Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ukrayna üçün Azərbaycan “dərsi” – Beynəlxalq birlik daha yoxdur!

By Vüsal Rafiqoğlu
16.05.2025 2 Min Read

İstanbulda Ukrayna-Rusiya müzakirələri, nəhayət, start götürüb. Aydındır ki, bir günlük danışıqlarla möcüzə olası deyil. Xüsusən də ona görə ki, tərəflərin sülhlə bağlı gözləntiləri, sülhə baxışları bir-birinə diametral zidd olaraq qalır.

Məsələ ondadır ki, Moskva özünü 1945-ci ilin mayındakı qalib ədası ilə aparırsa və Ukraynaya aşağılayıcı nəzərlə baxırsa, – nümayəndə heyətinin bəsit tərkibi bunun daha bir sübutudur, – ən əsası, Kiyevdən faktiki kapitulyasiya tələb edirsə, hansı pozitiv yekuna ümid bəsləmək olar? Ümumiyyətlə, Kremlin siyasi leksikonunda görəsən “güzəşt”, “kompromis” anlayışları varmı, ona ədalətli sülh lazımmı?..

Ukraynalı jurnalist, publisist və analitik Vitali Portnikov hesab edir ki, Putinə sülh lazım deyil. Onun qənaətincə, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə məqsəd Ukrayna dövlətçiliyini məhv etmək və keçmiş Ukrayna SSR-i özünə birləşdirməkdir. “Putin üçün hər hansı sülh danışıqları maraqsızdır, ona görə ki, bu, onun məqsədlərindən yaındırır” – Minval.az-a müsahibəsində Portnikov vurğulayıb.

Ardınca o, əslində hamının yaxşı bildiyi və çoxunun etiraf edə bilmədiyi bir gerçəyə diqqət çəkib. Sitat: “Beynəlxalq birlik deyilən bir şey yox. Qərb ölkələri var ki, Rusiyaya qarşı təzyiq siyasəti aparır. Hansı təzyiqi ki, Trampın rəhbərliyi altında ABŞ xeyli zəiflədib. Bir də Rusiya ilə münasibətlərini davam etdirən, Kremlin işğalçı müharibəsinə əhəmiyyət verməyən Qlobal Cənub var”…

“Beynəlxalq birlik”, “beynəlxalq ictimaiyyət” deyilən amorf anlayışların mövcud olmadığını ən birinci elə Azərbaycan anlayıb. Bunu ilk sübut edən də bizik – erməni işğalı üzləşən ölkə.

44 günlük Vətən müharibəsi də ona görə qaçılmaza çevrildi ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) Qarabağa dair 4 məlum qətnaməsi (822, 853, 874, 884) yaddan çıxmış, ona səsə vermiş vasitəçi-həmsədr ölkələr (Rusiya, ABŞ, Fransa) belə, təcavüzkarın başını tumarlamağa, işğalı rəsmiləşdirməyə başlamışdılar. İndi Rusiyaya tətbiq elədikləri sanksiyaları təcavüzkar Ermənistana tətbiq eləmək əvəzinə!..

Yenə Ukraynanın arxasında 4 ildir ABŞ başda olmaqla, kollektiv Qərb durub. Azərbaycan isə tək-tənha idi. Heç qardaş Türkiyəyə də uzun illər Azərbaycana gərəkən hərbi köməyi göstərməyə imkan vermədilər. Üstəgəl, Türk-islam amili, “xristian təəssübkeşliyi”, qısası, “ikili”, “üçlü” standartlar.

Bu, azmış kimi ABŞ 1992-ci ildə işğalçı Ermənistanı qoyub Azərbaycana sanksiya tətbiq eləmişdi. “Azadlığı Müdafiə Akt”ına bədnam “907-ci düzəlişi”i deyirik. Qadağa hələ də qüvvədədir…

Sonra. Ukraynalı təhlilçiyə görə, bu və digər səbəbdən Rusiya-Ukrayna müharibəsi davam edəcək. “Mövcud vəziyyətdə Ukraynanın əsas vəzifəsi ABŞ-ın hərbi və maliyyə yardımını saxlamasına nail olmaq, Avropanın əsas vəzifəsi Ukraynaya kömək etmək, Rusiyanın əsas hədəfi isə uzunmüddətli müharibə ilə Ukraynanı taqətdən salmaq və nəticə etibarilə SSRİ-ni 1991-ci il sərhədində bərpa etmək olacaq – bütün keçmiş sovet respublikalarının dövlətçiliyinin ləğvi ilə”, – əlavə edib.

Təbii ki, ədalətsiz müharibədə həlledici söz Ukraynaya, onun xalqına məxsusdur. Xaricdən hər cür köməyə, yardıma rəğmən, istənilən halda “güc doğana düşər”. Rusiyanın neo-imperiya, “SSRİ-2” planları hər şeydən öncə Ukrayna xalqının fədakarlığı ilə Ukraynada pozula, “suya düşə” bilər – güclü iradə, güclü mübarizə əzmi, güclü ordu və hərbi-siyasi rəhbərlik ətrafında sıx birləşməklə. Yeri gəlsə, partizan hərəkatı ilə. Çünki aydındır ki, ağzında “şirə” qalan bir yırtıcı dövlət daha böyük iştahlara düşə bilər.

Qalır Bakının Ukraynaya qoyduğu qiymətli “miras”a Kiyevin sahib çıxması. Lazımi dərsi götürüb uğura imza atması. Slava Ukraini!..

Zahid SƏFƏROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əfvlə bağlı sonuncu iclas BAŞA ÇATDI

Next

Hamı bu VİDEOdan danışır: Məsciddə körpəyə parti keçirilib?

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv