Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

“Allahınız varsa, bu imtahanları sadələşdirin!” – Baş redaktor Məleykə Abbaszadəni cinayətdə suçladı

By Vüsal Rafiqoğlu
24.05.2025 3 Min Read

“Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” – Taleh Şahsuvarlıdan sərt ittihamlar

Tanınmış jurnalist, siyasi analitik Taleh Şahsuvarlı Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə barəsində maraqlı və tənqidi yazı ilə çıxış edib. O, yalnız ictimai tənqidə yox, cinayət məsuliyyəti və hüquqi araşdırma zərurətinə diqqət çəkib. Şahsuvarlı bildirib ki, artıq DİM rəhbərliyinə sualları jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir.

Taleh Şahsuvarlı qeyd edir ki, DİM-in hazırkı qiymətləndirmə sistemi təhsili yox, test texnologiyasını ölçür və bu, məktəbi, müəllimi və ümumiyyətlə, təhsil sistemini kölgədə qoyur. Onun sözlərinə görə, imtahanlar elə formada qurulub ki, orta məktəbi bitirmək kifayət etmir, repetitor kurslarına qatılmaq, bahalı hazırlıqlardan keçmək zərurətə çevrilir.

“Bu gün məktəblə üz-üzə tikilmiş hazırlıq mərkəzləri məktəbin özündən böyükdürsə, bu, artıq milli təhlükəsizlik problemidir!”

Şahsuvarlının fikrincə, təhsil haqqında qanunlara, Konstitusiyaya və “Milli təhlükəsizlik haqqında” qanuna əsasən, ölkədə təhsilin bu şəkildə zədələnməsi milli təhlükəyə çevrilib və məsuliyyət daşıyan orqanlar bu məsələyə dərhal müdaxilə etməlidirlər.

Məleykə Abbaszadəyə ünvanlanan sərt çağırış: “Allahınız varsa, bu imtahanları sadələşdirin!”

Taleh Şahsuvarlı Məleykə Abbaszadənin mətbuat konfransında tənqidçilərə yönəlik ittihamlarını da cavabsız qoymayıb. DİM sədrinin mediada və cəmiyyətdə tanınmış ekspertləri savadsızlıqda günahlandırmasına cavab olaraq, konkret adlar çəkərək onların akademik və peşəkar nailiyyətlərini sadalayıb:
• Misir Mərdanov – tanınmış riyaziyyatçı, sabiq Təhsil naziri, BDU-nun sabiq rektoru, akademik;
• Etibar Əliyev – 7 kitab, 30-dan çox elmi məqalə müəllifi, sabiq millət vəkili, fəlsəfə doktoru;
• Kamran Əsədov – DİM-in qəbul imtahanlarından keçərək BDU və ADA universitetlərində təhsil almış, dərslik müəllifi, hazırda Pedaqoji Universitetdə departament rəhbəri.

“Əgər bu qədər hazırlıqlı adam ‘ekspert’ deyilsə, o zaman Məleykə xanım bu ölkədə ‘ekspert olmaq’ üçün ayrıca imtahan keçirsin!”

Şahsuvarlı vurğulayır ki, DİM-in imtahanları artıq ali təhsil diplomlarının mahiyyətini şübhə altına alır. Onun fikrincə, hakim olmaq istəyən hüquqşünaslar belə DİM-in imtahan sistemindən keçə bilmirlər, halbuki onlar ixtisaslı və təcrübəli şəxslərdir. Bu isə dövlətin ən yüksək vəzifələrinə yolun qeyri-şəffaf baryerlərlə kəsildiyini göstərir.

“Savadsızlıq dövlətə qarşı cinayətə çevrilə bilər”

Jurnalist bildirir ki, bu sistemin nəticəsində orta məktəb şagirdləri əsl təhsildən uzaqlaşdırılır, test yönümlü robotlara çevrilir və bu, kütləvi savadsızlıq fəlakətinə səbəb olur. Bütün bu proses isə gəncləri aqressiyaya, cinayətə, radikalizmə və sosial frustasiyaya meyilli hala gətirir.

“Əgər Bakı Ali Neft Məktəbinə qəbul üçün 680 bal toplamaq lazımdırsa, bu ballar işıq yox, zülmət gətirir. Cəmiyyətimizi elmsizliyə sürükləyir!”

Yekunda Taleh Şahsuvarlının yazısından geniş bir sitatı da təqdim edirik:

“DİM sədrinin anlamadığı, anlamaq istəmədiyi məsələ odur ki, onun rəhbərlik etdiyi qurum Azərbaycanda şagirdləri kütləvi şəkildə məktəbdən uzaqlaşdırıb, çöllərə salıb. DİM-in özünə “testoloq” deyənlərinin hazırladığı suallara cavab verə bilmək üçün məktəbdə öyrədilənlər kəskin fərqlə kifayət etmir. Uşaqlarımız bilik qazanmaq əvəzinə, zirzəmilərdə, evlərdə, bəzən məktəblə üz-üzə tikilmiş hazırlıq mərkəzlərində test texnologiyaları mənimsəməyə çalışırlar. Təsəvvür edin, bu gün məktəblə üz-üzə tikilmiş elə hazırlıq mərkəzləri var ki, məktəbin özündən az qala böyükdür. Və bu faciədir! 11-ci sinif məzunlarının ən azı yarısının orta məktəb proqramının 50 faizini belə mənimsəyə bilməməsinin elə DİM-in yaydığı rəsmi statistikaya görə üzə çıxması Məleykə Abbaszadənin fəaliyyətinin dövlət tərəfindən araşdırılması üçün ciddi siqnaldır.

Doktaranturaya qəbul imtahanlarında elə sistem icad ediblər ki, ingilis dilini B2 səviyyəsində bilən iddiaçıların əksəriyyəti A1-lə A2-nin arasında qalır. Dövlət qulluğuna qəbul üçün keçirilən imtahanlarda BDU-nun hüquq fakültəsinin bakalavr proqramından az qala çətin hüquq biliyi tələb edilir. Ali məktəbdə hüquq keçməyən məzunlar o alternativ proqramınızı harada öyrənməlidir? Buna cavab verilməlidir! Bu yaxınlarda eşitdim ki, məhkəmələrdə xeyli sayda hakim vakansiyası olduğu halda, ali təhsilli, müəyyən praktikaya sahib hüquqşünaslar DİM-in imtahanlarından keçə bilmir. Məhz DİM-in külli-ixtiyar sahibi olmaq cəhdlərinin nəticəsidir ki, Azərbaycan Respublikasının ən nüfuzlu ali məktəblərinin belə verdiyi diplomlar bütün əsas funksiyalarını itirib. Bakalavr, magistr, bir çox hallarda doktorantura diplomları belə, DİM-in imtahanlarına “giriş bileti” səciyyəsi daşıyır. Bu nə imtahanmaniyadır?

Bir valideyn kimi üç övlad oxutmuşam. Hər bir övladım üçün repetitorlara ayda azı 500-600 manat pul ödəmişəm. Bu pullar mənim gözümün nuru, alnımın təri ilə qazandığım halal paralardır. Bu ölkədə orta təhsil icbari və pulsuzdursa, mən niyə repetitorlara 100 mindən çox pul xərcləməliydim? Məleykə Abbaszadənin yönəltdiyi sistem Azərbaycanda konstitusiyanın, qanunların, ən başlıcası, sosial ədalətin pozulmasını kütləviləşdirir. Eynşteynin ən məşhur formullarına baxın, son dərəcə sadədirlər. Bir də DİM-in qiymətləndirmə düsturlarına nəzər salın. Uzaq qalaktikalarda termodinamik prosesləri ölçürmüş kimi qurulmuş mürəkkəb düsturlarla aparılan “qiymətlləndirmə” sayəsində məqsədli şəkildə test texnologiyalarına yönəldilən, bununla da kütləvi şəkildə savadsızlaşdırılan gənclər ictimai münasibətlərin nizamını risk altına salır. Aqressiya, kriminala, radikal dini cərəyanlara meyil kimi aktuallaşan sosial problemlərin arxasında xüsusilə məktəbsizlik dayandığını görmək üçün Məleykə Abbaszadənin eynəyini taxmağa gərək yoxdur”.

Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rusiya Azərbaycanı ŞANTAJA BAŞLADI – Putinin “sağ əli” HƏRƏKƏTƏ KEÇDİ

Next

Körpü tikintisində bədbəxt hadisə: ölən var

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv