Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Azərbaycan qazı üçün ikinci marşrut

By Vüsal Rafiqoğlu
30.05.2025 6 Min Read

Ukraynanın təklifinə Bakı nə deyib?

Bir neçə gün əvvəl Bakıda olan Ukraynanın xarici işlər naziri Andrey Sibiqa səfərinin yekunlarına dair sosial şəbəkədəki hesabında yazıb ki, Ukrayna Avropada Azərbaycan üçün əsas enerji qovşağına çevrilməyə hazırdır: “Avropa İttifaqı kimi, biz də Azərbaycanı Avropanın enerji təhlükəsizliyinə əsas kontribiutor kimi görürük, tranzitdəki potensialımız və Avropanın ən böyük qaz anbarlarımız sayəsində buna töhfəmizi verməyə hazırıq”.

Nazir vurğulayıb ki, Azərbaycan strateji tərəfdaşdır və indi bu tərəfdaşlığa, xüsusən ən yüksək siyasi səviyyədə yeni təkan vermək vaxtıdır. Sibiqa xatırladıb ki, Ukrayna lideri Volodimir Zelenski və Azərbaycan Prezidenti İlham Əliyev də Davosda bu barədə razılığa gəliblər.

Ukrayna XİN başçısının bu açıqlaması Avropa İttifaqının Rusiya qazının alışını bütünlüklə dayandırmaq planını elan etməsindən az sonra qeydə alınıb. Belə ki, mayın ortalarında Avropa Komissiyası (AK) Rusiyanın enerji məhsullarının Aİ-yə idxalını dayandırmaq üçün “yol xəritəsi” layihəsini təqdim edib. Strasburqda planı açıqlayan komissiyanın enerji sahəsi üzrə üzvü Dan Jorgensen bildirib ki, gələn ay qanunvericilik təklifləri komissiyaya təqdim ediləcək. Bildirilir ki, “Yol xəritəsi” “Rusiya neftinin, qazının və nüvə enerjisinin Aİ bazarlarından tədricən çıxarılmasını” nəzərdə tutur ki, bu da Aİ-nin enerji keçidi irəlilədikcə koordinasiyalı və təhlükəsiz şəkildə baş verəcək: “Tədbirlər qiymətlərə və bazarlara hər hansı təsiri məhdudlaşdırmaqla Aİ-yə enerji tədarükünün təhlükəsizliyini qorumaq üçün nəzərdə tutulub”.

Xəritəyə əsasən, Aİ-nin 2030-cu ilə qədər 100 milyard kubmetrə qədər qazı alternativ enerji ilə əvəz edəcəyi gözlənilir. Bu isə 2027-ci ilə tələbatın 40-50 milyard kubmetr azalması deməkdir. Eyni zamanda 2028-ci ilə qədər LNG istehlakının təxminən 200 milyard kubmetr artması gözlənilir. Bu, Aİ-nin Rusiya qazının hazırkı idxalından beş dəfə çoxdur.

Komissiya elan edib ki, 2027-ci ilin sonuna qədər Rusiya qazının Aİ-yə bütün idxalını mərhələli və koordinasiyalı şəkildə dayandırmağı gözləyir: “Ən əsası, Rusiyanın qaz tədarükçüləri (boru kəməri və LNG) ilə yeni müqavilələrin qarşısı alınacaq və 2025-ci ilin sonuna kimi mövcud spot müqavilələrə xitam veriləcək. Bu tədbir Aİ-nin bu ilin sonuna qədər Rusiya qazının qalan tədarükünü üçdə bir qədər azaltmasını təmin edəcək. Komissiya həmçinin 2027-ci ilin sonuna qədər Rusiya qazının bütün qalan idxalını dayandırmağı təklif edəcək”.

İyun ayında Rusiya enerji təchizatının dayandırılmasına dair qanunvericilik təklifləri “Aİ bazarlarında Rusiya qazının şəffaflığını, monitorinqini və izlənilməsini yaxşılaşdıracaq”. Təkliflərə Rusiyadan zənginləşdirilmiş uranın idxalı ilə bağlı tədbirlər, habelə Rusiyadan uran, zənginləşdirilmiş uran və digər nüvə materiallarının tədarükü üçün yeni müqavilələrə məhdudiyyətlər də daxildir.

AK prezidenti Ursula fon der Lyayen bildirib ki, “indi Avropanın etibarsız təchizatçı ilə enerji əlaqələrini tamamilə kəsməsinin vaxtıdır”.

Plan həmçinin “Rusiyanın neft daşıyan “kölgə donanması” probleminin həlli üçün yeni addımların atılmasını” tələb edir.

Aİ ölkələrindən bu ilin sonuna qədər Rusiya qazı, nüvə enerjisi və neft idxalından uzaqlaşmanı necə asanlaşdırmaq niyyətində olduqlarını əks etdirən milli planlar hazırlamaları istəniləcək.

İndiyədək görülən tədbirlər Rusiya qazının idxalının həcmini 2021-ci ildəki 150 milyard kubmetrdən 2024-cü ildə 52 milyard kubmetrə qədər azaldıb. Rusiya qazının idxalının ümumi idxalda payı 45 faizdən 19 faizə düşüb. Rusiyadan bütün kömür idxalı sanksiyalarla qadağan edilib və neft idxalı 2022-ci ilin əvvəlindəki 27 faizdən indi 3 faizə düşüb:  “Avropa Komissiyası bildirir ki, nüvə enerjisində hələ də Rusiya istehsalı olan reaktorlardan istifadə edən üzv dövlətlər “Rusiya nüvə yanacağını digər istehsalçıların yanacağı ilə əvəz etmək sahəsində irəliləyiş əldə ediblər. Bir sıra Üzv Dövlətlər Rusiya qazının idxalını azaltmaq və hətta qadağan etmək üçün, o cümlədən Rusiya qaz tədarükçüləri ilə mövcud müqavilələrə xitam vermək üçün erkən tədbirlər görüblər. Estoniya, Litva, Latviya, Danimarka, Finlandiya, İsveç, Almaniya, Polşa, Xorvatiya, Malta, İrlandiya, Lüksemburq, Avstriya və Çexiya Rusiyadan qaz idxalını qadağan etmiş və ya dolayı yolla dayandırmışlar. Lakin bəzi üzv dövlətlər bazarda toplu alışlar yolu ilə Rusiya mənşəli qazla təmin edilir”.

Ukrayna qaz idxalından imtina edə bilər

2025-ci ildə Ukrayna ərazisindən Rusiya qazının tranziti başa çatdıqdan sonra belə, Rusiya qazı hələ də Aİ-nin ümumi qaz idxalının təxminən 13 faizini təşkil edir. Hazırda Rusiya qazının idxalının təxminən üçdə ikisi Aİ-də təyinat yeri ilə uzunmüddətli müqavilələr əsasında, təxminən üçdə biri isə spot (qısamüddətli) əsasında təmin edilir. Qalan həcmlərin kommersiya təşviqlərinin olmaması və mövcud uzunmüddətli müqavilələr nəzərə alınmaqla, əlavə Avropa direktivləri olmadan ləğv olunacağı gözlənilmir.

“Bloomberg”in yazdığına görə, Rusiyadan qaz idxalının tamamilə dayandırılmasına Macarıstan və Slovakiyanın mane olmaması üçün Avropa Komissiyası tərəfindən xüsusi plan hazırlanıb. Belə ki, komissiya Rusiyadan qaz idxalına (həm LNG, həm boru qazı – red.) sıfır limit tətbiq etməyə hazırlaşır. Bu qərarın qəbulu üçün mütləq çoxluğun lehinə olmasına ehtiyac yoxdur, eyni zamanda onun icrası bütün üzvlər üçün məcburidir. Bundan əlavə, Aİ Macarıstan və Slovakiyanı, ümumiyyətlə, əsas siyasət qərarlarının qəbulunda səsvermə huququndan məhrum etmək üçün prosedura başlayıb. Artıq bununla bağlı mayın 28-də üzv dövlətlərin rəsmi nümayəndələrinin ilk toplantısı keçirilib.

Türkiyə və Rusiya razılığa gəldi - Qaz qovşağı yaradılır » AzadMedia.az

Qeyd edək ki, Ukrayna üzərindən tranzit dayandırıldıqdan sonra Rusiya boru qazı Türk axını vasitəsilə Macarıstan, Serbiya və Slovakiyaya çatdırılır. Yanvar-mart aylarında kəmərlə qaz nəqli artsa da, apreldə kəskin azalıb. 2025-ci ilin ilk 4 ayında “Türk axını” qaz kəməri və onun quruda davamı olan kəmərlərlə Avropaya 5,63 milyard kubmetr qaz çatdırılıb. Bu isə o deməkdir ki, Ukrayna tranzitinin də qüvvədə olduğu 2024-cü ilin eyni dövrü ilə müqayisədə nəqldə  44,1 faiz azalma var.

Hazırda Avropa İttifaqı qaz anbarlarına sürətlə qaz vurur. Mayın 26-na Avropanın yeraltı qaz anbarları 46,58 faiz dolu olub, onlarda 49,76 milyard kubmetr qaz toplanıb. “Gas Infrastructure Europe”nin (GIE) məlumatları göstərir ki, İsveç və Latviya (orada sıfır dinamika qeydə alınıb) istisna olmaqla, bütün Aİ ölkələri anbarları doldurmaqla məşğuldur. Belə ki, Almaniyada anbarlar 38,6 faizə, Fransada 52,82 faizə, Avstriyada 52,31 faizə, İtaliyada 57,74 faizə qədər dolub.

Anbarlar dolduqca, Avropada qaz qiymətləri də azalır. Mayın 28-i axşam saatlarında qiymət 1000 kubmetr üçün 428 dollardan bir qədər yuxarı olub. Halbuki günün əvvəlində  ICE Futures birjasında TTF qovşağında iyul ayı qaz fyuçersləri 1000 kubmetr üçün 444,27 dollara satılırdı.

Qeyd edək ki, Azərbaycan qazının Ukrayna üzərindən nəqli məsələsi ötən ildən gündəmə gətirilib. Avropa İttifaqı və Ukrayna sonuncunun böyük qaz nəqli sisteminin boş qalmaması, həmçinin Rusiyanın bu sistemi məhv etməməsi üçün Azərbaycan qazının onunla nəqlində maraqlıdır. Azərbaycanın Rusiya ilə zəruri razılaşma əldə etmək imkanının yüksək olduğu hesab edilir.

İndiyədək Azərbaycan rəsmiləri tərəfindən bu təklifə hər hansı münasibət açıqlanmayıb. Bu isə Bakının onun perspektivinə ümid bəsləmədiyini göstərir. Bunun əsasında isə Azərbaycanın hasil etdiyi qaz həcmlərini satmaq və nəql etməkdə çətinlik çəkməməsi dayanır. Azərbaycan Energetika Nazirliyinin açıqladığı məlumata əsasən, 2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 16,7 milyard kubmetr təbii qaz hasil edilib. Bu qazın 4,5 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 9 milyard kubmetri “Şahdəniz”in, 0,5 milyard kubmetri “Abşeron” yatağının, 2,7 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.

Hesabat dövründə xaricə qaz satışı 8 milyard kubmetr təşkil edib. Bundan 4 milyard kubmetr Avropaya, 3,1 milyard kubmetr Türkiyəyə (o cümlədən TANAP-la 1,9 milyard kubmetr), 0,9 milyard kubmetr Gürcüstana satılıb.

2024-cü ilin eyni dövründə ölkədə16,7 milyard kubmetr təbii qaz hasil edildiyini nəzərə alsaq, hasilat həcminin dəyişmədiyini görərik. Ötən il qazın 4,4 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 9,2 milyard kubmetri “Şahdəniz”, 0,5 milyard kubmetri “Abşeron”, 2,6 milyard kubmetri SOCAR üzrə hasil olunmüşdü. Bu isə o deməkdir ki, “AÇG”dən hasilat 100 min kubmetr, SOCAR üzrə 100 min kubmetrə yaxın artıb, “Şahdəniz”də isə 200 min kubmetr azalıb.

Ötən ilin statistikası ilə müqayisə etdikdə, bu ilin yanvar-aprelində Azərbaycanın qaz ixracının 500 min kubmetr azaldığını görmək olar: ötən ilin eyni dövründə ixrac 8,5 milyard kubmetr təşkil etmişdi. O cümlədən Avropaya 4,2 milyard kubmetr, Türkiyəyə 3,2 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz satılmışdı. Bu isə o deməkdir ki, Avropaya ixrac 200 min kubmetr, Türkiyəyə ixrac 100 min kubmetr, Gürcüstana ixrac isə 200 min kubmetr azalıb.

Qeyd edək ki, qaz ixracında azalmanın əsas səbəbi yanvar ayında “Şahdəniz”dən sahilə gedən sualtı boru xəttində yaranan problemlə bağlı hasilatın məhdudlaşdırılmasıdır.

SABAN.jpg (28 KB)

Azərbaycanda yaxınmüddətli dövrdə qaz hasilatında kəskin artım gözlənilmir. Bu isə əlavə nəql marşrutuna ehtiyacın olmadığı deməkdir. Enerji məsələləri üzrə ekspert İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, Ukrayna XİN rəhbərinin açıqlamasını siyasi bəyanat kimi qəbul etmək olar: “Necə ki, 2024-cü ilin mayında bu haqda ilk dəfə Slovakiya rəhbəri Fitso bəyan etmişdi və ondan sonra da xeyli bu haqda siyasi dairələrdə danışıqlar oldu. Amma siyasi bəyanatlardan kommersiya danışıqlarına keçidi biz müşahidə etmədik. Bu isə ona dəlalət edir ki,  Kiyev və Moskvanın münasibətləri hələ postmüharibə dövrünə keçidə hazır deyil”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Coşua Hak Azərbaycana GƏLDİFOTO

Next

“Bu uşaqların sayında azalma olub” – Komitə sədri AÇIQLADI

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv