Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Alimləri pulla Avropaya yığırlar- Azərbaycandan kimlər…

By Vüsal Rafiqoğlu
07.05.2025 3 Min Read

Professor deyir ki, çox da güclü olmayan alimlər belə qısa müddətdə Avropada inkişaf edə bilər; “Alimləri bir şərtlə göndərmək olar, qayıdıb ölkəmizin inkişafına töhfə versinlər”

Avropa Komissiyası (AK) bütün dünyadan alimlərin Avropaya cəlb olunmasını təşviq edən proqramlara dəstək məqsədilə 500 milyon avro ayıracaq.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Sorbonna Universitetində “Avropanı seç” proqramını təqdim edərkən bildirib.

“Biz hər zaman çalışacağıq ki, alimlər öz seçimlərini Avropadan yana etsinlər”, – deyə o vurğulayıb. “Məmnuniyyətlə bildirirəm ki, Avropa Komissiyası 2025-2027-ci illər üçün 500 milyon avroluq bir paket ayırır. Məqsəd yeni alimləri Avropaya cəlb etməkdir”.

O, həmçinin qeyd edib ki, Aİ ölkələri 2030-cu ilə qədər elmi-tədqiqat və inkişaf sahəsinə ÜDM-in 3 faizinə qədər sərmayə yatırmaq səviyyəsinə çatmalıdır.

Alimləri pulla Avropaya yığırlar, bəs bizimkilərə Avropada ehtiyac varmı?

Qeyd edək ki, ABŞ, Çin, Kanada və digər inkişaf etmiş ölkələr də istedadlı alimləri cəlb etməyə çalışır. Avropa geri qalmaq istəmir və elm, texnologiya, innovasiya sahəsində qabaqcıl mövqeyini qorumaq istəyir. Alimlərin apardığı tədqiqatlar texnologiyaların inkişafına, sənayenin modernləşməsinə və nəticədə iqtisadi artıma səbəb olur. Yəni elmə yatırılan pul gələcəkdə daha böyük iqtisadi qazanc kimi qayıdır. Avropada doğum səviyyəsi aşağıdır və əhali yaşlanır. Gənc və enerjili beynəlxalq alimlər cəmiyyətin və universitetlərin yenilənməsi üçün vacibdir. O da qeyd edilir ki, elm azad düşüncəni, əməkdaşlığı və insan hüquqlarını təşviq edir. Alimlər vasitəsilə bu dəyərləri dünyaya yaymaq Avropanın ideoloji məqsədidir.

Zahid Məmmədov (iqtisadçı) — Vikipediya

 Zahid Məmmədov

İqtisad elmləri doktoru, professor Zahid Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Avropa ilə Amerika arasında müqayisə aparsaq, Amerikada aparılan tədqiqatlar kitabxana üçün, Avropada aparılan tədqiqatlar isə adətən sənaye üçün nəzərdə tutulur. 60-cı illərdən sonra tədqiqatların sənayedə istifadəsi ilə bağlı Amerika önə çıxdı. Hazırda isə əksinədir – Amerikada aparılan tədqiqat işləri daha çox kitabxana üçün düşünülür, Avropada aparılan tədqiqat işləri isə sənaye üçün nəzərdə tutulur. Əlbəttə, Avropanın alimlərin cəlb edilməsi ilə bağlı belə bir qərar verməsi təsadüfi deyil – onlar bilirlər ki, cəmiyyətin rifahı və gələcək inkişafı elmdən asılıdır. Hansı ölkə elmə sahib çıxırsa, qüdrətli ölkəyə çevrilir.

Əvvəllər ölkənin iqtisadi gücü yalnız təbii resurslarla ölçülürdü. Lakin artıq bu anlayış keçmişdə qaldı. Biz bunun şahidiyik: heç bir təbii resursa sahib olmayan Cənubi Koreya bir vaxtlar yoxsulluq içində olsa da, 90-cı illərdən sonra dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildi. Azərbaycan da elmə yönəlik strateji plan hazırlamalıdır. Hesablama Palatası araşdırmalıdır ki, xaricə göndərilən alimlərin neçə faizi orada qalır. Biz soruşmalıyıq: xaricdə qalan azərbaycanlı alimlərin ölkəmizin inkişafına hansı töhfələri var?

Məsələn, türkiyəli alim Əziz Sancar Amerikaya gedib, oradan da Türkiyəyə geri dönüb. O, Türkiyəyə və Özbəkistana səfərlər edir, türk gəncləri toplayıb aparır. Bu, çox vacib məsələdir: gedib öyrənmək və həmin bilikləri ölkədə tətbiq etmək. Çin niyə qalib gəldi? Çünki çinlilər başqa ölkələrdə öyrəndiklərini gəlib öz ölkələrinin inkişafına yönəltdilər. Çinin iqtisadiyyatının güclənməsinin əsas səbəblərindən biri də budur.

Mühit istənilən adamı yetişdirir. Məsələn, tanıdıqlarımız var ki, Avropa mühitində, Leninqradda, Moskvada çox da güclü olmayan alimlər qısa müddətdə inkişaf ediblər. Çünki mühit onları inkişaf etdirir – dövlət onları məişət problemlərindən azad edir. Elm və məişət problemi bir-biri ilə tərs mütənasibdir. Universitetin qarşısında bağça, məktəb – yəni alimi narahat edən bütün sosial infrastruktur həll olunub. Alimin inkişaf etməsi üçün mühit 70 faiz rol oynayır. Necə ola bilər ki, pakistanlı Pakistanda yox, gedib İngiltərədə qısa müddətdə aparıcı universitetin rektoru olur?

Düşünün, Əziz Sancar deyir ki, Amerikaya getməsəydi, Nobel mükafatı ala bilməzdi. Bizim ən böyük problemimiz budur ki, xaricdə olanlarla fəxr edirik, amma özümüzlə fəxr etmirik. Fəxr isə ölkənin iqtisadiyyatı və inkişafı üçün düşünməkdir. Maliyyə resursları elmi tədqiqatların əsasını təşkil etməlidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Metro “Ağ şəhər”ə və NZS-ə gəlir

Next

Qayıdış torpaqlara yeni nəfəs verib

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv