Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Adı Saleh olan, əməli saleh olmayan adam – İki səhvi 4 aylıq həbslə nəticələnidi

By Vüsal Rafiqoğlu
01.06.2025 3 Min Read

Ötən ayın 9-da, Hitler nasizmi üzərində qələbə gününün 80-ci ildönümündə təşkil etdiyi anım tədbirində SSRİ bayraqları qaldıran və sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən Saleh Səmədovun bir şəkildə təzyiqə məruz qalacağı gözlənilirdi.

Çoxları düşünürdü ki, bu, ictimai qınaqdan və üzvü olduğu partiyanın rəhbərliyi tərəfindən məzəmmət olunmaqdan o yana keçməyəcək.

Çünki SSRİ dövrünə rəğbət bildirmək, “gül kimi hökumət idi, dağıtdılar, getdi” deyə o dönəmlər üçün xiffət ifadə etmək, hətta müasir dövrdə Rusiya rəhbərliyindən orden-medal almaq bu ölkədə qəbahət sayılan işlər sırasında deyil və qanunla təqib olunmur.

Düzdür, Səmədov SSRİ dövrünə, eyni zamanda çar dönəminə rəğbətini birləşdirərək, “rusun adı olan yerdə axar sular dayanar” ədası göstərmiş, necə deyərlər, barıtı çox eləmişdi, amma bu da onun həbsi üçün qanuni əsas ola bilməzdi. Ortada böyük qələbə və onun qazanılmasında payı olan yarım milyondan çox azərbaycanlının xatirəsinin anılması faktı var. Ola bilsin, Səmədovun babaları və digər əzizləri həmin müharibədə iştirak edib.

Heç hazırda Saleh Səmədova qarşı irəli sürülən və barəsində 4 aylıq həbs qəti imkan tədbiri seçilməsinə səbəb olan ittihamlar arasında “sovet bayrağı”na, “Georgi lenti”nə aid heç nə yoxdur. Adamı vergidən yayınmada ittiham edirlər.

Keçən ayın bu günləri isə o, İmişli rayonunun “baş ağsaqqalı” (rayon ağsaqqallar şurasının sədri) olaraq, başına gələcəklərdən xəbərsiz halda 9 maya hazırlaşırdı.

O zaman bu ölkədə S.Səmədovu çox adam tanımırdı. O, əsasən İmişlidə tanınırdı. Bu rayonda isə onun imkanlı iş adamı, bəlkə də xeyriyyəçi kimi tanıyırdılar.

Bir düşünülməmiş hərəkət və çıxış onun ad-soyadını ölkəylə bir etdi.

Həmin tədbirdən çəkilmiş fotoşəkillər ölkə mediasını başına götürəndən, mərasimin digər detalları ictimailəşəndən bir gün sonra Səmədovun varidatı da açıqlandı. Məlum oldu ki, onun İmişlidə “Kral saray” adlı şadlıq sarayı, çay evləri şəbəkəsi, uşaq bağçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, 20 hektar ərazini əhatə edən istixanası, bahalı “Rolls-Roys” markalı lüks avtomobili var.

Ayrıca, S.Səmədovun Bakıda da çoxsaylı villaları, marketləri, restoranları və tikinti şirkətinin olduğu barədə informasiyalar yayıldı.

Yəni bir günün içində ortaya çıxdı ki, “SSRİ aşiqi” olan bu adam sovet dönəmində ikrahla anılan milyonçu kapitalistdir.

Bax, o zaman təcrübəli həmkarlarımız belə bir qeyd etdilər ki, Səmədov “qırmızı bayrağı” və “zolaqlı lenti” ilə özünü hədəfə çıxardı, indi onu ortalığa çəkəcək, bu sərvətin qanuni yolla əldə edilib-edilmədiyini yoxlayacaqlar.

Bu, köhnə əyyamlardan qalan qaydadır. Adı bədnam olmuş arxalı, güclü adamlar bir saatın içində immunitetlərini itirib yıxılırlar, hücum etmək, qisas almaq növbəsi əlibaltalılara çatır.

Ataların məşhur sözünü də unutmaq olmaz: “Çox söz yalansız, çox pul haramsız olmaz”. Hətta müasir dövrdə “çox pul talansız olmaz” demək daha dəqiq səslənir.

İndi S.Səmədova qarşı ittiham irəli sürənlər əmindirlər ki, onun malik olduğu var-dövlətin çox hissəsinin qanunsuz əməllər nəticəsində əldə olunduğunu sübut edə biləcəklər. Burada “vergidən yayınma halları” da olacaq, “qanunsuz tenderlər udmaq” da, “işçilərlə əmək müqaviləsi bağlamamaq” da, “sui-istifadə halları” da və sair və ilaxır da.

“Ağsaqqal”ın barəsində sonradan yayılan məlumatlardan biri də budur ki, o, özünü hələ 4 ay öncə hədəfə çıxarıbmış, avtomobili yol-patrul xidməti tərəfindən saxlanıldığına görə rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin ünvanına “ağsaqqala yaraşmayan ifadələr” səsləndiribmiş. O zaman ona əvvəlcə 30 sutka həbs cəzası kəsiblər, sonra 15 sutkaya endiriblər.

Başqa sözlə, puluna, varidatına, əlaqələrinə güvənən bu adam artıq hökumətlə hökumətlik edirmiş və bu, onun birinci səhvi olub. İkinci səhvin nə olduğunu isə bütün ölkə bilir.

Burada da qoca Şərqin dəyişməz adət-ənənələrindən birinin əlamətləri var: malı-pulu artan adamların harınlaması, gözünün ayağının altına görməməsi, özünü qanunlardan, hər şeydən üstün sayması və s.

Bunun axırı isə heç vaxt yaxşı qurtarmır.

Söz yox, Səmədovu 4 aydan sonra olmasa da, 4 ilə qalmayacaq, buraxacaqlar. Amma necə? O, azadlığa çıxandan sonra yenə də gur-guruldayan varlı iş adamı olacaqmı? Bunu gələcək göstərəcək.

Xalid KAZIMLI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qarabağa səfər neçəyə başa gəlir? – Şuşada çay 41, Xankəndidə 3 manatdır

Next

Mehriban Əliyeva Azərbaycan minifutbol yığmasını təbrik edib

Xəbər lenti

  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv