Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycan Prezidenti Macarıstanda sülh naminə çalışan lider kimi təqdir olunur

By Vüsal Rafiqoğlu
22.05.2025 3 Min Read

Macarıstan Şərqə açılma siyasətini inkişaf etdirir və Avropa İttifaqı ilə türk dünyası arasında əlaqə rolunu gücləndirməyə çalışır

Prezident İlham Əliyevin Macarıstana səfəri bir daha iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqlədi. Azərbaycan və Macarıstan dost ölkə, strateji tərəfdaşdır. Keçirilən görüşlərdə də aydın oldu ki, bir çox məsələlər üzrə Bakı ilə Budapeştin mövqeyi üst-üstə düşür. İkitərəfli gündəlik də kifayət qədər genişdir. Energetika sahəsində uğurlu əməkdaşlıq mövcuddur. Macarıstan şirkətləri Azərbaycanın neft və qaz layihəsində pay sahibidir.

Bu fikirləri Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı barədə şərh verərkən bildirib.

NİGAR DEPUTAT.jpeg (105 KB)

Deputat vurğulayıb ki, liderlər gələn ilin əvvəlində imzalanacaq növbəti kontrakt ətrafında da fikir mübadiləsi apardılar:

“Tərəflər eyni zamanda yaşıl enerji üzrə əməkdaşlıq üzərində də fəal işləyir.

Macarıstanın baş naziri Viktor Orban öz növbəsində Azərbaycanı “dar günün dostu” adlandırdı. Bu da təsadüfi deyil. Cənab Orban bəyan etdi ki, “artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə – diplomatiyada, neft-qaz sənayesində və digər sahələrdə üzləşdiyi istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub”.

Qeyd etmək lazımdır ki, Macarıstan da bu dəstəyə cavab olaraq, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın maraqlarına zidd qərarlara qarşı çıxıb.
Cənab Prezident də öz növbəsində Viktor Orban haqqında müsbət fikirlər səsləndirdi. Macarıstanın timsalında Avropa İttifaqına daxil olan ölkənin öz milli maraqlarını qətiyyətlə qorumasını əsl qəhrəmanlıq adlandırdı”.

N.Məmmədova hesab edir ki, Macarıstan Avropa İttifaqı məkanında öz maraqlarını müdafiə edən, kənar qüvvələrin macar cəmiyyətinə dağıdıcı təsir cəhdlərini qətiyyətlə neytrallaşdırmağı bacarıb:

“Bu gün Macarıstanda milli dəyərlərin, ailə dəyərlərinin qorunması, neqativ təsirlərin qarşısının alınması Viktor Orbanın siyasəti sayəsində mümkündür. Viktor Orbanın prinsipiallığı, mövqeyindən geri çəkilməməsi, Aİ daxilində öz müstəqil siyasətini həyata keçirməsi nümunədir.

Yeri gəlmişkən, tarixdə ilk dəfədir ki, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısı Macarıstanda keçirildi. Macarıstan təşkilatın tamhüquqlu üzvü olmasa da, müşahidəçidir.

Viktor Orban bəyan etdi ki, rəsmi Budapeşt ev sahibi kimi beynəlxalq diplomatiyada vəziyyətin gündən-günə dəyişdiyi, təhlükələrin və çağırışların artdığı bir vaxtda dost ölkələrin bir araya gələrək beynəlxalq münasibətləri müzakirə etməsindən məmnundur. Hesab edirəm ki, Budapeşt zirvəsi TDT üçün vacib əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi və veriləcək vacib qərarlarla yadda qaldı.

Budapeşt görüşündə də əsas diqqət Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında ticarət, logistika marşrutlarının inkişafı və iqtisadi əlaqələrin gücləndirilməsi məsələlərinə yönəldi. Macarıstanın Türk Dövlətləri Təşkilatındakı rolu spesifik xarakter daşıyır. Bundan əlavə, məlumdur ki, Macarıstan təşkilata müşahidəçi statusu ilə olsa da qoşulan ilk və hələlik yeganə Aİ ölkəsidir.

Macarıstan Şərqə açılma siyasətini inkişaf etdirir və Avropa İttifaqı ilə türk dünyası arasında əlaqə rolunu gücləndirməyə çalışır. Ona görə də sammitin Macarıstan platformasında keçirilməsi bu ölkənin Mərkəzi Asiya ölkələri və digər türk dövlətləri ilə dialoqun dərinləşdirilməsində, qarşılıqlı fəaliyyət üçün strateji formatın yaradılmasında maraqlı olduğunu təsdiqləyir”.

Deputat qeyd edib ki, üzv dövlətlər bir daha regionda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə təhdid yaradan bütün faktorlarla mübarizədə birgə səyləri davam etdirməyə sadiqliklərini təsdiqlədilər.

“Yeri gəlmişkən, Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər Budapeşt bəyannaməsində də təqdir olunur. TDT üzv ölkələri region boyu yaşıl enerji dəhlizlərinin inkişafının vacibliyini qeyd ediblər”, – deyə deputat əlavə edib.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Polis Yasamalda ƏMƏLİYYAT KEÇİRDİ: Yaşayış binası mühasirəyə alındı – ŞOK GÖRÜNTÜLƏR

Next

Əmək miqrasiyasının ailə strukturlarına sosial təsiri – ARAŞDIRMA

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv