Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Berlin tunelindən hospitala, oradan isə… Qatarda qalan məhəbbət – MÜSAHİBƏ

By Vüsal Rafiqoğlu
08.05.2025 4 Min Read

İkinci Dünya müharibəsində Hitler Almaniyasına qarşı vuruşan 640 mindən çox Azərbaycan övladı qəhrəmanlıq dastanı yazdı. Onların təxminən yarısı döyüş meydanlarında canını fəda etdi. Bu böyük şücaət və fədakarlığın qarşılığında 130-a yaxın azərbaycanlıya Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi. Həmçinin, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olundu.

Azərbaycan torpağında qurulan diviziyalar düşmənə qarşı Qafqazdan Berlinədək uzanan şərəfli bir döyüş yolu keçdi. Yüzlərlə igid həmyerlimiz isə partizan dəstələrinin tərkibində azadlıq uğrunda vuruşaraq düşmənə ağır zərbələr endirdi.

Xüsusilə, Azərbaycan çağırışçı və könüllülərindən təşkil olunan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar ön cəbhələrdə misilsiz igidlik göstərdi. Bu diviziyalar yalnız hərbi qüdrətləri ilə deyil, həm də döyüş ruhları ilə seçildilər. Onların göstərdiyi şücaət tarixə qızıl hərflərlə həkk olundu və azərbaycanlı əsgərlərin igidliyi əbədi olaraq yaddaşlara qazındı.

Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçılarından hazırda 21 nəfər yaşayır. Onlardan arasında ən qocamanı 107 yaşındadır.

“Bombalar partlar, toplar guruldar, haydı əsgərlər, haydı irəli, marş irəli. Qafqaz Ordusu heç dönməz geri. Haydı əsgərlər, Şərqə keçəlim, Şərqin elini azad edəlim”.

Alman faşizmi üzərində qələbədən 80 il ötür.

99 yaşlı Ağababa İsgəndərov 18 yaşında qatıldığı müharibənin şüarını bu gün də xatırlayır. Hələ zarafatla deyir ki, doğum gününü dəyişdirib, Berlində ölümün caynağından xilas edildiyi günə salıb.

BERLİN SON.jpeg (84 KB)

Ağababa kişi 1926-cı ildə Göyçə mahalının Basarkeçər rayonunun Dağ kəndində olub. 1944-cü ildə müharibəyə aparılıb. O, 416-cı Taqanroq diviziyasında artilleriya bölüyündə xidmət edib. Deyir ki, bu diviziyanı Mircəfər Bağırov yaratmışdı.

– O, Stalinə Azərbaycan xalqının rus dilini bilmədiyini deyib. Buna görə də Stalin bu diviziyanın yaradılmasına icazə vermişdi. Bakının nefti, yağı, benzini olmasaydı, qələbə ola bilməzdi.
Döyüşün fraqmentləri gözümün önündədir. Almaniyada yeraltı tunel var idi, orada döyüşən xeyli sovet əsgəri həyatını itirdi. Güllə göydən yağış kimi tökülürdü. Həmin günləri danışmaq asan, yaşamaq isə çətin idi. Allah bir daha göstərməsin.

Berlin şəhərinə çatmağa az qalmışdıq. Elə həmin tuneldə bir azərbaycanlıya faşistlər atəş açdılar, bağırsaqları çölə töküldü. Meyiti elə öldüyü yerdə qaldı. Basdırmağa vaxt yox idi. Ən dəhşətlisi isə Dunay çayını keçəndə yaşanmışdı. Döyüşçülərin çoxusu üzməyi bilmədiyi üçün elə suda boğuldu. Mən də boğulurdum, xilas olmaq üçün rus komandirin ayağından yapışdım. Komandir məni rus dilində söydü ki, ayağını buraxım, dedim, ay buraxdım a, can şirin şeydir, hara buraxıram (gülür).

Ağababa kişi sən demə, qələbəyə 5 gün qalmış, mayın 2-də ayağından yaralanıb. Onu Almaniyada 134 nömrəli hospitala yerləşdiriblər:

– Xəstəxanada mənim ayağımı kəsmək istəyirdilər. Sağ olsun, öz həmyerlimiz, Bakıdan olan bir baş həkim məni xilas etdi, ayağımın kəsilməsinə icazə vermədi. Beləliklə, bir il altı ay hospitalda yatdım, müalicələrimi davam etdirdim. Orada mənə qulluq edən tibb bacısı ilə münasibətim yarandı. O, alman qızı idi. Bir-birimizi çox sevirdik. 1947-ci ilədək sevgi dolu münasibətimiz oldu. Onu hətta Azərbaycana gətirmək istəyirdim. Amma sərhəddə onu buraxmadılar, qatardan zorla düşürüb geri qaytardılar. Bizi ayıranda elə ağlayırdım ki…gözümdən yaş sel kimi axırdı. Hətta ona şeir də qoşmuşdum. İstəyirsinizsə, əzbərdən deyim:

Mən ağladım, sən də mənimlə ağladın

Bağrım başın çalın-çarpaz dağladın.

Mən Qafqaz balası, sən alman qızı.

İcazə versələr, qallam yanımda

Müsəlmanam, qeyrətim var qanımda,

Körpə balam da qalır yanında.

BERLİN YENİ.jpeg (90 KB)

Veteran Azərbaycana dönəndən sonra azərbaycanlı xanımla ailə qurub və 10 uşağı olub. Alman qızla məhəbbəti də elə şeirlərin bəndlərində qalıb, onlar bir daha nə görüşüblər, nə də məktublaşıblar.

– Müharibə cəhənnəmdir. Təsəvvür edin ki, ərzağımız qurtarırdı, jmıx yeyirdik. Aclıqdan torpağa da tamah salırdıq. Kazaklar kartofun qabığını yerdən yığıb yeyirdilər. Çox dəhşətli günlər idi. Bizim kənddən müharibəyə gedən 125 nəfər geri qayıtmadı. Sonradan məlum oldu əsir düşüblər və başqa ölkələrə keçiblər. Heç mənim də sağ qalacağıma ümidim yox idi.

Əsl dəhşət Berlin alınanda yaşanırdı. Elə bilərdin ki, qiyamət günü gəlib çatıb. Hər yeri tüstü, barıt qoxusu bürümüşdü. Alman əsgərləri də zəif deyildilər. Son günə kimi vuruşurdular. Hamı hər an öləcəyini düşünürdü. Mayın 9-u sağ qalan bütün sovet əsgərləri üçün doğum günü idi.

Sizə maraqlı bir məsələni də qeyd edim. Almanlar xəyanətkarları bağışlamırdılar. Bizim əsgərlər Berlinə girəndə küçələrdə asılmış almanların meyitlərini görürdülər. Sən demə, onlar SSRİ xüsusi xidmət orqanlarına işləyirmişlər. Buna görə də onları faşistlər cəzalandırıblar ki, digərlərinə də görk olsun.

AGABALA.jpeg (51 KB)

Almanların ermənilərdən və yəhudilərdən xoşları gəlmirdi. Hansı milətdən olduğumuzu soruşanda “Muhamməd” deyə cavab verirdik. Yəni müsəlman olduğumuzu bildirirdik.

Bir məqamı da qeyd edim ki, Ağababa kişi 2020-ci ilin noyabrın 8-də Şuşa erməni işğalından azad olunan gün əlində Azərbaycan bayrağını dalğalandıraraq xalq ilə birlikdə “Can Azərbaycan” oxuyub küçələri dolaşırdı.

AGABALA SON.jpeg (56 KB)

Onun bu görüntüləri sosial şəbəkələrdə geniş yayılmışdı. O bildirib ki, həmişə arzulayırmış ki, sovetin bayrağını Almaniyada sancdığı kimi Azərbaycan bayrağını da Xankəndidə, Şuşada dalğalandırsın.

AGABALA SUSA.jpeg (41 KB)

Şahanə Rəhimli
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“O siyahıda qərəz yoxdur, tam demokratik hazırlanıb” – “Şərəf” ordeni alan plastik cərrahla MÜSAHİBƏ

Next

Ali Rada təbii sərvətlər haqqında ABŞ-Ukrayna sazişini ratifikasiya edib

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv