Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycanın ön hazırlıqları – Yaxın günlərdə….

By Vüsal Rafiqoğlu
03.06.2025 3 Min Read

Ukraynanın son əməliyyatı göstərdi ki, klassik anlamda savaş anlayışı tarixə çevrilir; Bakı hansı addımları atmalıdır?

Xəbər verdiyimiz kimi, iki gün öncə Rusiyanın hərbi tarixinə şok kimi düşəcək hadisə yaşanıb. Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Rusiya ərazisində həyata keçirdiyi unikal və hədəfə çatmış bir dron əməliyyatı ilə strateji aviasiyaya ölümcül zərbə endirib. 

Ukrayna kəşfiyyatı Murmansk və İrkutsk vilayətlərində yerləşən Olenya və Belaya hərbi hava bazalarına sızaraq kütləvi dron hücumu təşkil edib. Hücum nəticəsində 40-dan çox strateji bombardmançı – Tu-95 və Tu-22 M3 təyyarələri, eləcə də A-50 tipli erkən xəbərdarlıq (RLS) hava gəmisi sıradan çıxarılıb.

UTX-nin “Hörümçək” xüsusi əməliyyatı il yarımdan çox müddətə hazırlanıb. Məlumata görə, əməliyyata Ukrayna Prezidenti Vladimir Zelenski şəxsən nəzarət edib. Əməliyyatın ən diqqətçəkən və heyrət doğuran tərəfi isə dronların Ukrayna ərazisindən yox, birbaşa Rusiyanın həmin bölgələrin içindən buraxılmasıdır. Rusiya ərazisinə yük maşınları ilə gətirilən pilotsuz sistemlər bazaların yaxınlığında gizlədilərək, koordinasiyalı şəkildə aktivləşdirilib. Bu da Ukrayna kəşfiyyatının dərinlikdə işləmək qabiliyyətinin yüksək səviyyədə olduğunu göstərir. Əməliyyatın planlaşdırılması və icrası UTX rəhbəri general Vasili Malyukun rəhbərliyi altında həyata keçirilib.

Bildirilib ki, əməliyyat logistika baxımından son dərəcə mürəkkəb olub. Əvvəlcə UTX Rusiyaya dronları, sonra isə mobil taxta evləri göndərib. Daha sonra dronlar Rusiya ərazisində yük maşınlarına yerləşdirilən evlərin damları altında gizlədilib. Lazım olan vaxt evlərin damları uzaqdan idarə edilməklə açılıb və dronlar Rusiya bombardmançılarını yandırmaq üçün qalxıb. UTX-dəki mənbələr bildiriblər ki, bu tarixi əməliyyatda iştirak edən şəxslər çoxdan Ukrayna ərazisindədirlər.

Beləcə, klassik anlamda müharibə anlayışı artıq tarixdə qalmaqdadır. Məlum olur ki, quru qoşunlarının mühüm komponenti olan ağır zirehli texnika vahidləri və onların sayı əvvəlki kimi xüsusi önəm kəsb etmir. Nəzərə alsaq ki, Ermənistanın Azərbaycana qarşı rəsmən ərazi iddiası qalır, Bakı və Ankara müharibələrin sürətlə dəyişən bu xarakterinə qarşı hansı ön hazırlıqlar içindədir?

Emin Həsənli: "Laçının azad edilməsindən sonra ən böyük hadisə..."

Emin Həsənli

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi icmalçı Emin Həsənli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanla Ermənistan arasındakı 44 günlük savaş müharibəyə baxışı dəyişdi: “Müasir dronlardan tutmuş bir çox məsələlərə qədər II Qarabağ savaşı çox yanaşmaları dəyişdi. İndi də Ukrayna savaşı ilə bu proses davam edir. Bu savaş Rusiya ordusunun imicinə çox böyük zərbə vurdu. Ukrayna cəbhəsində savaş başlayana qədər dünyanın ikinci ordusu olan Rusiya ordusunda böyük əhval-ruhiyyə var idi ki, bir həftəyə qədər Kiyevi tutacaqlar, Ukraynanı işğal edəcəklər. Amma 3 ildən artıqdır ki, davam edən müharibədə bunun əksi göründü. Digər tərəfdən ordusu ilə daim qürur duyan Rusiyada xüsusi xidmət orqanlarına ciddi diqqət ayrılırdı. Hətta Rusiyanın daxilində hər hansı bir terror hadisəsi baş verəndə deyirdilər ki, bunu Rusiyanın özü təşkil edib, başqa yerdən gəlib bu ölkə daxilində terror hadisəsi həyata keçirə bilməzlər. Mən Şamil Basayevin rəhbərliyi ilə vaxtilə Rusiyanın müxtəlif ərazilərində həyata keçirilən terror hadisələrini nəzərdə tuturam”.

E.Həsənli dedi ki, zərbələr üçün istifadə edilən avadanlıqları, yük maşınlarını Rusiya ərazisinə yerləşdirmək bir nəfərin deyil, bir qrupun işidir: “Deməli, Rusiya xüsusi xidmət orqanları heç bir informasiya ala bilməyiblər. Hər bir ölkənin bu orqanının əsas işi ondan ibarətdir ki, bir hadisə törədilməmişdən əvvəl qarşısını alsın. Müharibə aparan dövlət bunu nəzərə almalıdır. Dünyada müharibə və təhlükəsizlik məsələlərinə baxış hər keçən zaman dəyişməkdədir. Necə ki, 18-19-cu əsrlərə qədər müharibəyə baxış başqa idi, orta əsrlərdə tam başqa cürdür, min illərlə at üzərində savaşlar gedib, qılınc, qalxan, nizələr təkminləşirdi. Daha sonra odlu silahlar-tanklar, toplar və s. işə düşdü.

XXI əsrdə isə texnologiya daha da sürətlənir. Əgər bu əsrdə 10 illərdən bir dəyişiklik olurdusa, bundan öncəki qədim zamanlarda yüz illər bəzən keçirdi. Yaşadığımız indiki əsrdə hər an dəyişiklik demək olar ki, baş verir. Müəyyən sahələrdə olduğu kimi, hərbi sahədə də silah-sursatın dəyişdirilməsi baxımından da dəyişikliklər olur. Bir daha qeyd etmək istəyirəm ki, müharibələrdə hər zaman kəşfiyat və əks-kəşfiyyatın da rolu çox böyük olur. Rusiya ilə bağlı son hadisə də onu göstərdi. Yəni müharibədə kompleksi aşmaq lazımdır. Rabitə vasitələrindən tutmuş artilleriya vasitələrinə qədər, quru qoşunlarından tutmuş xüsusi təyinatlılara qədər hər biri mühümdür”.

Hərbi təhlilçi vurğuladı ki, Azərbaycan və Türkiyə daim analizlər aparır, müasir dünyanın çağırışlarına uyğunlaşır: “Məhz o təhlillər nəticəsində 44 günlük və bir günlük antiterror əməliyyatında taktiki, strateji və silahlar baxımından da parlaq qələbə qazandıq. Savaşlarda döyüş hazırlığı nə qədər önəmlidirsə, ağıl da bir o qədər önəmlidir. Türkiyə apardığı antiterror tədbirləri ilə onu göstərdi ki, zamanında çox doğru qərarlar verib. Son olaraq, Pakistan-Hindistan müharibəsində də biz bunun şahidi olduq. Azərbaycan, Türkiyə və Pakistan XXI əsrdə apardıqları müharibələrdə böyük üstünlükləri məhz dediklərimizi düzgün həyata keçirmələri sayəsində əldə ediblər. Hər üç ölkə bu istiqamətdə birgə addımlar atırlar. Laçındakı son üçlü görüş də çox qürurverici hal oldu. Hesab edirəm ki, Azərbaycan dövləti zamanın çağırışlarına cavab verən doğru addımları daim atır. Atılan addımlar dediklərimizi sübut etdi”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Rusbaş” Saleh Səmədovu BU CƏZA gözləyir

Next

İranın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv