Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Bilgəh çimərliyini kimlər zəbt edib?

By Vüsal Rafiqoğlu
21.05.2025 4 Min Read

Azərbaycanda heç bir çimərlik “Mavi bayraq” deyilən beynəlxalq sertifikatı almayıb

“Bakıda şəhərin səs-küyündən, izdihamından, beton sədlərdən xilas ola biləcəyimiz daha bir yer yox olmaq üzrədir. Söhbət bir vaxtlar dəniz kənarında təmiz, geniş və həqiqətən məşhur yer olan Bilgəhdəki çimərlikdən gedir”. Bu barədə rusdilli Minval.az saytı yazıb. Bildirilir ki, çimərliyin ya bağlanmaq, ya da pullu xidmətə çevrilmək riski var. 

Bilgəh sakinlərinin dənizə hasarsız, ödənişli maneələr və tətbiq olunan xidmətlər olmadan çıxış əldə edə biləcəyi azsaylı kəndlərdən biridir. İnsanlar bura dəsmal və termosda çayla gəlirdilər. İndi çimərlik ərazisində bütöv bir boz infrastruktur fəaliyyət göstərir.

İnstagramda onlarla səhifədə 15 manata kirayə çadırlar təklif olunur – əksər hallarda masa, manqal, dəniz mənzərəsi vəd edilir. Bütün bunlar “təbiətdə mükəmməl həftə sonu” kimi reklam olunur.

Çimərlikdəki vəziyyət qonşu ölkələrlə müqayisədə xüsusilə ağrılıdır. Məsələn, Türkiyədə sahilyanı ərazilər ciddi şəkildə qorunur, yanğınlar qadağandır və bir kağız parçası atmaq külli miqdarda cərimə ilə nəticələnə bilər. Hətta Gürcüstanda  çimərliklərə  nəzarət edilir və tənzimlənir. Azərbaycanda isə hər şey əksinədir. Sakinlər deyirlər ki, indiyədək nə meriya, nə ekoloqlar vəziyyətlə maraqlanıb.

Yerli sakinlərdən biri Minvala.az-a deyib: “İnsanlar təmiz hava almağa gəlirlər. Ürək-damar və ağciyər sisteminin xroniki xəstəliklərindən əziyyət çəkən böyüklər də var. Qəlyan tüstüsü, bütün sahil boyu yerləşdirilmiş manqallar, yüksək səsli musiqi – bütün bunlar təkcə istirahətə mane olmur, həm də sağlamlığa zərərlidir. Belə  “istirahətdən” sonra antisanitar şərait qalır: çimərlik zibilliyə çevrilir. Ziyarətə gələnlər gətirdiklərini yığışdırmadan gedirlər, zibil qalır. Şüşə butulkalar, siqaret kötükləri və enerji içkisi qutuları xüsusilə təhlükəlidir – onlar uşaqları asanlıqla zədələyə bilər. Biz bütün il boyu burada yaşayırıq və bu yerin tamamilə məhv olmasını istəmirik”.

Sakinlər istisna etmirlər ki, bir gün çimərliyə giriş bağlanacaq və ya yerində “Ödənişli çimərlik” yazısı olan hasar ucalacaq.

Telman Zeynalov koronavirusu ekoloji silah kimi səciyyələndirdi

Telman Zeynalov 

Ekoloq alim Telman Zeynalov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, bu kimi hallara Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında monitorinq bölməsi nəzarət etməlidir: “Onlar yoxlamalar aparıb, bu barədə nazirliyə məlumat verməlidirlər. Nazirliklər də yoxlama əsasında qərar verməlidir. Ya o obyektlər bağlanmalı, ya da  yeni qurum yaradıb mütəmadi olaraq oraları təmizləməlidirlər. Orada obyekt işlədənlərin özlərini məcbur etməlidirlər ki, ərazini təmizləsinlər. Mənim fikrim odur ki, dəniz kənarındakı kafelər, restoranlar bağlansın. Azərbaycanı restorana, kafelərə, çayxanalara döndəriblər. Kafenin çirkab suyu dənizə axıdılır. Kim deyirsə ki, bunu etmir, yalan danışır, heç kim nəzarət etmir. Mən 2015-ci ildə ABŞ-a getmişdim. Okeanın qıraqlarında 30-40 mərtəbəli binalar və meşəliklər var idi, ətrafında bir kafe yox idi. Sahil boş idi, insanlar rahat uzanıb istirahət edirdilər. Bizdə isə hasara alıb hər yeri zəbt ediblər. Əvvəllər dənizə gedirdin nəfəs alırdın, indi isə natəmizlikdən, kafe əlindən nəfəs tutulur. Əgər biz sahildə təmiz təbiət görmək istəyiriksə, bütün kafelər, restoranlar çimərliklərdən aralıda yerləşdirilməlidir”.

qaynarinfo.az

Üzeyir Şəfiyev

Sosioloq Üzeyir Şəfiyev deyir ki, Azərbaycanda heç bir çimərlik “Mavi bayraq” deyilən beynəlxalq sertifikatı almayıb: “Bu sertifikat  Avropa və beynəlxalq təşkilatlar tərəfindən keyfiyyət və təhlükəsizlik məsələlərinə görə qiymətləndirilib. Burada su, ekoloji təhlükəsizlik, çimərlikdə insanların  təhlükəsizliyi və bütövlükdə çimərliyin əlçatan olması əsas götürülür. MDB ölkələri arasında ancaq Rusiyada 2 çimərlik  həmin sertifikatı alıb. Azərbaycanda isə çimərliklərdən heç biri bunu ala bilməyib. Çünki həmin meyarlara cavab vermir, çimərliklərdə təhlükəsizlik məsələləri tam həllini tapmayıb. Bir sıra çimərliklərə kanalizasiyalar axıdılır. Baxmayaraq ki, restoranlar ən azı 30 metr uzaqlıqda tikilməlidir, bir çox restoranlar lap yaxındadır və tullantılar birbaşa dənizə axıdılır”.

Azərbaycan dünyanın 3 nəhəng zəlzələ bölgəsindən biridir" - Ənvər Əliyev

Ənvər Əliyev

Ekoloq Ənvər Əliyev isə bildirib ki, qaydaya görə, kafelər, restoranlar dəniz sahilindən 130 metr kənarda tikilməlidir. Onun sözlərinə görə, çimərliklər ictimai istifadə üçün nəzərdə tutulan sahələr hesab edilir: “Bizdə qanun o qədər yumşaqdır ki, çimərlikdə kafe, restoran işlədənlər, ümumiyyətlə, ona baxmırlar. Çimərliklərdə fəaliyyət göstərən restoranların məişət tullantılarının hamısı dənizə axıdılır. Xəzər dənizinin Abşeron akvatoriyasını təmizləmək mümkün deyil.  Xəzər dənizinin suyunun duzluluğu, çimərliklərimizdə torpağın keyfiyyəti – hamısı sanitar-gigeynik normaya təbii şəkildə uyğundur. Bunları itirmək ölkə iqtisadiyyatına qəsd deməkdir. Çimərliklərdə yiyəsizlik, özbaşınalıq hökm sürür. İllərdir ki, deyirik, heç kim eşitmir. Xarici ölkələrdə olmuşam, su hövzəsini o qədər təmiz saxlayırlar ki, hətta çimdikləri gölün suyundan içirlər. Bizdə isə dənizi biznes obyektinə çeviriblər. Dərdimizi kimə deyək? Gedib Cibuti Respublikasından adam gətirək ki, qayda-qanun yaratsın?!”

Qeyd edək ki,  xarici ölkələrdə çimərliklərin qorunması ciddi qanunvericilik, nəzarət və ictimai məsuliyyətlə həyata keçirilir. Türkiyədə qanunvericilik “Sahil əraziləri xalqındır” prinsipi ilə qorunur. Çimərliklərin özəlləşdirilməsi qadağandır, yalnız xidmət obyektləri üçün icarə verilir. Manqal, tonqal yandırmaq, tullantı atmaq cərimə ilə nəticələnir (2024-cü ildə bu cərimə 3.000 TL-dən başlayır). Gürcüstanda bütün çimərliklər dövlətə məxsusdur, pulsuz və açıq qalmalıdır. Yerli icra hakimiyyətləri çimərliklərin təmizliyi və təhlükəsizliyinə cavabdehdir. Tullantıların idarəolunması və monitorinq sistemləri mövcuddur. Dövlət qanunvericiliyinə əsasən, dəniz sahilinə çıxış hüququ hamıya açıqdır. Ödənişli çimərlik sahələri olsa da, onların arasında ictimai keçid məcburidir. Qaydalara əməl olunmaması (zibil atmaq, səs-küy, alkoqollu içki istifadəsi) yüksək cərimələrlə nəticələnir (100-500 avro).

ABŞ-da çimərliklər dövlət və yerli bələdiyyələr tərəfindən idarə olunur. Qanunsuz çitləmə və kommersiya fəaliyyətinə qarşı sərt sanksiyalar mövcuddur. Xüsusilə Kaliforniya və Florida ştatlarında sahilyanı təmizliyə nəzarət edən polis və könüllülər fəaliyyət göstərir. Təhlükəsizlik, zibil təmizliyi və qaydalara əməl üçün gündəlik patrullar aparılır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İmtahanlar yaxınlaşır, bu elanlara aldanmayın…

Next

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv