Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Bakı – Pekin əməkdaşlığının genişlənməsi: Avropa mühüm tərəfdaşını itirə bilər

By Vüsal Rafiqoğlu
19.05.2025 3 Min Read

Bərpa olunan enerji, yüksək texnologiyalar və investisiyalar Azərbaycan və Çinin yaxınlaşmasında əsas rol oynayır. Ötən ilin aprelində iki ölkə arasında bu sahələrlə bağlı bir sıra sazişlər imzalanıb. Tərəflər, xüsusilə, strateji tərəfdaşlıq qurmaq barədə razılığa gəliblər.

Bakının milli maraqlarına uyğun olaraq həyata keçirdiyi əməkdaşlığın genişləndirilməsi və diversifikasiyasının fəal siyasəti fonunda Avropada Azərbaycanın simasında etibarlı tərəfdaş üçün əhəmiyyətini itirmək qorxusu özünü büruzə verir.

İtaliyanın “Formiche” qəzeti analitik məqaləsində Bakı ilə Pekin arasında qarşılıqlı əlaqələrin əhəmiyyətli dərəcədə genişlənməsini qitələrin qovşağında yerləşən bu mühüm regionda Brüsselin rolunun zəifləməsi kontekstində araşdırıb.

Nəşr xatırladıb ki, iki ölkə arasında imzalanmış sazişlər Azərbaycanın Energetika Nazirliyi ilə Çinin transmilli “Universal” şirkəti arasında Qobustanda 2026-cı ildə istifadəyə verilməsi planlaşdırılan 100 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə qoyulan birgə sərmayələrdən tutmuş, “China Datang Overseas Investment” şirkətinin Boyukhor gölündə 100 MVt gücündə elektrik stansiyasının tikintisi ilə bağlı öhdəliyinə qədər geniş əməkdaşlığı əhatə edir, “PowerChina Resources” və “Socar Green” də 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılan 160 MVt-lıq günəş parkı yaradacaq.

“Ancaq daha iddialı layihələr də var, məsələn, Energetika Nazirliyi, “Socar Green”, “China Datang” və “PowerChina” arasında Xəzər dənizində 2 GVt gücündə nəhəng dəniz külək stansiyasının tikintisinə dair anlaşma memorandumu. Bundan əlavə, Çinin Elektroenergetika Planlaşdırma və Mühəndislik İnstitutu ilə 2028-ci ildən sonrakı dövrdə bərpa olunan mənbələrin Azərbaycanın milli şəbəkəsinə inteqrasiyasına dəstək məqsədilə əməkdaşlıq haqqında saziş imzalanıb. Bu sazişlər təkcə elektrik stansiyalarının tikintisi ilə məhdudlaşmır, həm də inteqrasiya olunmuş və qabaqcıl enerji infrastrukturunun yaradılmasına yönəlib ki, bu da təkcə daxili tələbatı ödəyə bilməz, həm də Azərbaycanı Avropaya yaşıl elektrik enerjisinin potensial ixracatçısı edə bilər”, – məqalədə qeyd olunur.

Qəzet Pekin və Bakı arasında bu sahədə əməkdaşlığın yeni olmadığını da vurğulayır: “Hələ ötən ilin noyabrında COP29 çərçivəsində iki ölkə bərpa olunan enerji istehsal güclərinin inkişafı və bu sektorla bağlı tədqiqat mərkəzlərinin yaradılması ilə bağlı bir sıra əməkdaşlıq sazişləri imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Pekinə səfəri açıq şəkildə nümayiş etdirir ki, Çinlə münasibətlər Bakı üçün təkcə iqtisadi deyil, həm də geosiyasi müstəvidə strateji əhəmiyyətə çevrilib (və əksinə), Azərbaycan Qazaxıstan və Özbəkistanla çoxtərəfli layihələr də daxil olmaqla, Avropa bazarlarına bərpa olunan elektrik enerjisi ixrac edə bilən yaşıl enerjinin regional mərkəzinə çevrilir.

Lakin bu ambisiyasını həyata keçirmək üçün o, maliyyə, tikinti və idarəetməni birləşdirən ucuz texnologiya və inteqrasiya olunmuş xidmət paketləri təklif edən Çinə müraciət etmək qərarına gəlib. Bu nüfuz neytral deyil: bu, Çin təchizatlarından, xidmətlərindən, texnoloji standartlardan və bacarıqlardan artan asılılıq deməkdir. Yüksək ixtisas tələb edən qurğuların, xüsusən dəniz və ya üzən qurğuların uzunmüddətli idarə olunması Çindən texniki dəstəyə ehtiyacı da artıracaq”.

Nəşrin analitikləri hesab edirlər ki, Azərbaycanın bu cəbhədə Çinlə çox sıx əlaqəsinin qarşısını almaq üçün Avropanın indi hərəkət etməsi vacibdir və bu kontekstdə Roma Bakının “çoxdankı həmsöhbəti” kimi (energetika da daxil olmaqla müxtəlif məsələlər üzrə) Avropanın bu ölkə ilə qarşılıqlı əlaqədə iqtisadi-diplomatik səylərinin “Çin orbitindən uzaqlaşdırılmasında” əsas rol oynaya bilər.

Şübhəsiz, sürətli təhlil göstərir ki, Çin ilə Azərbaycan arasında əməkdaşlığın genişlənməsi bütövlükdə Avropa üçün müəyyən risklər daşıyır. ÇXR-in Cənubi Qafqazda güclənməsi Aİ-nin təsirini zəiflədə, Rusiya və Çindən asılılığın azaldılmasına yönəlmiş öz enerji və infrastruktur layihələrinin həyata keçirilməsini çətinləşdirə bilər. Üstəlik, Çin investisiyalarının Azərbaycanın strateji sektorlarında cəmləşməsi Bakının indi Çin üçün əhəmiyyətini daha da vurğulayır.

Eyni zamanda, artan geosiyasi rəqabət fonunda mövcud vəziyyət Avropadan təkcə ekoloji deyil, həm də strateji cavab tələb edir: bu, təkcə Çinin bərpa olunan enerjiyə yatırımı deyil, həm də kritik bölgəyə strateji nüfuz etməsidir. Çin günəş və külək elektrik stansiyalarının tikintisi, infrastrukturun modernləşdirilməsi və nəqliyyat dəhlizlərinin genişləndirilməsi, o cümlədən Azərbaycandan keçən “Orta dəhliz” layihələrində fəal iştirak edir. Brüssel dərhal hərəkət etməlidir, əks halda ssenarinin inkişafı Cənubi Qafqazda əsas tərəfdaşın itirilməsi ilə doludur.

“Report”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Paşinyan Əliyevi niyə kofe içməyə dəvət etdi? – Tirana görüşünün pərdəarxası

Next

Qazinin hamilə yoldaşı ilə dünyasını dəyişdiyi hadisənin tükürpədici detalları: Fikirlərini dəyişiblər və…

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv