Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Ukraynanın müttəfiqləri Rusiyaya daha çox pul verirlər: Səbəb… – İlham İsmayıl yazır

By Vüsal Rafiqoğlu
31.05.2025 4 Min Read

İyinun 2-də İstanbulda növbəti Rusiya-Ukrayna nümayəndə heyətinin birbaşa görüşü keçiriləcək. Gedişatdan hiss olunur ki, xüsusi bir dəyişiklik olacağına nikbin yanaşan yoxdur. Görüşə iki gün qalsa da, nəticəni əvvəlcədən söyləmək çətin deyil.

Türkiyə XİN rəhbəri Hakan Fidanın Moskva və Kiyev səfərindən sonra Ukrayna Xarici İşlər naziri Andrey Siqiba ilə birlikdə verdikləri açıqlamada eyni bir xətt vardı: “.., biz müharibəni bu il bitirmək istəyirik və atəşkəsin yaradılmasında maraqlıyıq – istər 30 gün olsun, istər 50 gün, istərsə də 100 gün – Ukrayna bunu birbaşa Rusiya ilə müzakirə etməyə açıqdır”. Yəni, iyunun 2-dən sonra nəinki müharibə bitəcək, heç atəşkəsin də yaxın aylara baş verməsi mümkün görünmür. Düzdür, bu bəyanatda Ukraynanın ən azı müharibəni ilin sonunadək davam etdirmək gücündə olduğuna da işarə var, amma müharibənin dayanmamasının bir səbəbkarı var- Putin!

33532c34_771f_3430_9ca1_9db1040d81a2_850_1747295505.jpg (81 KB)

Əslində Putin heç bu danışıqları istəmir. O nə sülh, nə də atəşkəs istəyir. Putin yay fəslinin girməsi ilə cəbhədə böyük uğur qazanmağı planlaşdırır. Putin SSRİ-Almaniya müharibəsindəki uğurları simvol kimi görür və 1943-cü ildə SSRİ-nin Kursk döyüşündən sonra Dnepr uğrunda qazandığı qələbəni bu yay təkrar etmək niyyətindədir. Həm də, Rusiyaya xas “ət müharibəsi” hesabına. O vaxt SSRİ ordusu Dnepr uğrunda 420 min canlı qüvvəsini itirmiş, 1,3 milyon isə yaralanmışdı. İndi də Dneprin sağ sahilinə çatmaq üçün Putin ənənəvi “ət müharibəsi”nə başlasa təəccüblənməyin. Psixoloqlar bu durumu Rusiya liderində “yayın gəlişi” kimi tanınan psixi xəstəliklə də əlaqələndirirlər. Rusiya hakimiyyəti üçün barışı istəməməyin daxili faktorları da var və Kremldə oturanlar bundan ehtiyat edir, hətta təhlükəli hesab edirlər. Sorğular göstərir ki, Rusiya əhalisinin 65% faizi müharibənin bitməsini istəyir. Qələbəsiz müharibənin atəşkəsə keçməsi, illərdir daxildə yığılmış gərginliyi açıq etirazlar mərhələsinə keçirə bilər.

63450cb60047d.jpg (196 KB)

Ukrayna müharibəsinin o qədər təzadlı tərəfləri var ki… Və bu ziddiyətlər, Tramp demişkən, Rusiya liderinin əlini gücləndirən kartlardır. Nədir bu açar təzadlar? Qərbi Avropanın Ukraynaya yardım edən tərəf olduğu bəllidir. Məsələ burasındadır ki, işğalın başlanmasından bəri Rusiyanın karbohidrogen ixracından Qərbi Avropadan aldığı gəlir, Ukraynaya olan yardımdan üç dəfə çoxdur. Yəni, Ukraynanın müttəfiqləri Rusiyaya yanacaqlara görə Kiyevə verdiyi yardımdan daha çox pul ödəyiblər.

Neft və qaz satışından əldə olunan gəlirlər Rusiya döyüş maşınının dəstəklənməsi üçün açardır. Genişmiqyaslı işğalın başlanmasından bəri Rusiya yanacaq ixracından 883 milyard avrodan çox (973 milyard dollar) gəlir əldə edib. Təsəvvür edin, Rusiya ona qarşı sanksiyalar tətbiq edən ölkələrdən 228 milyard avro əldə edib. Bu məbləğin ən böyük payı – 209 milyard avro Avropa İttifaqı ölkələrinin payına düşüb. Hətta, 2025-ci ilin yanvarında Rusiya qazının Ukrayna üzərindən tranzitinin dayandırılmasına baxmayaraq, o, getdikcə artan həcmdə Türkiyə üzərindən Avropaya nəqlini davam etdirir. Hesablama mərkəzlərinə görə, qazın tədarükü 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2025-ci ilin yanvar və fevral aylarında 26,77% artıb. 2024-cü ildə Rusiyanın xam neft ixracından əldə etdiyi gəlirlər əvvəlki illə müqayisədə 6%, boru kəməri qazından isə 9% artıb. Qeyd edilir ki, 2024-cü ildə Avropaya qaz ixracı 20% artıb və mayeləşdirilmiş təbii qaz ixracı rekord səviyyəyə çatıb, Rusiyanın ixracının yarısı hazırda Avropa İttifaqına gedir. Məhz, bu sadalananlar Avropa İttifaqının qəbul etdiyi 17 paket sanksiyaların az təsirə malik olduğunu sübut edir. Hər paket qəbul olunanda Kreml sözçüsü Dmitri Peskovun dodağı qaçır və bu tip sanksiyalara adaptasiya olduqlarını deyir.

unnamed.jpg (45 KB)

Bu vəziyyəti Avropa ölkələrinin hökumətləri yaxşı bilirlər və Rusiyanın neft hasilatı və satışı imkanlarını həqiqətən məhdudlaşdırmaq istəmirlər, çünki onlar qlobal enerji bazarları üçün nəticələrdən, xüsusən də enerji qiymətlərinin artmasından qorxurlar. Bununla belə, Qərb hökumətlərinin Kremlə neft və qaz gəlirlərin axınını dayandırmaq üçün alət və vasitələri var. Bu təsirlərin başında sanksiyalardan yayınan “kölgə donanması” gəlir.

ABŞ prezidenti Donald Tramp hesab edir ki, OPEK neftin qiymətini aşağı salarsa Rusiya müharibəni bitirməyə məcbur olar. Rusiyada neftin çıxarılması ərəb ölkələrindən də ucuz başa gəlir, odur ki, qiymətin aşağı düşməsi ilk növbədə Trampın 3 trilyon dollarlıq müqavilə imzaladığı Səudiyyə Ərəbistanına, Qatara, Birləşmiş Ərəb Əmirliyinə daha mənfi təsir edir.

1529053659_tramp-neft.jpg (182 KB)

Rusiya gəlirlərini azaltmaq üçün çıxış yolları varmı? ABŞ bu işdə açar ölkə olaraq qalır. Ağ Ev silah-sursat yardımını ikiqat artırarsa hərbi baxımdan Ukraynanın əlini gücləndirmiş olacaq və o zaman Rusiyanın daha üç vilayəti işğal etmək planı baş tutmaz. Sanksiyalar isə ənənəvi formadan çıxmalıdır. Son məlumatlara görə ABŞ Senatı gələn həftədən etibarən Rusiyaya və Rusiya neftini alan ölkələrə qarşı dağıdıcı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsinə baxmağa başlaya bilər. Bu, Kremlin müharibəni dayandırmaq istəməməsinə reaksiyadır. Bu barədə Kiyevdə keçirilən brifinqdə amerikalı senatorlar – respublikaçı Lindsi Qrehem və demokrat Riçard Blumental məlumat veriblər. Qrehemin fikrincə, bu yay “sülh üçün məsuliyyət” mövsümü hesab edilməlidir. Senator Avropa ölkələrinin də Rusiya qazının, neftinin alışını minimuma endirməyi tövsiyyə edib. ABŞ senatoru deyib ki, “əgər Avropa bu addımı atarsa, bu, Rusiya hərbi maşınına ciddi zərbə olacaq. Biz bu təşəbbüsləri Senatda müzakirəyə çıxaracağıq.” Senator Çini də yaddan çıxarmayıb. O, Çinə qarşı tətbiq edilən sanksiyaların bir mərkəzdən icra olunmasının vacibliyini vurğulayıb: “Çinlə bağlı sanksiyalar da koordinasiyalı olmalıdır.” Gözləyək.

Dünya təcavüzkarın təhlükəli, aqressiv hərəkətlərini müşahidə etmək funksiyasından çıxıb onu dayandırmaq üçün bütün mümkün olan təsir vasitələrindən istifadəyə başlamasa, bəşəriyyəti daha böyük təhlükələr, təhdidlər gözləyir.

 

İlham İsmayıl,
Xüsusi olaraq Musavat.com üçün

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ərdoğan: Rusiya və Ukraynanın dövlət başçıları səviyyəsində görüşü sülh üçün faydalı olacaq

Next

Ən yüksək balı onlar topladı – FOTO

Xəbər lenti

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Son Yazılar

  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv