Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Duqin hamıya MEYDAN oxudu: “Ukraynada işimiz bitən kimi…” – Rusiya “genəlib” partlaya bilər!

By Vüsal Rafiqoğlu
30.05.2025 2 Min Read

Ukraynada davam edən işğalçı müharibə fonunda Vladimir Putinin öz ölkəsi daxilində reytinqi 81%-ə yüksəlib. Son rəy sorğuları belə bir rəqəmi ortaya çıxarıb.

Rusiyanın yarım-totalitar, avtoritar ölkə olduğunu nəzərə alsaq, nəticələrlə müəyyən qədər mübahisə eləmək olar. Ancaq cəmiyyətdə dominant olan ənənəvi “velikorus” virusunu, kilsə və patriarxın həmişəki kimi, başqa xalqlara qarşı ilhaqçı siyasətə dəstəyini ciddiyə alsaq, təəccübə yer qalmır…

İştah həqiqətən diş altındadır. “SSRİ qanunsuz dağılıb” sərsəmləməsinin ardınca bu dəfə “estafet” Aleksandr Duqinə keçib. “Rus dünyası”nın ideoloqlarından sayılan, Kremlin “beyni” adlandırılan bu şəxs indi də Ukraynadakı “uğurlar”dan vəcdə gələrək gözünü yumub, ağzını açıb. Postsovet ölkələrinin müstəqilliyini hədəf alan sensasion fikirlər söyləyib, on illərdir BMT üzvü olan həmsərhəd dövlətləri açıq şəkildə hədələyib.

KREML SON.jpeg (84 KB)

Bu barədə Duqin srağagün – mayın 28-də “Rusiyanın hazırkı geosiyasətində avrasiyaçılıq” seminarı zamanı söyləyib. “Ukraynaya qarşı işğalçı müharibənin yeni Rusiya imperiyasının yaradılmasının açarı olduğuna” eyham vurub. Ukraynanın ardınca bütün postsovet məkanının “udulduqdan” sonra Rusiyanın “sərt şaquli hakimiyyətə malik, hər hansı muxtariyyətin və liberal dəyərlərin olmadığı millətlərüstü makrodövlətə” inteqrasiyasını təklif edib.

Onun “imperiya modelində” azlıqların hüquqları formal olaraq qorunub saxlanılır, lakin siyasi subyektivlik məhv edilir və “ənənə” ideologiyasına çevrilir, Qərb modeli üzrə insan haqlarının rədd edilir. Yəni hətta heç SSRİ-nin də yox, Çar Rusiyasının bərpası xəyal edilir!

Sonra. Putinin “danışmanı”na görə, keçmiş sovet respublikalarının “qaytarılması” Ukraynadakı hərbi kampaniyanın nəticələrindən asılı olacaq: “İnteqrasiya sürəti Ukraynadakı uğurumuzdan asılıdır. Əsas ideya ondan ibarətdir ki, Ukrayna vahid imperiyanın bir hissəsi olmalıdır. Söhbət hansısa ittifaq formatından deyil, Moskva mərkəzli tamhüquqlu geosiyasi birləşmədən gedir”…

“Şər deməsən xeyir gəlməz”. Nə yaxşı ki, Azərbaycan şimaldan səslənən bu qəbil təhlükəli və axmaq neo- imperialist çağırışlara qarşı ən güclü immunitetə malik postsovet ölkələrindən biri, bəlkə də birincisidir. Söhbət heç də Rusiyanın ərazi bütövlüyümüzü və suverenliyimizi tanıdığı Moskva Bəyannaməsindən (22.02.2022) getmir. Həmin sənədə onsuz da heç vaxt ümid bəsləməmişik. Qarabağda rus “sülhməramlılarının” hansı hoqqalardan çıxdığını yada salmaq yetər. Moskva öz imzasına hörmət etməyən bir paytaxt.

Söhbət ən əvvəl Azərbaycan və Türkiyə parlamentlərinin ratifikasiya elədiyi Şuşa Bəyannaməsindən və qardaş ölkə ilə artıq “ət-dırnaq” kimi olan müttəfiqliyimizdən, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində güclənən Türk birliyindən və az öncə dünya iqtisadi nəhəngi Çinlə Pekində imzalanmış Strateji Tərəfdaşlıq Sazişindən gedir. Bundan əlavə, Azərbaycan ərazisində rus əsgəri olmayan, separatizmin kökünün kəsildiyi, üç Baltikyanı ölkə xaric, yeganə postsovet dövlətlədir.

Duqin çaplı imperiya havasına girən avantüristlər bu reallıqları görməzdən gələ bilməz. İndi XX əsrin 20-ci illəri deyil. Heç Ukraynanı rahatca “uda” bilməyəcəklər. Sümük təki boğazlarında qalacaq. Odur ki, imperiya xəyalına düşənlər iki-üç dəfə düşünməli olacaqlar. Əks halda, fələk Rusiya ilə çox pis zarafat edə, tamah başlarında çatlaya, ölkə “tikişlər üzrə” növbəti dəfə sökülüb bir az da kiçilə bilər. Ən yaxşı halda. Rusiyanın şar kimi genəlib daxildən partlaması da istisna deyil…

Zahid SƏFƏROĞLU
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“16 yaşlı qızın toyunda iştirak edən hər kəs…” – Deputat narahatdır

Next

Zakir Həsənov vəzifəli şəxslərə konkret tapşırıqlar verdi

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv