Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Boşanmada “qız evi” günahkar, “oğlan evi” həmişə haqlıdır? – əbədi mübahisə

By Vüsal Rafiqoğlu
27.05.2025 4 Min Read

Ailə institutu ilə bağlı səslənən fikir yenidən polemikaya yol açdı – sosioloqdan rəy

Aşıq Zülfiyyə İbadova “Rəngarəng” verilişində ailə institutu ilə bağlı diqqətçəkən fikirlər söyləyib. O, ailələrin dağılmasında daha çox qız tərəfinin günahkar olduğunu vurğulayıb.

“Boşanma bunu istəyən qızın valideynlərinin məsələyə adi baxmasından irəli gəlir. Bizim nəsildə də boşananlar var. Razılaşmıram. Baxmayaraq ki, qız tərəfinin qohumuyam, oğlan tərəfini tutaram. Çünki mən bilirəm ki, günah qız tərəfindədir. Mən öz ailəmdən nümunə göstərirəm. Ata qızına bir kəlmə desə ki, “sənin yerin ərinin yanıdır”, onda qız ailəsinə sahib çıxar. Yox, ailə desə ki, “istəmir getmir, qızım özü bilər”, onda ailə dağılır. Elə şeylər var ki, efirdə danışmaq istəmirsən. Mən qızın ailəsindənəmsə, oğlangilin tərəfindən danışaram. Çünki oğlan tərəfi yerdən-göyə qədər haqlıdır. Amma qız tərəfi yox. Qəbul etmirəm. Mənim aləmimdə belə şey var: elə ailəni silərəm, qarşı tərəflə münasibətimi qoruyaram”, – Z.İbadova bildirib.

Bəs sosioloqlar Aşıq Zülfiyyənin arqumentlərini bölüşürmü? Nəyin bahasına olur-olsun ailəni saxlamaq, zorakılığa dözmək yanaşması doğrudurmu? Həqiqətənmi oğlan evi həmişə haqlıdır? Bu, daha çox mentalitetdən qaynaqlanır, yoxsa?..

Sosial şəbəkələrdə cinayət aləminin üzvləri qəhrəmanlaşdırılır"

 Üzeyir Şəfiyev

Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib: “Bunların hamısı ondan irəli gəlir ki, biz tarixən ənənəvi cəmiyyət olmuşuq. Yəni kişi mərkəzli, patriarxal quruluşda formalaşan bir toplumda yaşamışıq. Bu səbəbdən də bizdə ailə institutuna həmişə xüsusi, mühafizəkar və konservativ yanaşma olub. Cəmiyyətin düşüncəsində bu kök salıb ki, ailə bir dəfə qurulduqda, onu qorumaq, hər cür çətinlik və münaqişəyə baxmayaraq dağıtmaqdan çəkinmək lazımdır. Bu yanaşma isə yalnız qadının dözümlülüyü ilə bağlı deyil, eyni zamanda kişinin də dözümlülüyü ilə bağlıdır. Yəni ailədə qarşılıqlı güzəştlər, tolerantlıq, səbir həmişə vacib sayılıb. Məqsəd ailə institutunun qorunub saxlanılması olub, çünki ənənəvi cəmiyyətlərdə ailə xüsusi həssas bir mövzu kimi qəbul edilir.

Burada güzəştdən danışırıqsa, təkcə qadından gözlənilən səbir və anlayışdan deyil, həm də kişinin məsuliyyətindən, anlayışından söhbət gedir. Çünki belə cəmiyyətlərdə boşanma həm kişi, həm də qadın üçün stiqma, damğa demək idi. Cəmiyyət hər iki tərəfi daima nəzarətdə saxlayırdı, yəni “el gözü” deyilən amil həm kişiyə, həm qadına eyni dərəcədə təsir edirdi. Hətta ailə içində ciddi münaqişələr olsa belə, boşanma son çıxış yolu sayılırdı və cütlüklər dözməyə, səbir etməyə çalışırdılar ki, “xalq arasında biabır olmasınlar”. Bu isə təkcə Azərbaycana yox, ümumiyyətlə, ənənəvi kişi mərkəzli cəmiyyətlərin hamısına xas idi”.

Sosioloq qeyd edir ki, bu yanaşmanın həm müsbət, həm də mənfi tərəfləri var: “Müsbət tərəfi ondan ibarətdir ki, ailə institutu dağılanda onun həm kişi, həm qadın, həm də xüsusən uşaqlar üçün yaratdığı fəsadlar çox böyük olur. Boşanma uşaqlar üçün ağır psixoloji travmalar, stress və emosional zədələr yaradır. Bundan əlavə, cəmiyyət üçün də bu, sosial anomiyaya, yəni sabitliyin pozulmasına gətirib çıxarır. Dövlət səviyyəsində də bu, əlavə sosial yük və problemlər deməkdir. Odur ki, ailə institutunun qorunub saxlanması bir tərəfdən, zəruri və faydalı sayılıb”.

Onun fikrincə, bu yanaşmanın qaranlıq tərəfləri də var: “Çünki bəzi ailələr var ki, içində o qədər dərin və kəskin münaqişələr yaşanır ki, onları tənzimləyən heç bir qurum və ya mexanizm yoxdur. Halbuki əgər belə bir mexanizm mövcud olsa, məsələn, münaqişəli ailələr qeydə alınsa, onlarla psixoloji, sosioloji iş aparılsa, lazım gələrsə psixoterapiya tətbiq olunsa, bəzi boşanma hallarını tamamilə önləmək, münaqişəni həll etmək mümkün olar.

Təəssüf ki, Azərbaycanda bu istiqamətdə sosial xidmətlər, psixoloqlar, sosial işçilər üçün lisenziyalaşdırma sistemi yoxdur. Halbuki belə bir mexanizm olsaydı, riskli ailələrlə işləmək, onları dəstək sisteminə cəlb etmək, gərginliyi azaltmaq mümkün olardı. Çünki bəzən boşanmaqdan çəkinən ailələrdə vəziyyət elə dərəcəyə çatır ki, artıq bu ailədə böyüyən uşaqlar üçün həmin mühit daha təhlükəli olur. Onlar davamlı psixoloji gərginlik, travma içində böyüyürlər və bu, uzunmüddətli nəticələrə gətirib çıxarır.

Zülfiyyə xanım da məhz belə bir ənənəvi cəmiyyətin nümayəndəsidir. O da elə bir nəslin adamıdır ki, həmin dövrün insanları ailə institutuna bu cür konservativ baxırdılar. Bizdə məşhur bir deyim var idi: “Qızı gəlinlik paltarı ilə yola salarsan, o, ər evindən ancaq kəfənlə çıxa bilər”. Bu, müəyyən mənada yaxşı yanaşma idi, çünki qızın gözü arxada qalmasın, getdiyi ocağa isinişsin, kiçik münaqişələrə görə geri qayıtmaq, ata evinə üz tutmaq haqqında düşünməsin. Yəni bu, bir növ ailəyə bağlılığı, sədaqəti möhkəmləndirmək məqsədi daşıyırdı.

Amma gəlin reallığa baxaq: elə bir ailə yoxdur ki, orada münaqişə olmasın. Hər bir ailədə ziddiyyətlər, problemlər olur. Lakin indiki gənc ailələr bəzən çox cüzi səbəblərlə, kiçik anlaşılmazlıqlarla boşanmağa qərar verirlər və bu, həqiqətən də narahatedici tendensiyadır. Bunun bir səbəbi də mediadan, xüsusilə də xarici (əsasən türk) seriallardan gələn təsirlərdir. Seriallar insanlarda həssaslıq yaradır, ailə münasibətlərinə real olmayan gözləntilər formalaşdırır və nəticədə cütlüklər arasında dözümsüzlük artır. Digər tərəfdən, son illərdə qadın hüquqları ilə bağlı aparılan bəzi təbliğat işləri də bəzən düzgün aparılmadı – gender bərabərliyi adı altında qadın-kişi qarşıdurması sanki körükləndi, qadınlar kişilərə qarşı qaldırıldı və bu da boşanmaların artmasına təsir göstərdi”.

Üzeyir Şəfiyev ailə problemlərinin efirlərə daşınmasından da söz açıb: “Ailə məsələlərinin, məişət dramlarının televiziya verilişlərinə çıxarılması, ictimailəşdirilməsi bir çox hallarda potensial münaqişələri real münaqişələrə çevirdi. Daha da pis tərəfi: bəzi efirlərdə boşanma məşhurlar tərəfindən açıq-aşkar təbliğ olunmağa başladı. Məsələn, əməkdar artist efirdə deyir ki, “boşanandan sonra gözəlləşmişəm”, ya da məşhur bir müğənni açıq deyir ki, “yoldaşım mənə xəyanət etmişdi, mən də ona xəyanətlə cavab verdim”. Bu nə deməkdir? Belə nümunələri efirdə təbliğ etmək olmaz! Əksinə, efirlərdə nümunəvi, uğurlu ailələr təbliğ olunmalı, gənc ailələr üçün maarifləndirici, tərbiyəedici proqramlar hazırlanmalıdır. Bu ailələr öz təcrübələrini, tövsiyələrini bölüşməli, insanlara ailənin necə qorunub saxlanacağını öyrətməlidirlər”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezident “LATIFA” Laçın tikiş fabrikinin açılışında – FOTOLAR

Next

Qırmızı xalı dartışması

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv