Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Rusbaş” Saleh Səmədovu BU CƏZA gözləyir

By Vüsal Rafiqoğlu
03.06.2025 3 Min Read

Hüquqşünas SSRİ bayrağı altında çıxış edən Ağsaqqallar Şurasının keçmiş sədrinə neçə il həbs verilə biləcəyini açıqladı

Xəbər verildiyi kimi, faşizm üzərində Qələbə gününün ildönümündə – mayın 9-u tədbirində SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib. İmişli Rayon Məhkəməsi Saleh Səmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Onun vergidən yayınmada (CM-in 179-cu maddəsi – “Mənimsəmə”) ittiham edildiyi bildirilir.

Qeyd edək ki, mayın 13-də S.Səmədov İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Ağsaqqallar Şurasının İdarə Heyətinin yaydığı məlumata görə, S.Səmədov Şuranın adına ləkə gətirən hərəkətlərə yol verib, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozub. S.Səmədov həmçinin Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

Saleh Səmədovu hansı cəza gözləyir?

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Saleh Səmədovun hansı cəzaya məruz qala biləcəyini anlamaq üçün əvvəlcə ona qarşı irəli sürülmüş ittiham maddəsinə və ümumi hüquqi kontekstə baxmaq lazımdır: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi mənimsəmə və israfetmə adlanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə 179.1-ci maddə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını mənimsəmə və ya israf etmədir, 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə və ya digər alternativ cəzalarla nəticələnə bilər”.

Natiq Ələsgərov deyib ki, əgər bu əməl vəzifəli şəxs tərəfindən, xüsusilə təkrar və ya külli miqdarda törədilibsə,  maddənin daha ağırlaşdırılmış bəndləri şamil oluna bilər: “Məsələn, 179.3.2  və ya 179.3.3 maddələri ilə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutula bilər. Hazırda Saleh Səmədov haqqında ilkin olaraq 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu, onun məhkəmə araşdırması dövründə istintaq təcridxanasında saxlanılması deməkdir”.

NAXÇIVANDA YENİ HƏBSLƏRİN ANONSU - Yeni nazir əvəzi… | No Comment

Natiq Ələsgərov

Natiq Ələsgərov deyib ki, ittihamla bağlı işin detalları hələlik bəlli olmadığından, mənimsəmənin miqyası, şəxsin əldə etdiyi məbləğin həcmi,  onun vəzifə səlahiyyətlərindən necə istifadə etməsi kimi amillər məhkəmənin yekun qərarında əsas rol oynayacaq: “Əgər Saleh Səmədova qarşı irəli sürülən mənimsəmə ittihamı sübuta yetirilərsə, o, 2 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər. Bu, konkret maddənin bəndindən asılı olacaq.  Əgər günahı sübuta yetirilməzsə və ya əməlin ciddiliyi az hesab edilərsə, o zaman şərti cəza və ya cərimə ilə də qurtula bilər”.

Xatırladaq ki, Saleh Səmədov 1962-ci ildə İmişli rayonunda anadan olub. “Azərişıq” ASC-də rəhbər vəzifələrdə, YAP İmişli Təşkilatında fəal olub. Dövlət İdarəçilik Akademiyasını və İqtisad İnstitutunu bitirib. Müxtəlif illərdə icra strukturlarında, ticarət müəssisələrində, Məşğulluq Mərkəzində, Metrologiya institutunda rəhbərlik edib. 1993-cü ildən YAP üzvüdür. Rayonda şərab zavodu və digər biznes sahələrinə malikdir.

Saleh Səmədovun ictimai qınaq obyektinə çevrilməsində əsas səbəb onun mayın 9-da SSRİ bayrağı və “Georgi lentini” nümayiş etdirməsi olub. Bu lent rəsmi olaraq Azərbaycanda qadağan edilməsə də, rus imperializmini və separatizmi simvolizə etdiyi üçün qıcıqla qarşılanır.

İmişli ağsaqqallarının başçısı Saleh Səmədov görün nələrlə məşğul  olurmuş-İNANILMAZ - Təzadlar | www.tezadlar.az

Azərbaycan Respublikası qanunlarında “Georgi lenti” ifadəsi birbaşa keçmir. Lakin Konstitusiya və “İctimai asayişin qorunması haqqında” qanunlar bu tip rəmzlərin istifadəsinə dolayısı qadağalar qoyur. Azərbaycan Konstitusiyanın 7-ci maddəsində deyilir: “Azərbaycan dövləti dünyəvi, hüquqi və unitar dövlətdir. Onun ərazi bütövlüyü və suverenliyi şübhə altına alına bilməz”. Konstitusiyamızın 12-ci maddəsində isə deyilir: Dövlətin ali məqsədi insan hüquq və azadlıqlarını qorumaqdır. “İctimai tədbirlərin keçirilməsi qaydaları haqqında” qanuna əsasən, ictimai tədbirlərdə yalnız Azərbaycan dövlət atributlarından istifadə edilməlidir. Başqa bir dövlətin, xüsusən də Azərbaycanın ərazi bütövlüyünə və milli maraqlarına tarixi zərbə vurmuş bir imperiyanın rəmzini sinəyə taxmaq, sadəcə, nadanlıq deyil, bu, məsuliyyətsizliyin və potensial təhlükənin açıq təzahürüdür. Bu hərəkətin özü cinayət məsuliyyəti yaratmasa da, onun barəsində əvvəllər başlanmamış istintaq işlərinin aktivləşdirilməsinə və ya daha diqqətli araşdırmaya səbəb olmuş ola bilər.  Lakin bu iş həm hüquqi, həm də ictimai-siyasi yük daşıdığı üçün onun sonluğu sırf qanunlarla deyil, eyni zamanda cəmiyyətin və dövlətin mövcud siyasi münasibətləri ilə də formalaşa bilər.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bayram həftəsi girdi – Qurban kəsəcək tanınmışlar

Next

Azərbaycanın ön hazırlıqları – Yaxın günlərdə….

Xəbər lenti

  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026
  • Özəl klinikalarda yoxlama necə aparılır? – Səhiyyə Nazirliyi rəsmisi cavab verir 10.07.2026
  • Parlament bu konvensiyaya qoşulmağa səs verdi 10.07.2026
  • Qumara görə cəzalar sərtləşdirilir 10.07.2026
  • Bu məhsullar gömrük rüsumundan azad edilir 10.07.2026
  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv