Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Şah İsmayıl Xətai ilə hesablaşma

By Vüsal Rafiqoğlu
30.05.2025 3 Min Read

Son zamanlar qəribə tezislərlə qarşılaşıram. Bunlardan birini yaxınlarda eşitdim: guya bizim yüksəlişimiz – el dili ilə desək, “adam olmağımız” – 1828-ci ildən başlamış. Bu tezisə görə, biz guya rus işğalından sonra teatra sahib olduq, Puşkin oxuduq, mətbuatla tanış olduq. Maraqlıdır! Deməli, bundan əvvəl biz radikal dinçi bir mühitdə yaşayan, rusların təbirincə desək, “tuzemets” imişik. Əslində, bu tezisin eynisini erməni tarixçiləri də deyir. Bəli, bəli, eynilə belə. Onlara görə, 1918-ci ilə qədər “Azərbaycan” adlı bir ölkə, “azərbaycanlı” adlı bir xalq olmayıb. Fikir bənzərliyinə baxın!

Biz öz tariximizə hansısa ideoloji və ya məzhəbi baxış bucağından yanaşırıq. Məsələn, sünni olanlar üçün Səfəvilər haqqında danışmaq çətindir, şiə olanlar üçün isə Ağqoyunlu, Atabəylər yad görünür.

Şirvanşahları niyə çəkmirəm? Çünki mən birbaşa türk dövlət ənənəsinə bağlı olan siyasi quruluşları nəzərdə tuturam. Son dövrlərdə isə başqa bir yanaşma – modernist baxış – populyarlaşır. Guya biz rus pariki geyinənə qədər nə elm, nə mədəniyyət tanıyırdıq. Əlbəttə ki, biz bilməzdik! Amma “pardon” deyib kanalizasiyası olmayan şəhərlərdə insan ifrazatını balkondan atanlar bilərmiş!

Bu gün Qərbin ən nüfuzlu tarix, mədəniyyət və sosiologiya tədqiqatçıları Səfəviləri, Osmanlını, Ağqoyunlu və onların dövründə inşa edilən binaları, məscidləri, bu dövrlərin fəlsəfi düşüncə sahəsində yetişdirdiyi şəxsiyyətləri araşdırır.

İndi isə mən deyim: tarixə nə yalnız məzhəbi, nə də sırf modernist prizmadan baxmaqla sahib çıxmaq olar. Biz Səfəvi də olanda, Əfşar da, Qacar da olanda bu dövlətlərin titul xalqı idik. Elə buna görə də Lermontov deyirdi ki, Qafqazda türk dili – yəni Azərbaycan türkcəsi – Avropada fransız dili qədər nüfuzlu idi.

Əgər bu gün tarixi 1828-dən başlatmaq istəyiriksə, o zaman Səadətə və ya İrəvana necə sahib çıxaq? Axı 1828-dən sonra İrəvan bizim deyil, başqalarının uydurduğu “Erməni vilayəti” oldu. Yaxşı, bəlkə minnətdar da olaq ki, dövlətçiliyimiz ortadan qalxdıqdan sonra bizim torpaqlara 150.000 erməni gətirilib yerləşdirildi?

Bir xalq üçün şərəf və izzət onun tarix boyunca davam edən dövlətçilik ənənəsidir. 1828-ci il isə bu ənənəni qıran, bizi 1918-ci ilə qədər tarixin səhnəsindən silən bir dönüş nöqtəsi idi. Bu yanaşma bizi kökü olmayan, tarixini 1828-dən sonra formalaşdıran bir toplum halına gətirir – necə ki, ermənilər iddia edir.

Bu gün kimlərsə Şah İsmayılla ya məzhəbi, ya da opera və balet teatrı pəncərəsindən “hesablaşmaq” istəyirsə, bilməlidir ki, Səfəvi də, Osmanlı da, Əfşar da, Qacar da – səhvləri və doğrularıyla – bizim qırılmaz dövlət silsiləmizdir. Onlar türklərin ortaq siyasi və mədəni irsidir. Eyni zamanda, müsəlman dünyasının ortaq dəyəridir.

Unutmayaq: Səfəvilər dövləti Rusiya ilə beş müharibənin üçünü qalib başa vurmuşdu. Osmanlı ilə olan savaşlara gəlincə isə bu, məzhəbi qarşıdurmadan çox, həmin dövrün iki böyük gücü arasında labüd toqquşma idi. Təbii ki, bu qarşıdurma zaman-zaman məzhəbi rəng aldı – bu təəssüf doğurur. Amma “mənim səadətim 1828-ci ildə başladı” demək, ondan öncəki minillikləri bədbəxtlik kimi təqdim etməkdir. Bu isə Füzulini, Nizamini bədbəxt saymaqdır. Halbuki onlar insanlığın fəxridir.

Bədbəxtlik – min illik dövlətçiliyini itirib, sonra başqa bir xalqın qurduğu sistemin içində “çörək və tamaşa”da səadət axtarmaqdır. Əgər belədirsə, Sovet rejiminə qarşı dissident hərəkatının da heç bir mənası qalmaz.

Bu gün dövlət başçımızın İrəvan məsələsini tez-tez gündəmə gətirməsi təsadüfi deyil. Orada 1828-ci ilə qədər xanlığımız var idi. Sonra isə olmadı və orada saxta Erməni Vilayəti təsis edildi. Görəsən kimlər etdi bunu. Sonda bir şey də əlavə edim. Lakin biz də bu gün tarixi nifrət və qərəzlərlə hərəkət etmirik. Milli maraqlar ilə hərəkət edirik. Milli maraqlar və tarixi bağlar bizi Osmanlının varisi Türkiyə dövləti ilə müttəfiq edir. Milli maraqlar bizi şimal qonşumuz Rusiya ilə münasibətləri ağıl və məntiq üzərində quran tərəfdaş edir. Milli maraqlar və tarixi bağlar bizi Əlincəni 18 il mühasirədə saxlayan Əmir Teymurun varisi Özbəkistan ilə yaxın dost edir. Milli maraqlar və tarixi bağlar bir hissəsi bir zaman Nadirin əvvəl Allah sayəsində hindi zülmündən qurtaran Pakistan ilə ( o zaman Hindistan idi) dost qardaş və müttəfiq edir. Bax belə.

Azər Hüseynov: “Azərbaycanın strateji tərəfdaş kimi cəlbediciliyi artırır”  | Hafta.az

Azər Hüseynov
Ağ Partiyasının Başqan müşaviri 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Güclü leysan olacaq

Next

Azərbaycan Naviqasiya, kommunikasiya və axtarış-xilasetmə üzrə Alt Komitəsinin 12-ci sessiyasında təmsil olunub

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv