Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Kamera önündə lovğalıq, kamerada peşmanlıq…

By Vüsal Rafiqoğlu
23.05.2025 3 Min Read

Haradan baxsan, müasir kriminalistlərin, prokurorların, hakimlərin işi sələflərinə nisbətən xeyli asandır.
İndinin caniləri asan tutulur. Hər yan müşahidə kamerasıdır, nə qələt eləsələr, hansısa videokameraya düşür. Sonra haradan keçib haraya gediblər, necə deyərlər, anbaab görünürr, əməliyyatçılar da gedib ənsələyir.

Müstəntiq və prokurorların dolğun ittihamnamə hazırlaması da xeyli asanlaşıb. Adamların telefon yazışmaları, danışıqları törədilmiş cinayətin ssenarisini və iştirakçılarını bəlli edir. Hər şey ortadadır: motiv, əlaqə, sözləşmə, nəticə və s.

Hakimlər də çox əziyyət çəkmir, ittihamçılar ortaya o qədər dəlil-sübut, real yazışmalar, gerçək videolar tökürlər ki, hamısına nəzər salandan sonra hökm asanca verilir. Necə ki futbol hakimləri arada əlləri ilə havada kvadrat işarəsi cızaraq VAR-a baxmağa qaçırlar, məhkəmələrdə də hakimlər heyəti asta-asta məşvərət otağına gedir, videolara baxır, qərar verirlər.

Yoxsa Stalin dövrünün müstəntiqləri nə zülm çəkiblər, bir bilsəniz. Məsələn, Cəbrayıl rayonunda adama deyirmişlər, sən Yaponiyanın casususan, boynuna al, o da deyirmiş, Hacı Qaraman haqqı, dünyada Yaponiya adlı dövlət olduğunu indi eşitdim.

Yazıq prokurorlar “torba tikəndə” nə qədər əziyyət çəkirmişlər. Elə olurmuş, bir casusun İsveçrədə oteldə rezidentlə görüşməsinə aid şahid ifadəsi tərtib etmək lazım gəlirmiş. Yazırmışlar. Amma sonra ortaya çıxırmış ki, İsveçrədə o adda otel yoxdur, belə bir otel İsveçdə var. O vaxtlar Google olsaydı, müstəntiq axtarış verər, heç bir ölkənin otelini səhv salmazdı.

Hərçənd o vaxtın hakimlərinin işi elə də çətin olmayıb. Müttəhimi sürüyə-sürüyə gətirirmişlər zala, hakim 5-6 dəqiqəin içində hpkm verirmiş: “Günahı tam sübuta yetirildi, güllələmə hökmü kəsilsin”. Vəssalam. Nə vəkil vəsatəti, nə apelyasiya, nə təxirə salmaq? Adam getdi. İndi prosedur uzundur. Düzdür, axırda yenə hökm qüvvəsində qalır, amma yazı-pozu işi çoxalıb.

Bəli, müasir texnoloji avadanlıqlar bir çox sahələrdə olduğu kimi “cinayət və cəza” işində də tərəqqiyə səbəb olub. Bu gün sabah süni intellekt yeni bir “Cinayət və cəza” romanı da yazar, inşallah.

Bax, budur, Bakıda xalqımıza qarşı cinayət törətməkdə şübhəli bilinən əclafların (təqsirsizlik prezumsiyasına görə onlara cani deyə bilmərik, amma əclaf olduqları şəksizdir) məhkəməsində xeyli videomaterial var. Konkret olaraq, təqsirləndirilən Davit İşxanyanın təqsirini sübuta yetirmək artıq bir stəkan su içmək qədər asandır. Adam özü və dostları vaxtında babat video-ittihnamə hazırlayıblar.

Heç demə, İşxanyan 2016-cı ildə Xankəndidə yerli televiziyaya müsahibə verib, 1990–1991-ci illərdə Qarabağda etdiyi “qoçaqlıq”lardan danışıb. Özü də yerli-yataqlı. Ballandıra-ballandıra. Bir az şişirtmiş ola bilər. Amma adam şahidlər də göstərib. Döyüş yoldaşları da təsdiq ediblər ki, bəli, Davit elə-belə oğlan olmayıb, əlinə ilk silah götürən, başına döyüşçüləri birinci toplayan, Azərbaycan kəndlərini mühasirəyə alan o olub.

Onun dostlarının dedikləri indiki vaxtda tərtəmiz “işverənlik”, “üzəduran”lıqdır, amma 2020-ci ildən gerilərdə İrəvanda və Xankəndidə belə ifadələr “qəhrəmanlıq dastan”larıydı.

Movses Akopyan nə bilirdi ki, gün gələcək, İşxanyanın yaxası (kim istəsə, bu sözdə hecaların yerini dəyişə bilər) ələ keçəcək, nəticədə Movsesin öz dostunu öyməsi, “erməni ordusunun yaradılmasının bünövrəsini qoyanlardan biri bizim döyüş yoldaşımız Davitdir” deməsi Davitin əleyhinə verilən ifadə olacaq.

Hmayak Haroyan Davitin aqibətini öncədən bilsəydi, İşxanyanla Monte Melkonyanın birlikdə Gülablını mühasirəyə aldığını, azərbaycanlıların mühasirəyə düşdüyünü deməzdi.

İndi İşxanyan o köhnə videoya Bakıdakı məhkəmə zalında baxır, onu qarşı “ifadə verən” Movsesi, Hmayakı söyür: “Kavatnery karets’in im payusaky” (“Dəyyuslar torbamıı tikdilər”).

Yaxşı, onlar heç. Bəs Davit özü də öz cinayətlərindən bəhs edib axı, o necə olsun? Videomüsahibəsində İşxanyan belə deyib: “Artıq hiss olunurdu ki, bu hərəkat öz məntiqi sonluğuna yalnız silahlı toqquşmalar və müharibə yolu ilə çatacaq. Çalışırdıq ki, azərbaycanlılar üçün o dəhşətli atmosferi yaradaq”.

Vəssalam. Başqa ifadələrə, sənədlərə nə ehtiyac var? Adamlar “azərbaycanlılar üçün o dəhşətli atmosferi yaratmaq” istəyiblər və yaradıblar. İndi çığırtıları troposferə qalxsa da, xeyri yoxdur.

Bu ifadələr təxminən alman nasistlərinin “Nürnberq prosesi”ndə yəhudiləri necə məhv etdikləri barədə verdikləri ifadələrdən də ötədir. Çünki nasistlər o cür etirafları məhkəmə etmişdilər, amma bunlar onu azadlıqda, asudə gəzdikləri vaxtda, TV kameraları önündə öyünə-öyünə ediblər. Bu, öz qapısına “het-trik” etməkdir. (Yeri gəlmişkən, o gün Mahir də Nürnberqdə “het-trik” etdi).

İndi yeridir ki, o videoları bu yaramazlara azadlıq tələb edən beynəlxalq arbitrlərə göstərəsən və üzünü “Onu bağışlamaq olarmı” filmindəki kimi kameralara tutub soruşasan: “İndi siz deyin, onu bağışlamaq olarmı?”

Samir SARI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda teletibb xidmətinin təşkili və tətbiqi istiqamətində ilk praktiki addım atıldı

Next

Bir neçə məktəb direktoru işdən çıxarıldı – RƏSMİ

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv