Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Cibi də yandırır, evi də: Bu lampalardan istifadə edin ki…

By Vüsal Rafiqoğlu
17.05.2025 4 Min Read

Son illərdə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda ənənəvi közərmə lampalarının istifadəsinə məhdudiyyətlərin tətbiq edilməsi və onların tədricən bazardan çıxarılması gündəmdədir. Mütəxəssislər bildirirlər ki, közərmə lampaları cibi də yandırır, evi də…

Həm enerji sərfiyyatı, həm də ətraf mühitə vurduğu ziyanı nəzərə alaraq ölkəmizdə 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir. Bu, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, istehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarının 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarının isə 2026-cı il iyulun 1-dən satışı qadağan ediləcək.

 

 

30 milyon kubmetr qaza qənaət

Energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ictimai müzakirəsində bildirib ki, bir led lampasının istifadə müddətində 10-dan çox közərmə lampası xarab olur. Vətəndaş lampanın qiymətinə aldanır, amma uzunmüddətli hesablamada, əslində, xərclədiyindən daha çox ziyana getdiyinin fərqinə varır: “7 Vt-lıq bir led lampası altı manatdır, bir közərmə lampası isə 60 qəpikdir. Amma vətəndaş qısamüddətli hesablama ilə közərmə lampası alır. Hesablamalarımıza görə, bir ildə bir milyon lampanın satışa çıxarılmasından söhbət gedirsə, bu, 30 milyon kub metr qaza qənaət deməkdir”.

Dörd min manata qədər cərimə

Bu qadağanın əsas səbəbi közərmə lampalarının aşağı enerji effektivliyinə malik olması və nəticədə böyük enerji sərfiyyatına səbəb olmasıdır. LED və CFL lampaları ilə müqayisədə közərmə lampaları daha çox enerji istehlak edir və daha qısa ömürlüdür. Məsələn, 15 min saat işləmə müddəti olan bir LED lampa, min saatlıq ömrü olan 17 közərmə lampasını əvəz edə bilər ki, bu da xərcdə iki dəfə, elektrik enerjisi xərcində isə səkkiz dəfədən çox qənaət deməkdir.

Qanun layihəsinə əsasən, qadağaya əməl etməyən vəzifəli şəxslər və hüquqi şəxslər üçün müvafiq cərimələr nəzərdə tutulub. Belə ki, inzibati xətanın bilavasitə obyekti olan elektrik közərmə lampaları müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manata qədər, hüquqi şəxslər isə üç min manatdan dörd min manata qədər cərimə ediləcək.

 

 

“Lampa o qədər qızır ki…”

Elektrik mütəxəssisi Azad Qeybullayev deyir ki, közərmə lampaları işıqlandırma ilə yanaşı güclü şəkildə istilik yayır: “Hətta isti rayonlarda yay aylarında bəzi insanlar işığı söndürürdü ki, otaqda istilik az olsun. Közərmə lampaları elektrik enerjisinin təxminən 5%-ni işığa çevirir, qalan 95%-i isə istilik şəklində itirilir. Lampa o qədər qızır ki, hətta əl ilə açmaq mümkün olmur. Çünki közərmə lampaları 1300 C-dək qızır. Qızma enerji israfına gətirib çıxarır. Bununla yanaşı, həm patronu sıradan çıxarır, həm də çilçırağı”.

“Led lampalar çox işıq verir, az istilik yayır”

Mütəxəssis bildirir ki, bu lampalardan istifadə olunan evlərdə qısaqapanma riski həmişə güclü olur: “Közərmə lampaları yanğın baxımından da ciddi təhlükə yaradır. Ən böyük mənfi cəhətlərindən biri də tez sıradan çıxması və faydalı iş əmsalının aşağı olmasıdır. Düzdür, qiymət baxımından közərmə lampaları çox ucuzdur. Bir led lampanın qiymətinə üç közərmə lampası almaq olar. Amma sərfiyyat baxımından ucuz aldığını düşünən insan onun istifadəsinə dəfələrlə artıq pul ödəyir. Led lampalar isə özünü doğruldur. Led lampalar eyni miqdarda işıq vermək üçün 90% daha az enerji sərf edir və daha az istilik yayır”.

Mütəxəssis vurğulayır ki, LED lampaların ilkin qiyməti daha yüksək olsa da, onların uzunömürlü olması və az enerji sərf etməsi elektrik xərclərində əhəmiyyətli qənaətə səbəb olur: “Közərmə lampaları texnologiya baxımından artıq köhnəlmiş sayılır”.

 

 

Ətraf mühitin qorunması

Yuxarıda qeyd etdiyimiz kimi, közərmə lampalarının yüksək enerji sərfiyyatı, elektrik enerjisinin istehsalında istifadə olunan təbii resursların daha çox istismarına gətirib çıxarır. Bu isə karbon qazı emissiyalarının artmasına səbəb olur. Əvəzində LED lampalar daha ekoloji təmiz hesab olunur və bu keçid iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır. “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna edilən dəyişiklik layihəsində qeyd olunub ki, bir il ərzində istifadə olunan bir milyon közərmə lampaları 131.4 mln. kVt.st elektrik enerjisi istehlak edir və bu həcmdə enerjinin istehsalı üçün 33.23 min ton şərti yanacaq (29.1 mln. m3 təbii qaz) istehlak olunur. Bu isə nəticədə 63.6 min ton karbon emissiyası deməkdir. Həmin közərmə lampaları LED lampaları ilə əvəz olunduğu halda tələb olunan elektrik enerjisinin istehsalı, ona sərf edilən yanacaq və emissiyanın miqdarı 8.6 dəfə azalacaq.

Xarici təcrübə

Közərmə lampalarının mərhələli şəkildə ləğvini həyata keçirən ilk ölkə Avstraliya olub. Avropa İttifaqı 2009-cu ildən başlayaraq közərmə lampalarının mərhələli şəkildə ləğvinə başlayıb və 2012-ci ilə qədər bu proses tamamlanıb. ABŞ-də 2023-cü ilin avqust ayından etibarən yeni enerji səmərəliliyi standartlarına cavab verməyən közərmə lampalarının satışı qadağan edilib. Filippin 2008-ci ildə qəbul etdiyi qanunla 2011-ci ildən etibarən közərmə lampalarının istehsalı, idxalı və satışını qadağan edib. (“Kaspi” qəzeti)

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bunu yesəniz, dəriniz gözəlləşəcək, immunitetiniz güclənəcək

Next

Azərbaycanda bu gündən hava şəraiti dəyişəcək

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv