Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Zəngəzurda “Azərbaycan atəş açır, kəndlər boşalır” təşvişi – Bakıdan reaksiya

By Vüsal Rafiqoğlu
15.05.2025 4 Min Read

Ermənistan şərti sərhədlər boyunca təxribatları davam etdirir; rəsmi İrəvanın odla oynaması ona baha başa gələ bilər; STM icraçı direktoru: “Biz dövlət və cəmiyyət olaraq istənilən təzyiqləri neytrallaşdırmağa qadirik”

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla müharibə olmayacağını bəyan etsə də, bu açıqlamadan az sonra düşmən ordu Çəmbərək rayonu istiqamətində mövqelərimizi intensiv şəkildə atəşə tutdu.

Elə yazı hazırlanarkən Azərbaycan Müdafiə Nazirliyi mayın 13-ü saat 20:45-dən saat 21:30-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus və Çəmbərək rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutduğu barədə növbəti xəbəri yaydı. Bundan əvvəl də eyni istiqamətdən təxribat törədilmişdi. MN bildirib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bir sıra hallarda yaşayış məntəqələrinin arxasından Azərbaycanın mövqelərini atşə tutan düşmən ordusu bununla cavab tədbirlərinin görülməsi halında mülki sakinlərə xətər yetirilməsinə və nəticədə Azərbaycanı ittiham etməkdən ötrü bəhanə əldə etməyə çalışır. Amma ordumuz və sərhədçilərimiz düşmənin təxribatlarının arxasındakı məkri bildiyi üçün zərgər dəqiqliyi ilə davranır. Ancaq bunun da bir həddi-hüdudu olmalıdır, çünki Azərbaycan yenidən qurduğu Qarabağa əhalinin köçürülməsini həyata keçirir ki, Ermənistanın təxribatları dinc insanların həyatına təhdid yaradır. Beləcə, Ermənistan şərti sərhədlər boyunca təxribatları davam etdirir. Rəsmi İrəvanın odla oynaması isə ona baha başa gələ bilər.

Bu təxribatlar azmış kimi, Ermənistan Müdafiə Nazirliyi atəşkəsin pozulmasında həyasızcasına Azərbaycanı ittiham edir. Həmçinin erməni media resursları, parlament üzvləri də analoji təbliğatı ictimai rəyə sırıyır ki, atəş açan Azərbaycan Ordusudur. Halbuki yalandır. Müdafiə Nazirliyi də açıqlayıb ki, Ermənistan dezinformasiya yayır, beynəlxalq ictimaiyyəti aldadır və Azərbaycan Ordusunun mülki məntəqələrə atəş açması haqda xəbərlər əsassızdır. Yeri gəlmişkən, bu yalan təbliğat maşınına qoşulanlardan biri də deputat Arman Yeqoyandır. O iddia edib ki, guya atəşkəsi Azərbaycan pozur, amma erməni xalqının “əsəbləri güclüdür və buna dözür”.

Yeqoyan tamamilə populist fikir səsləndirib. Sitat: “Gözləntilərim var, ümid edirəm ki, xalqımızın əsəbləri çox güclüdür və Azərbaycanın təxribatlarına boyun əyməyəcəklər. Çünki bu kadrlar həm də cəmiyyətimizdə ictimai asayişi pozmaq məqsədi daşıyır”. Erməni deputat mediaya çağırış edib: “Ümid edirəm ki, siz çaxnaşma salmaqla ictimai asayişin pozulmasına töhfə verməyəcəksiniz. Məsələn, “filan kənd boşaldılır”, “uşaqları məktəbdən aparırlar” yazırlar. Sonra məlum olur ki, söhbət hansısa şəxsi şəraitə görə başqa məktəbə köçürülən bir uşaqdan gedir”. Erməni jurnalist “azərbaycanlıların atəşi nəticəsində Sünik (Zəngəzur-E.P.) sərhəd kəndlərinin sakinlərinin evlərini tərk etməsini və ya uşaqlarını başqa məktəblərə köçürməsini istisna edirsinizmi” sualına deputat Yeqoyan cavabında deyib ki, sual düzgün deyil: “Sualınıza iki mümkün cavab gözləyirsiniz: bəli, mən onu istisna edirəm və yox, istisna etmirəm. Məndən soruşsanız, sabah dünyanın sonu olduğunu istisna edirsiniz? Mən hələ də bunu istisna edə bilmərəm. Amma o demək deyil ki, sabah dünyanın sonu olacaq”. Göründüyü kimi, deputatla media ağız-ağıza verib ictimai rəydə çaşqınlıq yaradırlar. Bununla demək istəyirlər ki, guya Azərbaycan Zəngəzurun kəndlərini atəşə tutur, amma camaat evlərini tərk etmək niyyətində deyil. Yəni həm təşviş, panika yaradılır, Azərbaycan barəsində yanlış fikir formalaşdırılır, həm də erməni camaatını qorxmamağa çağırırlar. Bununla da hibrid savaş aparan İrəvan beynəlxalq ictimaiyyətə təlqin edir ki, guya Azərbaycan aqressordur, mülki ermənilər isə “atəş altında” möhkəm dayanıblar. Bu açıqlamalarla Ermənistan Azərbaycana qarşı hansı təzyiq kampaniyasını işə salmağa çalışır? Zəngəzur istiqamətində hərbi eskalasiya mümkündürmü?

Sahib Məmmədov: Biznes qurumları QHT-ləri maliyyələşdirən qurumlar sırasına  qatılmalıdır

Sahib Məmmədov

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a açıqlamasında Ermənistan rəhbərliyinin riyakar mövqeyindən bəhs etdi: “Ermənistan baş naziri “müharibə olmayacaq” deyir, amma nə vaxtsa “müharibəni biz başlamadıq”, “atəşkəsi onlar pozdu”, “biz sadəcə cavab veririk” kimi fikirlər də bildirə bilər. Odur ki, belə bəyanatlar ola bilsin tərəflər arasında sülh prosesinin gedişatına qısamüddətli müsbət təsir edə bilər, amma heç bir halda biz bunu həqiqət kimi qəbul edə bilmərik. Bizə məlum olan budur ki, Azərbaycan müharibə istəmir və heç bir dövlətin beynəlxalq səviyyədə tanınan ərazilərinə idda etmir. Ermənistan barədə biz bunu deyə bilmərik, ən azı bu dövlətin ali qanununda bizə qarşı ərazi iddası təsbit olunub. Ermənistan kiçik bir dövlət olsa da, daxilində, o cümlədən hakimiyyət daxilində fərqli qüvvələr var və onların bir qismi Azərbaycanla münasibətlərin yaxşılaşmasında maraqlı deyil. Ola bilsin sərhəd insidentləri bilavasitə baş nazirin göstərişi ilə edilmir. Amma bu, baş verir və bu münasibətlərin pozulması üçün edilir. Ona görə də Ermənistan hakimiyyəti özündə güc tapıb vacib olan məsələllərin həlli istiqamətində səylərini artırmalıdır. Bu sərhəd xəttinin delimitasiya və demarkasiyasıdır ki, sərhədlər müəyyən olunsa, o zaman belə silahlı insidentlərin sayı azalacaq və sonradan, ümumiyyətlə, olmaya bilər”. STM-in icraçı direktoru bildirdi ki, digər məsələ kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəmir və avtomobil yolunun bərbası prosesi başlanmalıdır: “Heç olmasa ilkin və ya çərçivə sülh müqaviləsi bağlanmalıdır. Bunun üçün də konstitusiya islahatı zəruridir. Hələlik hər şey əksinədir. Ermənistan silahlanır, Avropanın müşahidə missiyası adalanan qrupu işini davam etdirir, Ermənistan daxilindəki qüvvələr isə münasibətlərin gərginləşməsi üçün əllərindən gələni edirlər. Azərbaycana qarşı təzyiq hazırda qətnamələr, Avropa dövlətlərinin parlamentləri, Avropa İttifaqı deputatları vasitəsilə davam edir. Bir də qlobal informasiya məkanında artmaqda olan anti-Azərbaycan ritorikası. Onu da qeyd edim ki, biz də fəallığımızı azaltmırıq”. S.Məmmədov qeyd etdi ki, bu yaxında iki dəfə BMT-nin iki fərqli qurumunun sessiyalarında iştirak edib: “Ermənistanla bağlı hesabatlar vermişdik. BMT-nin İşgəncələr Əleyhinə Komitəsi Ermənistana qarşı sərt tələblər irəli sürdü. Həmçinin BMT İnsan Hüquqları Şurasının Universal Dövrü İcmal Proseduru çərçivəsində Ermənistanın irqçi siyasəti tənqid olundu. Əlbəttə, bu, sadəcə, vətəndaş cəmiyyəti olaraq bizlərin fəaliyyətinin nəticəsi idi. Dövlət orqanları da müvafiq tədbirlər həyata keçirməkdədir və onun da nəticələri var. Beləliklə, təzyiqə qarşı əks-təzyiq mövcuddur və biz dövlət və cəmiyyət olaraq istənilən təzyiqi neytrallaşdırmağa qadirik”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qəbələdə cərimələnən sahibkar sabiq polis zabitinə hücum etdi

Next

Qazağın üç kəndinin qaytarılmasına hazırlıq…

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv