Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

20 manatlıq cərimə ağır nəticələri ört-basdır edir – Piyadalar üçün qanun dəyişməlidirmi?

By Vüsal Rafiqoğlu
27.05.2025 3 Min Read

Son günlər piyadaların qəflətən avtomobilin qarşısına çıxması səbəbindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyadanın məsuliyyət məsələsi müzakirə obyektinə çevrilib.

Belə ki, paytaxtın Xəzər rayonu, Qala-Pirallahı yolunda bir neçə gün əvvəl baş verən hadisə zamanı yolun hərəkət hissəsindən keçən piyada qəzadan son anda xilas olub. Amma bu qəza sürücülərdən birinin xəsarət alması, minik avtomobillərinə, yol infrastrukturuna zərər vurulması və yolda nəqliyyat sıxlığının yaranması ilə nəticələnib.

Bu kimi hallarda baş vermiş yol-nəqliyyat hadisəsinin ictimai təhlükəli nəticələrinin təhlükəlilik dərəcəsindən asılı olaraq piyadalar üçün yalnız Cinayət Məcəlləsinin 267-ci maddəsi ilə cinayət məsuliyyəti nəzərdə tutulub. Cinayət məsuliyyətinin yaranmasına əsas verən alternativ ictimai təhlükəli nəticələrə zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərərin vurulması, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərərin vurulması, zərərçəkmiş şəxsin ölməsi kimi hallar aiddir. Yəni yol-nəqliyyat hadisəsi zamanı bu 3 nəticədən biri baş verməzsə, piyadanın cinayət məsuliyyəti istisna olunur.

Ancaq nəzərə almaq lazımdır ki, piyadanın qeyd edilən qanunsuz hərəkəti göstərilən nəticələrdən başqa ictimai təhlükəsizlik dərəcəsi az da olsa müxtəlif nəticələrə səbəb ola bilər. Ola bilər ki, avtomobillərin toqquşması nəticəsində kiminsə sağlamlığına az ağır və ya ağır zərər vurulmasın, yaxud kimsə ölməsin. Ancaq hadisə nəticəsində kiminsə avtomobilinə zərərin vurulması, eləcə də sağlamlığına az ağır və ağır olmasa da yüngül zərərin vurulması mümkündür.

SADİQ.jpg (271 KB)

Vəkil Sadiq Əfəndiyev Musavat.com-a açıqlamasında bildirib ki, ümumi qaydaya görə, ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq Cinayət Məcəlləsinin təsir dairəsindən kənara çıxan əməllər, yəni nisbətən az ictimai təhlükə doğuran əməllər İnzibati Xətalar Məcəlləsinin təsiri altına düşür və həmin Məcəllədə nəzərdə tutulmuş qaydada tənbeh edilir (cəzalandırılır):

“Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyət İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsində nəzərdə tutulub.

Maddədə piyadalardan başqa digər subyektlərin – velosipedçilər, moped və kiçik elektrik nəqliyyat vasitələrini idarə edən şəxslər, at arabalarını (kirşəni) idarə edən və mal-qara ötürən şəxslərin də məsuliyyəti müəyyən edilib. Həmin Məcəllə bir qayda olaraq yol hərəkəti qaydalarının pozuntusu halında sağlamlığa yüngül bədən xəsarətinin və maddi zərərin vurulub vurulmamasından asılı olaraq, subyektin məsuliyyət məsələsini müxtəlif formada həll edir.

Belə ki, göstərilən nəticələrə səbəb olmayan inzibati xətaya görə, yəni sadə pozuntuya görə subyektin barəsində yüngül, səbəb olan inzibati xətaya görə isə nisbətən ağır inzibati tənbeh tətbiq edilir. Məsələn, Məcəllənin 338.5.1-ci maddəsinə əsasən, mal-qaranın yolda nəzarətsiz qoyulmasına görə mal-qaranı ötürən şəxslər 40 manat məbləğində cərimə edilirsə, onların bu hərəkətləri zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına səbəb olduqda Məcəllənin 338.10-cu maddəsinə əsasən, iki yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.

Bununla belə, sözügedən 338-ci maddədə piyadaların və sərnişinlərin məsuliyyəti baş vermiş nəticələrdən asılı olaraq fərqləndirilməmiş, onlar üçün yalnız pozuntunun sadə formasına görə yüngül inzibati tənbeh nəzərdə tutulub. Məsələn, Məcəllənin 338.1.2-ci maddəsində yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxılmasına görə piyadanın 20 manat məbləğində cərimə edilməsi nəzərdə tutulsa da, həmin inzibati xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə hər hansı əlavə məsuliyyət müəyyən edilməyib. Bu o deməkdir ki, piyadanın qanunsuz hərəkəti nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına və əmlakına zərərin dəyib-dəyməməsi qanun üçün əhəmiyyət kəsb etməyib.

Hesab edirəm ki, belə halda söhbət yalnız qanunda boşluqdan gedə bilər. Qanunda olan bu boşluq isə İnzibati Xətalar Məcəlləsinin 338.10-cu maddəsinə piyadalar və sərnişinlərin ağırlaşdırıcı hallarda məsuliyyətini müəyyən edən müvafiq əlavələr edilməklə qanunvericilik orqanı tərəfindən aradan qaldırılmalıdır”.

Şahanə Rəhimli
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İlham Əliyevin İrəvandakı tədbirdə iştirakı Aİ üçün arzuolunandır – VACİB DETALLAR

Next

Yayda bağlanan uşaq bağçaları – Tətil planlayan valideynlərin DİQQƏTİNƏ

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv