Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Vyetnam liderinin Bakı səfəri – Hanoy bizə nə verəcək?

By Vüsal Rafiqoğlu
07.05.2025 4 Min Read

Təkcə qarşılıqlı siyasi əlaqələrdən deyil, iqtisadi baxımdan hər iki ölkənin bir-birinin təcrübəsindən yararlanacağı bir çox sahə var

Vyetnamın hakim partiyasının rəhbəri Azərbaycana səfər edəcək. Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam 5-12 may tarixlərində Qazaxıstan, Azərbaycan, Belarus və Rusiyada rəsmi səfərdə olacaq. O, eyni zamanda İkinci Dünya müharibəsində qələbənin 80 illiyi münasibətilə Moskvada baş tutacaq paradda iştirak edəcək.

Azərbaycanla Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlər 23 sentyabr 1992-ci ildə qurulub. Son illər ərzində iki ölkə arasında çoxşaxəli əməkdaşlıq qurulub.

Vyetnam Kommunist Partiyası və Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq da genişləndirilməkdədir. Son illər ərzində Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq yüksək səviyyədədir. Hər iki tərəfdən yüksək səviyyəli rəsmi şəxslərin qarşılıqlı səfərləri mütəmadi olaraq həyata keçirilir. Eyni zamanda Vyetnamla beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan konstruktiv əməkdaşlığımızı xüsusi qeyd etmək lazımdır.

Azərbaycan Vyetnamla münasibətlərdə irəliləyişin olacağını və tezliklə Bakıda səfirliyinin açılmasını gözləyir. “Report”un xəbərinə görə, bunu Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə baş katib To Lamın Azərbaycana dövlət səfərindən əvvəl “The Gioi and Vietnam” qəzetinə müsahibəsində deyib.

Diplomat qeyd edib ki, bu, Vyetnam Kommunist Partiyasının rəhbərinin iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra Azərbaycana ilk səfəri, eləcə də baş katib To Lam vəzifəyə başladıqdan sonra ölkəyə ilk səfəridir. “Baş katib To Lamın Azərbaycana dövlət səfəri zamanı iki ölkə arasında müzakirələr və ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün açıq gündəm olacaq. Biz Vyetnam-Azərbaycan münasibətlərinin Bakıda iki ölkənin ali liderlərinin tarixi görüşü sayəsində irəliləyiş əldə edəcəyini gözləyirik”, – deyə ölkəmizin Vyetnamdakı səfiri Şövqü Mehdizadə bildirib.

O qeyd edib ki, bu səfərdən sonra iki ölkə arasında turizm, təhsil, informasiya texnologiyaları, nəqliyyat, istehsalat, əməkdaşlıq layihələri, kənd təsərrüfatı və ətraf mühit kimi bir çox sahələrdə əməkdaşlığı gücləndirmək üçün qərarlar qəbul ediləcək.

“Mən xüsusilə ümid edirəm ki, gələcəkdə iki ölkə arasında birbaşa aviareys açılacaq ki, bu da iki ölkə arasında səyahətə artan tələbatı ödəyəcək. Biz həmçinin Vyetnamın da tezliklə Bakıda səfirliyini açacağını gözləyirik”, – Mehdizadə bildirib.

Vyetnamla əlaqələrin genişlənməsi Azərbaycana hansı faydaları verə bilər?

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

 Elşən Mustafayev

AMİP liderinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev “Yeni Müsavat”a açıqlamasında Vyetnamın öz coğrafiyasında vacib ölkələrdən biri olduğunu qeyd etdi: “Vyetnam deyəndə ilk baxışda yerləşdiyi coğrafiyada sıradan bir dövlət kimi qəbul oluna bilər. Xüsusilə orta və yaşlı nəsil üçün Vyetnam 60-cı illər, 70-ci illərin əvvəlləri ABŞ-la apardığı müharibəyə həsr olunmuş filmlərlə və 1990-cı illərə qədər Azərbaycan ali məktəblərində təhsil almış minlərlə vyetnamlı tələbələrlə yadda qalıb. Son 30 ildə ciddi siyasi-iqtisadi proseslərdə adı hallanmasa da, ölkənin idarəetməsi hələ də Kommunist Partiyasının nəzarətində olsa da, Vyetnam Asiya qitəsində, öz coğrafiyasında yerləşən vacib ölkələrdən biri kimi qiymətləndirilməlidir. Hazırda Çin, İndoneziya başda olmaqla Asiya qitəsində bir çox dövlətlər ciddi iqtisadi yüksəlişə sahibdir və yaxın gələcək üçün böyük dünya dövlətləri bu qitə ilə ya dostluğa, əməkdaşlığa üstünlük verəcəklər, ya da düşmən olmaq məcburiyyətində qalacaqlar. İsti və sərfəli münasibətlər daha vacib olduğundan o coğrafiyada Vyetnam həm də çəkisi olan dövlət kimi qəbul olunmalıdır. Azərbaycanla diplomatik münasibətlərin yeni mərhələyə keçməsi perspektivini gələcəyə qoyulmuş yatırım kimi də dəyərləndirmək olar. Yeri gəlmişkən, hazırda Vyetnam dövlətinin iqtisadi-siyasi həyatında vaxtilə Azərbaycanda təhsil almış, bizləri yaxşı tanıyan çoxlu sayda insanlar var”.

Hansı sosial şəbəkəni açırsan qazi iş istəyir” – İqtisadçı » Mehdiyevin  BLOQU Azia.az

Günay Hüseynova

İqtisadçı ekspert Günay Hüseynova Vyetnamla əlaqələrin Azərbaycan üçün xüsusi əhəmiyyətindən söz açdı: “Bir çox ölkələr ilə iqtisadi, siyasi və ticari əlaqələrimiz olduğu kimi, Vyetnamla da əməkdaşlıq edirik. Vyetnamla iqtisadi əlaqələrin başlanğıcı ölkəmizin Birləşmiş Millətlər Təşkilatına üzvlüyündən sonra oldu. Müəyyən səbəblərdən iqtisadi əlaqələrimiz məhdud səviyyədə olsa da, son zamanlarda enerji sektoru, bununla yanaşı, Azərbaycan üzərindən Avropaya çıxış və digər iqtisadi maraqlar ticarət əlaqələri genişləndirib. Ölkəmizdən Vyetnama neft və neft məhsulları, xüsusilə də xam neft ixrac olunur, Vyetnamdan isə əsasən qida məhsulları, xüsusilə çay, elektronika məhsulları idxal olunur. Onu da qeyd edim ki, bu ölkə ilə ticarətimiz müsbət ticarət saldosundadır. Vyetnamın ölkəmizdə səfirliyinin açılması, vizasız rejim, birbaşa aviareysin açılması hər iki ölkə üçün iqtisadi maraq təşkil edir. Yaşıl iqtisadiyyata keçid, son dövrlərdə ölkəmizin Avropanı enerji ilə təminatı, tranzit ölkə kimi Avropaya çıxışı xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə, bizim üçün də iqtisadi maraq təşkil edir. Turizmin inkişafı baxımından Vyetnam vətəndaşlarının ölkəmizə səfəri, investorların cəlb olunması, ticarət əlaqələrimizi daha da genişləndirərək daha çox çeşid məhsul ixracatı kimi mühüm nəticələr əldə olunmasına səbəb olub. Onu da qeyd edim ki, 2024-cü ilin statistik göstəricilərinə əsasən Vyetnama 78 milyon dollar həcmində məhsul ixrac etmişik.

İqtisadi baxımdan hər iki ölkənin bir-birinin təcrübəsindən yararlanacağı bir çox sahə var. Onlar neft sektoruna daha çox maraq göstərir, bizdə isə Vyetnam təcrübəsindən yararlanıb elektronika, avadanlıq istehsal etmək daha faydalı olar deyə düşünürəm. İnkişaf etməkdə olan ölkələrin əksəriyyəti elektronika istehsal edir, həm daxili tələbatı ödəyir, həm də brend olaraq xarici bazara çıxır. Bununla yanaşı, bu sahə gəlirli hesab olunur. Əvvəllər ölkələr bir-birinə daha çox k/t məhsulları, qida, tekstil məhsulları ixrac edirdisə, indi innovativ, elektronik məhsulları ixrac olunur. Vyetnamla əlaqələr bu baxımdan xüsusi əhəmiyyət kəsb edir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava davam edib, Kəlbəcərə dolu düşüb

Next

Şahdağa qar yağıb

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv