Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Dünyanın gözü Laçında: Əliyev, Ərdoğan, Şərif…

By Vüsal Rafiqoğlu
28.05.2025 3 Min Read

Üç qardaş ölkənin liderləri Müstəqillik Günü Laçın aeroportunun açılışını edəcək; prezidentlər hansı mesajları verəcək?

Bu gün – 28 May Müstəqillik Günü Azərbaycan, Türkiyə və Pakistan liderləri Laçın aeroportunun açılışını edəcək. “Yeni Müsavat” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif işğaldan azad edilmiş ərazilərdə sayca 3-cü olan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak edəcəklər.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2021 və 2022-ci illərdə müvafiq olaraq Füzuli və Zəngilan aeroportlarının açılış mərasimlərində də iştirak edib. Laçın Beynəlxalq Hava Limanının təməli 2021-ci ildə qoyulub. Azərbaycan Prezidenti mayın 27-də Laçın kanat yolunun təməlini qoyub.

Onu da bildirək ki, Şahbaz Şərif mayın 27-də Azərbaycana gəlib. Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Pakistanın Baş nazirini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və digər rəsmi şəxslər qarşılayıblar.

İlham Əliyevin Şahbaz Şərif ilə geniş tərkibdə görüşü olub - ANS - Xəbərlər

Liderlərin Laçına səfəri tarixi bir vaxta təsadüf edir. Cümhuriyyətin 107-ci ili, Müstəqillik Günü üç qardaş dövlətin prezidentləri Laçından dünyaya mühüm mesajlar verəcək. Təbii ki, bu bəyanatlar sülh istiqamətində olacaq – özü də Ermənistanla sərhəddə. Bu baxımdan bu gün dünya mediası liderlərin Laçın səfərini və orada səslənən bəyanatları izləyəcək.

Son illər Azərbaycan, Türkiyə və Pakistan arasında siyasi-iqtisadi, hərbi sahələrdə müttəfiqlik daha da güclənib. Üç dövlət arasında strateji əməkdaşlıq bölgədə yeni siyasi və hərbi balansların yaranmasına zəmin yaradır. Elə mayın 25-də Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyədə səfərdə olub. Bunun ardınca Azərbaycana səfər əməkdaşlığın daha da dərinləşməsinə səbəb olacaq. Bundan başqa, üç ölkə birgə hərbi təlimlər keçirir. Yəni münasibətlərin inkişafı müxtəlif müstəvilərdə müşahidə olunur.

Beləliklə, yeni iqtisadi-siyasi münasibətlərin formalaşdığı hazırki zamanda üç dövlətin maraqlarını bir daha uzlaşdırması, münasibətlərin fərqli konturlar üzrə təmərküzləşdirilməsi vacib şərt kimi meydana çıxır. Nümayiş etdirilən Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi regional inkişafın yeni mərhələsində aparıcı güc mərkəzi kimi çıxış edir.

Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli əməkdaşlıq son illərdə yeni keyfiyyət mərhələsinə qədəm qoyaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də üçtərəfli formatda çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında yüksək səviyyəli görüşlərin təşkil olunması bu əməkdaşlığın strateji xarakterini təsdiqləyir. 2024-cü il iyulun 3-də Astanada keçirilən üçtərəfli görüş bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Məhəmməd Şahbaz Şərifin iştirakı ilə baş tutan bu görüş üç qardaş ölkənin qarşılıqlı siyasi dəstəyini nümayiş etdirməklə yanaşı, əməkdaşlığın institusional səviyyəyə keçidinin də rəmzinə çevrilib.

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə

Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında bu tarixi görüşün əhəmiyyətini dəyərləndirərkən qeyd etdi ki, əvvəla Laçında hava limanının açılması böyük hadisədir: “Laçın relyefinə görə mürəkkəbdir deyə böyük zəhmət hesabına inşa olunub. Laçın ölkəmizin dilbər guşələrindən biridir və bu aeroportun fəaliyyəti turizmin inkişafına böyük töhfə vermiş olacaq”.

O ki qaldı Ərdoğanın və Şərifin gəlişinə, A.Əlizadə vurğuladı ki, bu səfər özlüyündə dostlarımıza və düşmənlərimizə böyük mesajdır: “Azərbaycan-Türkiyə qardaşlığı analoqu olmayan dostluq, müttəfiqlikdir, artıq Şuşa Bəyannaməsi bunun bariz sübutudur, Pakistanla da dostluğumuz ildən-ilə dərinləşir, iki dost-qardaş ölkə arasında Bakı bəyannaməsi imzalanıb. Bu da dünyadakı proseslərə təsir edən faktorlardır. Artıq cənab Ərdoğanın aeroportların açılışında iştirakı ənənəyə çevrilib və bu da xoş bir haldır. Biz Laçında liderlərin açılış mərasimində iştirakını maraqla izləyəcəyik və bu faktın özü qürurvericidir”.

Deputat bildirdi ki, Azərbaycan, Türkiyə və Pakistan bir-birinə qardaş ölkələr kimi beynəlxalq münasibətlər tarixində xüsusi yer tuturlar: “Bu əlaqələrin əsasını xalqlarımızın ortaq tarixi, dini-mənəvi dəyərləri və bir-birinə olan sarsılmaz bağlılığı təşkil edir. Tarixi köklərə dayanan bu münasibətlər zamanın sınaqlarından keçərək daim güclənib və müasir dövrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Şərti sərhəddə erməni istehkamları qurulur

Next

Yunanıstan adaları yaxınlığında 600-dən çox qeyri-qanuni miqrant xilas edilib

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv