Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Abbas, Abdulla, bir də Ayxan…

By Vüsal Rafiqoğlu
23.05.2025 5 Min Read

Türkçü şair, ictimai-siyasi xadim, diplomat Abbas Abdullanın yubileyi haqda düşüncələr…

Mayın 22-də Rəşid Behbudov adına Mahnı Teatrında şair, ictimai-siyasi xadim Abbas Abdullanın 85 illiyi keçirildi.

Abbas Abdulla adını ilk dəfə 1988-ci ilin sentyabrın 1-də universitetdə elə ilk dərs günündə eşitdiyim dəqiqdir. Tanışlıq üçün “Mən Abbas Abdullanın oğluyam” deyən oğlana, acıqla “mən də Kəllə Sabirin oğlu” deməkdən özümü zorla saxlamışdım. Amma elə ilk gün bəlli oldu ki, auditoriyaya girən hər müəllim Abbas Abdullanı yaxşı tanıyır. Deyim ki, imtahanlarda Abbas Abdulla adının arxasında “gizlənmək” Ayxana heç gərək olmadı, tanıyanlar zatən qiymətin yazardı. Sonra biz də Abbas müəllimi tanımağa başladıq.

Şeirlə aramın olmaması Abbas Abdulla yaradıcılığını tənqid etmək üçün mənə hədsiz imkanlar verərdi, xüsusilə Abbas müəllimin rəhbərlik etdiyi “Ulduz” jurnalın hər dərcindən sonra Ayxan xeyli tənqid eşitməli olurdu, əlbəttə bunları ciddiyə almazdı. Axırda da yarışəhər, yarı Borçalı ləhcəsində “Ayə, sən nə bilirsən şeir nədir, sizinki muğamdır” deyərdi. Abbas Abdullanın adını xatırlamadığım şerinin bir misrasını isə universitet illərində tez-tez təkrar edərdim. Elə ki, səhər dərslərdə danlaq eşidərdim, Abbas müəllimin bu misrasını mızıldayardım: “Səhər sözü yaman oxşayır zəhər sözünə…”

***

Qrup yoldaşı, sonra ürək dostu olduğum Ayxanın aşırı türkçülüyü mənə ilk vaxtlar qəribə gələrdi, amma tezliklə aydın oldu ki, bu onun gözünü açdığı ailədən, tərbiyə aldığı Abbas Abdulladan gəlir. Türkçülük(elə irqçilik də) sonradan qazanılmış “xəstəlik” deyil, bu bir az təbliğat, bir az da genetik yaddaş məsələsidir.

Abbas Abdulla oğlu Acalov (Abbas Abdulla) 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçi kəndində anadan olub. Orta təhsili Bolus Kəpənəkçi, Arıxlı və Faxralı kəndlərində alıb.

Bir il doğma kəndində müəllimlik də edib. Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil alıb. “Ulduz” jurnalı redaksiyasında şöbə müdiri, xüsusi müxbir, baş redaktorun müavini və baş redaktoru (1987–1992), Türkiyədə Azərbaycanın Baş konsulu (1992–1997) olub.

Mən Kəpənəkçini Ayxandan çox dinlədim. Abbas Abdulla özü isə belə deyərdi: “Mən indi Gürcüstanda qalan Borçalıda doğuldum. Böyüklərim Türkiyə həsrətiylə yanıb –yaxılan insanlardı. Bu duyğularla böyüdüm. Türkiyə radiosunu daim dinlədim.
Zatən Borçalıda danışılan türkcə ilə Qarsdakı türkcə arasında heç bir fərq yoxdur”.

Abbas Abdullanın doğma mahalını və kəndini xatırladan o məşhur şeiri indi də aşıqların dillər əzbəridir.

Yenә bu il gedәmmәdim,
Özüm dağlara-dağlara.
Görәn gedib çatacaqmı,
Sözüm dağlara-dağlara…

***

Acalovları indiyədək Hacıbəyovlar daxil çox məşhur nəsillərə bağlayıblar. Aqil Abbas çıxışında “Abbas əmi” dediyi Abbas Abdulla haqda dedi ki, əslinə qalsa onların familiyası Hacıbəyovdu və Üzeyir bəylə eyni nəsildəndirlər. Sadəcə olaraq, Sovet hökuməti gələndə “bəyli”ni atıblar, qalıb “Hacı”, gürcülər də “Hacı” sözünü öz dillərinə uyğunlaşdırıb “Acal” yazıblar.

“Bir dəfə İstanbulda konsulluqda dərdləşirdik. Dedi ki, tarixin ironyasına bax. İbrahim xanın İstanbulda Osmanlı sultanının yanındakı nümayəndəsi Seyid Əli olub ki, Qacar 1797-ci ildə Şuşada cəmi altı nəfərin ölümünə fərman verib, onun biri də Seyid Əli olub. Özü də deyib ki, seyid olduğuna görə qanını tökməyin, boğun öldürün. Həmin Seyid Əli də Yusif Vəzir Çəmənzəminlinin ulu babası idi. 1918-ci ildə Azərbaycan Cümhuriyyəti qurulanda Yusif Vəzir də İstanbula Azərbaycanın səfiri göndərildi. Onun da taleyini bilirsən. İndi taleyə bax, mən də o nəsildənəm, Azərbaycan müstəqilliyini qazanıb və məni, həmin nəslin nümayəndəsini İstanbula konsul göndəriblər. Görən, mənim taleyim necə olacaq?”

Dəqiq bilinən həm də budur ki, Abbas Abdulla 1918-ci ildə Qars İslam Şurasının və sonradan qurulmuş Milli İslam Şurası Mərkəz-i Ümumiyyəsinin rəisi olmuş, daha sonra Borçalını erməni basqınlarından qorumaq üçün Borçalı Milli Şurasını yaratmış Emin Ağa Hacallının nəvəsidir.

***

Abbas Abdulla kommunist, sonra AXC və Müsavat Partiyasına üzv olub. Zalda onun siyasi fəaliyyətinə tanıqlıq edən dörd şəxs gördüm. Zəlimxan Məmmədli, Cəmil Həsənli, Fazil Qəzənfəroğlu və Nəsib Nəsiblini… Abbas Abdulla milli azadlıq hərəkatında fəal iştirak etmiş, AXC-nin qurucularından biri və Ağsaqqallar Şurasının üzvü olub. Müsavat Partiyasının da bərpa komissiyasının üzvü olmuş, Ali Məclis və Divan üzvü seçilib.

Vikipediyada Abbas Abdulla haqqında belə bir tanıtım cümləsi var: “Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini bitirib…”

Necə bir kommunist olması barədə Acalovların soyundan olan sabiq baş nazir, uzun illər diplomatik xidmətdə olmuş Həsən Həsənov çıxışımda dedi. Dedi ki, Mərkəzi Komitədən zəng edib Abbas Abdulladan gileylənirmişlər. Ki, hansısa məsələnin müzakirəsində gözlənilmədən ayağa durub “əşi, hamı bilir ki, biz türkük” deyirmiş. 20 Yanvarda kommunistlərin sırasını tərk edib. Haqqın yazılardan oxudum ki, çap etdiyi “Ulduz” jurnalına maddi kömək almaq məqsədilə Moskvaya getmiş, həmin vaxt döşündəki nişanda… Atatürk olubmuş. Tanıyanlardan biri “Atatürk nişanı ilə burada gəzməkmi olar” soruşmuş, “Narahat olma, onlar Leninə bənzətmişlər” demiş…

***

Məlumat üçün deyim ki, bir neçə gün əvvəl başına bombalar yağan Kiyevdə Ukrayna Xarici İşlər Nazirliyi yanında Gennadi Udovenko adına Diplomatik Akademiyada Abbas Abdullaya həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Çünki Abbas Abdulla Ukrayna ədəbiyyatının ən görkəmli tərcüməçisi və tədqiqatçısı olub. O, Draç, Kotlyarevski, Rılski, Şevçenko, Ukrainka, Şapoval və digər sənətkarların əsərlərini Ukrayna dilindən tərcümə edib. Bakıdakı Ukrayna səfirliyinin əməkdaşı da tədbirə gəlmişdi. Qısa çıxışında Abbas Abdullanın Ukrayna ədəbiyyatının tanınmasında xidmətlərini qeyd etdi. Türkiyədən gələn qonaq da(təəssüf ki, adını qeyd etməyi unutdum) Abbas Abdulla haqda çox xoş sözlər dedi, onun xidmətlərini türküçülüyün, ülküçülüyün fikir babaları ilə müqayisə etdi. Abbas Abdullanın böyük oğlu Abdullaya ödül də təqdim etdi.

***

Abbas Abdulla haqda səmimi, heç vaxt eşitmədiyim xatirələr, faktlar öyrəndim. Bəllidir ki, Elçibəy hakimiyyətinin çöküşündən sonra da Abbas Abdulla konsul kimi fəaliyyətini daha 4 il davam etdirdi. Uzun illər baş nazirin müavinin işləmiş İzzət Rüstəmov çıxışında dedi ki, mərhum prezident Heydər Əliyevin Abbas Abdullaya həmişə hörmət edib, onun diplomatik xidmətinin yüksək qiymətləndirib. Hərdən də zarafatla deyərmiş ki, Abbas Abdulla İordaniya kralına oxşayır…

***

Yeri gəlmişkən, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyindən kimisə görmədim. Sağollaşıb bir az tez getdim, Ayxandan “bir addım yoldur, niyə AYB-dən” kimsə gəlməyib” xəbər aldım. “Zalı gördün, onların bəziləri heç dəvət etməmişdik, özləri eşidib gəlmişdilər…” dedi. Tədbiri isə Kəpənəkçi Xeyri Cəmiyyəti çox yüksək səviyyədə təşkil etmişdi, haqlarını halal etsinlər…

***

…Ayxana deməyi unutdum, Abbas Abdullanın “Olqa” şeirini çox bəyənirəm…

Nazim SABİROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İnfluenserlərdən yeni qaydalara reaksiya: “Mən televiziyayam?”FOTO

Next

Putinin adamından ŞOK iddia: “SSRİ qanunsuz dağılıb” – Guya qanuni yaradılmışdı ki…

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv