Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Həbsdəki keçmiş icra başçısına “5-ci kolon” ittihamı

By Vüsal Rafiqoğlu
21.05.2025 4 Min Read

Rusiya zamanında qurduğu “yuva”ları indimi hərəkətə keçirir?

İmişli rayonunda keçirilmiş 9 may tədbirində SSRİ bayrağının qaldırılması və iştirakçıların sinəsinə Rusiya imperiyasının rəmzi olan “Georgi lenti”ni taxması ətrafında yeni versiyalar ortaya çıxıb.

Tədbirin təşkilatçısı – rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovu bu hadisədən sonra vəzifədən azad ediblər. Amma onun əvəzinə təyin edilən Vahid Tağıyev də kürsüsündə çox otura bilmədi. Bəlli oldu ki, Vahid Tağıyev də Sarıxanlı kəndindəki SSRİ bayrağının fonunda keçirilmiş məlum tədbirin təşkilatçılarından olub və  o da sinəsinə “Georgi lenti” taxıb.

Saleh Səmədov həmin hərəkətinə görə vəzifəsindən azad edildi — Video

Saleh Səmədov

Ağsaqqallar Şurasının üzvlərinin SSRİ rəmzlərinə, İosif Stalinin şəxsiyyətinə və bu gün Kremlin rəsmi ideologiyasında fəal şəkildə istifadə olunan rus təbliğatının elementlərinə rəğbətinin səbəbləri naməlum qalır. Haqqın.az yazır ki, vaxtilə Rusiyanın Azərbaycandakı keçmiş səfiri Vladimir Doroxin İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, sonradan korrupsiya və digər cinayətlərdə təqsirli bilinən Vilyam Hacıyevlə xüsusi münasibətdə olub. “Yada salaq ki, 2017-ci ildə Hacıyev II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunanda səfir Doroxin ona təbrik məktubu göndərmişdi. Bu isə görünməmiş hadisə idi, çünki bundan əvvəl heç bir xarici dövlətin Azərbaycandakı səlahiyyətli nümayəndəsi rayon administrasiyalarının rəhbərlərini təbrik etməyib. Rusiya Federasiyası səfirinin məktubu hətta İmişli RİH-in rəsmi internet saytında və bir sıra yerli KİV-lərdə dərc olunmuşdu.

2014-cü ildə həmin Vladimir Doroxin “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov (Bakıda bu yaxınlarda bağlanmış “Rus evi” ilə əlaqəlidir) və Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviçlə birlikdə İmişliyə səfər edib, Vilyam Hacıyevlə görüşüb. Regionun Rusiya və Belarus regionları ilə əlaqələrinin genişləndirilməsi məsələləri rəsmi müzakirə olunub.

Xatırladaq ki, bundan əvvəl Göygöl, Samux və İmişli rayonlarının icra hakimiyyətlərinə rəhbərlik etmiş Vilyam Hacıyev 2020-ci ilin aprelində Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən şəxsi kabinetində saxlanılıb və daha sonra 12 il müddətinə azadlıqdan məhrum edilib (sonradan bu müddət 3,5 il azaldılıb – red.) Hazırda Vilyam Hacıyev cəzasını çəkməkdə davam edir. İddiadan belə anlaşılır ki, İmişlidəki Ağsaqallar Şurası Rusiyanın “beşinci kolon”unun “yuvalarından” olub. Bakı-Moskva münasibətlərində indiki gərginlik fonunda isə həmin “yuva” fəaliyyətə keçib.

Rusiya zamanında V.Hacıyev kimiləri və səfiri vasitəsilə “5-ci kolon” yuvaları qurub və onları indi hərəkətə keçirir?

İndi o dövr deyil...” – Əli Orucov İsa Qəmbərin siyasətə dönüşündən danışdı  Yeni Sabah

 Əli Orucov 

Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü, siyasi ekspert Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, İmişlidə Rusiya şovinizminin rəmzi olan “Georgi lenti” taxaraq tədbir keçirilməsinə daha geniş aspektdən yanaşılmalıdır. Bu hadisələr rayon səviyyəsində məhdudlaşdırılan təxribat deyil: “Ola bilər, korrupsiya  cinayəti ilə cəzalandırılan sabiq  icra başçısının Rusiya ilə və yaxud həmin ölkənin məsul şəxsləri, nümayəndələri ilə sıx dostluğu, əlaqələri olsun. Bu tip əlaqələrin digər icra başçıları ilə olması da mümkündür. Ancaq  hesab edirəm ki, zaman-zaman ölkəboyu hücrələr yaradılıb və İmişlidəki sadəcə xəbərdarlıq siqnalı idi. Mən bildiyim qədər Saleh Səmədov özü həmişə təhlükəli oyunların içində olub və ona müxtəlif səviyyələrdə  himayədarlıq  göstərilib.  Bir zamanlar özünü “Boz Qurd”çu kimi də gözə soxmağa çalışıb və mərhum daxili işlər naziri İsgəndər Həmidovun partiyasında da görünüb. Onun dələduzluq əməllərinə görə Qafqazsayağı cəzalandırılması barədə də məlumatlar var. Öz maraqlarının təmin edilməsi üçün asanlıqla xarici dövlətlərin alətinə çevrilən bu kimi adamlar çox təhlükəli olurlar və belələrinin  tez üzə çıxarılıb ifşa olunmaları və zərərsizləşdirilmələri ölkənin təhlükəsizliyinin təminatı üçün də faydalıdır”.

Ə.Orucov dedi ki, Rusiyanın  Azərbaycandakı “5-ci kolon”unun nümayəndələri bütün dövlət və qeyri-dövlət strukturlarında, həyatın müxtəlif sahələrində mövcuddur və istənilən vaxt hərəkətə gətirilməsi ölkədə ciddi problemlər yarada bilər: “Onlardan bəziləri hətta həyasızcasına və açıq şəkildə rusiyapərəst təbliğat aparmaqdan, Rusiyanı müdafiə etməkdən belə çəkinmirlər. Cəmiyyət Ayaz Salayevin timsalında bunun bir nümunəsini gördü. Vilyam Hacıyev kiçik fiqurdur. Həm də artıq onun fəaliyyəti məhduddur. Daha böyük fiqurlar var ki, onlar hələ də təhlükəsiz şəraitdə fəaliyyətlərini və onlara verilən tapşırıqları rahat icra etməkdədir. Mən Rusiya ilə düşmənçilik aparılmasının, nifrətə və qəzəbə köklənməyin də tərəfdarı deyiləm. Rusiya ilə normal və dost münasibətlər qurulması Azərbaycan üçün də yaxşı haldır. Ancaq Rusiyanın maraqlarına xidmət göstərmək, onun imperiyapərəst və təcavüzkar ambisiyalarının gerçəkləşdirilməsinə dəstək vermək normal qarşılana bilməz. Bu, xəyanətə bərabər addımdır. Məlum olduğu kimi, Rusiya postsovet məkanında yerləşdirdiyi və hazırladığı “5-ci kolon”unu fəallaşdırmaq, habelə koordinasıyalı idarə etmək üçün ən yüksək səviyyədə hərəkətə başlayıb və Rusiya Prezident Administrasiyasının rəhbərliyi səviyyəsində cavabdehi də müəyyənləşdirilib. Demək, cəmiyyətin növbəti təxribatlarla üzləşəcəyi istisna olunmur. Ona görə də həm cəmiyyət, həm dövlətin yetkili qurumları, həm də fərd olaraq hər kəs ayıq-sayıqlığını itirməməlidir”.

Artıq Tehranda səfirliyimizin açılması gözlənilmir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə bildirdi ki, Rusiya daima Azərbaycanda öz “5-ci kolun”unun formalaşdırılması istiqamətində iş aparır: “Bu proses bu gün də var, sabah da olacaq. Çünki Rusiya yeni variantda SSRİ qurmaq planına malikdir və bu istiqamətdə ideoloji iş aparır. Azərbaycanda “Rus evi” bu istiqamətdə fəaliyyət göstərib. İstər hansısa icra başçıları, istərsə də digər vəzifəli şəxslər və müxtəlif sahələrin təmsilçiləri sırasında “5-ci kolon”a aid şəxslərin olması ehtimalı yüksəkdir. Həmi şəxslərin həm səfirlik, həm də “Rus evi” tərəfindən koordinə edildiyini söyləmək mümkündür. Ancaq “Rus evi”nin aqibəti, SSRİ bayrağı qaldıranların aqibəti onu deməyə əsas verir ki, belələrinin fəaliyyətə keçirilməsi ilə Azərbaycan dövlətinin sarsıda bilməzlər. Azərbaycan cəmiyyəti İmişlidəki məlum olayı pislədi və müstəqilliyimizə zidd olan addım kimi qəbul etdi. Bu da bir daha sübut etdi ki, Azərbaycan xalqı “SSRİ xülyası” ilə yaşayanların arxasınca getməz. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu gün milli maraqlara söykənən siyasət aparır. Xarici ölkələrin burada uzantılarını daima neytrallaşdırır. Rusiyanin həyata keçirmək istədiyi yeni SSRİ planı da Azərbaycanda alınmaz. Ukraynaya Rusiyanın hücumu da əslində yeni SSRİ qurmaq planının tərkib hissəsidir. Digər postsovet ölkələrində isə Rusiya yumşaq güclə – öz “5-ci kolon”u vasitəsilə işləyir”.

Ekspert düşünür ki, Ağsaqqallar Şurasında islahatlar aparılmalıdır. Belə görünür ki, Rusiyanın “5-ci kolon”u daha çox həmin təsisatdadır: “Şübhəsiz ki, onların təsir dairəsi ora ilə kifayətlənmir. Bu, təəssüf doğurur. Ancaq əminəm ki, dövlətimiz daha da gücləndikcə bu kimi şəbəkələr zəifləyəcək. Azərbaycan müstəqildir və öz azadlığı uğrunda mübarizə aparıb xalqının qanı, canı bahasına müstəqillik əldə edib. Biz torpaqlarımızı işğaldan azad etmək üçün şəhidlər vermədik ki, biriləri çıxıb bizə SSRİ-ni sırısın. Qarabağ məsələsini də SSRİ ömrünün son çağında Azərbaycana problem yaratmaq üçün yaratmışdı. Ona görə də “5-ci kolon”dakılara baş qalıdırmağa imkan verilməməlidir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Kəlbəcər ilk sakinlərini qarşılamağa hazırdır

Next

“Ağsaqqal”a məzar daşı qoyuldu – VİDEO

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv