Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

6 ildə 233 min nəfər – Sayımız 11 milyonu niyə keçə bilmir?

By Vüsal Rafiqoğlu
17.05.2025 3 Min Read

Son illərdə ölkədə doğum sayı ölüm səviyyəsini üstələmir – sosioloq səbəbləri göstərdi

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 8 min 253 nəfər və ya 0,1 faiz artaraq aprelin 1-i vəziyyətinə 10 milyon 233 min 142 nəfərə çatıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Cari ilin aprel ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23,0 faizi Bakı şəhərinin, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi Şəki-Zaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3,0 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb.

Qeyd edək ki, 2019-cu ilin aprelində əhalimiz 10 milyonu keçib. Göründüyü kimi, 6 ildə artım cəmi 233 mindir.

Qonşu ölkələrə gəlincə, 2025-ci ilin aprel ayındakı göstəricilərə görə, Türkiyənin əhalisi təxminən 87.6 milyon nəfər olub. Məsələn, 28 mart 2025 tarixinə olan məlumatlara görə, əhali sayı 87,630,158 nəfər idi. Bu artım, əsasən təbii artım (doğumların ölüm sayını üstələməsi) hesabına baş verir. 2025-ci ilin əvvəlindən təxminən 380,396 doğum və 208,061 ölüm qeydə alınıb. Bununla belə, Türkiyədə demoqrafik problemlər də müşahidə olunur. Prezident Rəcəb Tayyib Ərdoğan 2025-ci ilin aprel ayında bildirib ki, əhalinin artım tempi azalır və bu, ölkənin gələcəyi üçün ciddi təhlükə yaradır.

Cari ilin aprel ayına olan məlumatlara əsasən, Gürcüstanın əhalisi təxminən 3,806,800 nəfərdir. Əvvəlki rəsmi statistikaya görə, 2025-ci il yanvarın 1-də Gürcüstanın əhalisi 3,704,500 nəfər olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,900 nəfərlik artım deməkdir. Bu artım əsasən müsbət miqrasiya saldosu (14,386 nəfər) hesabına baş verib, çünki təbii artım mənfi olub (-4,488 nəfər). Əhali artımına baxmayaraq, uzunmüddətli proqnozlar Gürcüstanda əhali sayının azalacağını göstərir. Hökumətin 2025-2027-ci illər üçün iqtisadi islahatlar sənədinə əsasən, əhalinin sayının 2025-ci ildə 3,693,600 nəfərə, 2026-cı ildə 3,691,700 nəfərə, 2027-ci ildə isə 3,688,900 nəfərə düşəcəyi gözlənilir.

Ermənistanda isə bu ilin 1 aprel tarixinə olan rəsmi məlumatlara əsasən, əhali sayı 3,081,100 nəfərdir. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 41,400 nəfərlik artım deməkdir .

Bu artım əsasən müsbət miqrasiya saldosu və təhlükəsizlik səbəbi ilə ölkəyə qayıdan vətəndaşlar hesabına baş verib. Əvvəlki illərdə müşahidə olunan əhali azalması tendensiyası 2024-cü ildən etibarən dəyişib və 2025-ci ilin əvvəllərində əhali artımı qeydə alınıb.

Rusiyanın əhalisi isə aprel ayının göstəricilərinə əsasən, təxminən 144,1 milyon nəfər olub. 2025-ci ilin demoqrafik göstəricilərinə əsasən, illik artım tempi 0,608% hesablanıb. Əhali sayının azalması əsasən aşağı doğum səviyyəsi və yaşlanan əhali strukturu ilə əlaqələndirilir.

Məhbubə Mehdiyeva: 145 il öncəki əkinlər iki əsrdir bar verməkdədir -  AZƏRTAC

Məhbubə Mehdiyeva 

Sosioloq Məhbubə Mehdiyeva “Yeni Müsavat”a şərhində bildirdi ki, son illərdə ölkəmizdə doğum sayı ölüm səviyyəsini üstələmir: “Gənclər arasında evlilik yaşı yüksəlib və ailə quranların sayı azalıb. Bu da doğumların sayına təsir göstərir. Eyni zamanda, təhsil və digər məsələlərlə əlaqədar olaraq, müvəqqəti başqa ölkələrə köç edilir, bu da ümumi artımı ləngidə bilir. 11 milyonluq həddə çatmaq üçün doğumların, miqrasiya balansının və ömür uzunluğunun artması vacibdir. Əgər ildə orta hesabla, 30-40 min nəfərlik artım davam edərsə, bu templə təxminən 2030-cu ilə qədər 11 milyon həddinə çatmaq mümkündür.

Amma bu həm də gələcəkdə iqtisadi və sosial siyasətdən, gənclərin ailə qurmaq istəyindən və miqrasiya meyillərindən asılıdır. Hazırda dünya bazarında əmək bazarında işçi qüvvəsinin azalması, sosial təminat sistemində pensiya yükünün artması, məktəblərdə və uşaq bağçalarında şagird sayının azalması kimi təsirlər görünür. Perspektivdə bu iqtisadi inkişaf tempində daha yeni dalğalar görəcəyik. Ümumi elmi, texniki, tərəqqi də demoqrafik vəziyyətə təsir edir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əliyevlə Paşinyan bir arada – Avropadakı görüşün davamı harada olacaq?

Next

Alternativ enerji istehsalı yeni reallıqlar formalaşdırır

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv