə, qalıqlar mülki şəxslərə aiddir. Onlar qeyri-ənənəvi yolla dəfn olunublar”.

Bu faktlarla bağlı Azərbaycan beynəlxalq səviyyədə hansı işi görə bilər? Ermənistanın sülh və insanlıq əleyhinə olan bu cinayətlərinin dünya ictimaiyyətinə təqdim olunması üçün nə kimi addımlar atılmalıdır?

Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini, professor Elxan Mirzəyev “Yeni Müsavat”a bildirdi ki, ermənilərin törətdiyi bu cinayətlərin sübut olunmasına baxmayaraq, beynəlxalq təsisatlar görməzdən gəlirlər. Onun sözlərinə görə, Bakıda məhkəməsi gedən hərbi caniləri “siyasi məhbus” adlandıran bəzi Avropa təsisatları vicdan hissini o qədər itiriblər ki, Qarabağda aşkarlanan kütləvi məzarlıqlarla bağlı heç bir qətnamə qəbul etmirlər.

Professorun fikrincə, beynəlxalq təşkilatların ədalətsiz mövqeyinə baxmadan yenə də öz haqlı tələblərimizi səsləndirməliyik: “Hətta Araik, Arkadi kimi məhkəməsi gedən xunta rejiminin keçmiş liderləri deyirlər ki, Xocalıda baş verənlər insanlıqdan kənardır. Bununla öz günahlarını yuyacaqlarını güman edirlər, amma yanılırlar. Məsələ budur ki, soyqırımı faktını bu canilər də etiraf edirlərsə, Avropa təsisatları, bəzi avropalı siyasətçilər bu qatillərə necə “siyasi girov” deyə bilir? Deməli, ortada Qərb dəyərlərinin deqradasiyasını görə bilirik”.

VHP sədrinin müavini qeyd etdi ki, Xocalıda, Şuşada və digər azad edilən ərazilərdə aşkarlanan kütləvi məzarlıqlarla bağlı diasporumuz, səfirliklərimiz, beynəlxalq mediaya çıxışı olan fəallarımız iş aparmalıdırlar. E.Mirzəyev erməni təbliğatının qarşısına real sübutlarla çıxmağı az sayır, onun fikrincə, dünyaya bu sübutlar nümayiş etdirilməlidir: “Əfsuslar olsun ki, erməni təəssübkeşliyi, xristianlıq amili burada rol oynayır. Eyni zamanda erməni lobbisi avropalı siyasətçiləri pulla ələ ala bilir. Amma biz əl-qolumuzu sallamalı deyilik. Hazırda hibrid bir müharibə getdiyi üçün informasiya və diplomatiya cəbhələrində aktiv fəaliyyət göstərməliyik. Bundan başqa, ölkənin iqtidar-müxalifət qüvvələri, QHT-lər, bütün fəal insanlarımız da birgə addımlar atmalıdırlar. Çünki ermənilər dünyaya car çəkir, saxta məlumatları sırıyır, biz isə bu faciələri, insanlıq əleyhinə olan addımları lazımi səviyyədə təqdim edə bilmirik. Həmçinin Ermənistan qarşısında təzminat məsələsi qaldırılmalıdır. Doğrudur, tərəflər beynəlxalq səviyyədə iddia qaldırmamaq barədə razılığa gəliblər. Ancaq qətlə yetirilən həmin insanların yaxınları fərdi qaydada Avropa Məhkəməsinə, Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edə bilər. Onlar zərərçəkmiş kimi Ermənistan dövləti qarşısında tələblər irəli sürə bilər. Ermənistan sülh və insanlıq əleyhinə əməllərinə görə cəzalanmalıdır”.

Hazırladı: Emil SALAMOĞLU

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bakı-Moskva əlaqələrində U dönüşü – nə baş verir?..

Next

Məleykə Abbaszadəyə gedən 10 mindən çox şikayət – səbəblər

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv